Hal-hazırda gənclər Allah sevgisindən və Allah qorxusundan çox uzaq tərbiyə edilirlər. Ailə uşağa zahiri ibadətləri öyrədir və kənara çəkilir. Halbuki ibadətlərlə yanaşı, bütün həyatını əhatə etməli olduğu, hər gün, hər dəqiqə möminin tətbiq etməsi lazım olan Quran əxlaqı var. Uşağın qəlbinə möhürlənməli olan dərin Allah sevgisi, ciddi bir Allah qorxusu və vicdan həssaslığı var. Mömin ancaq Qurana uyğun tərbiyə ediləndə, Allah’ı eşqlə sevib Onu razı edə bilməməkdən çəkinəndə və Allah’dan lazımi qədər qorxanda Allah’ın istədiyi mükəmməl əxlaqa qovuşar. Əks təqdirdə Qurana uyğun olmayan davranışlar, nəfs mübarizələri, sevgisizlik və laqeydlik möminin canını sıxar.
Bir uşağı tərbiyə edərkən hər şeydən əvvəl ona səmimiyyət öyrədilməlidir. Səmimiyyət bünövrə olaraq qoyulduqda uşaq bundan sonra həyatı boyunca vicdanı ilə hərəkət edəcək. Sevgi və səmimiyyət iç-içədir. Sevgini bilməyən səmimiyyəti bilməz, səmimiyyəti bilməyən də sevgini. Nəticədə sevgi, səmimiyyət, ağıl, Allah qorxusu və Qurana uyğun davranmaq bir-birlərinə bərkidilmiş zəncirlər kimidir. Möhkəm bağlandıqda möminlərdə Allah’ın razı olduğu çox gözəl bir cənnət əxlaqı ortaya çıxar. Beləcə mömin aydın üzlə, nurla, gözəl əxlaqı ilə, olduğu mühitdə işıq saçar. Allah sevgisini və Allah qorxusunu dərindən qəlbində hiss edən möminin bütün hərəkətlərində, danışığında, baxışlarında bu dərinlik əks olunar. Heç bir şey etməsə də, danışmasa da bu üslubu ilə ətrafındakılara təbliğ edər. Peyğəmbərimiz (səv) möhtəşəm əxlaqı ilə, Allah’a və Onun yaratdıqlarına duyduğu dərin sevgisi, təmizliyi, səmimiyyəti, xoş rəftarı və Allah’a olan sarsılmaz etibarı ilə bütün möminlərə nümunədir. Peyğəmbərimiz hədislərdə gözəl əxlaq və Allah qorxusu ilə bağlı belə buyurur:
Hz. Rəsulullah (səv) belə buyurmuşdur: "Ümmətimin cənnətə girməsinə səbəb olacaq ən əsas şey ilahi təqva və gözəl əxlaqdır." (Usulu Kafi, c.2, s.100)
Peyğəmbərimiz (səv) başqa bir hədisində belə buyurur: "İnsanın Allah qorxusundan tükləri ürpənəndə eynilə payızda ağacların yarpaqları töküldüyü kimi kiçik günahları bir-bir tökülər." (Hayatül Kulüb adlı kitab. Dürretül Vaizin. 2C.S980)
Peyğəmbərimiz (səv) başqa bir hədisində Allah qorxusu ilə bağlı belə buyurmuşdur:
Rəbbim mənə doqquz şeyi əmr etdi: Gizli halda da, aşkar halda da Allah’dan qorxmağı, qəzəb və razılıq halında da ədalətli söz söyləməyi, yoxsulluqda da, zənginlikdə də infak etməyi, məndən qopana da sila-i rəhm (dostluq) etməyi, məni məhrum edənə də verməyi, mənə zülm edəni bağışlamağı, susmağımın təfəkkür olmasını, söhbətimin zikr olmasını, baxışımın ibrət olmasını, bilinəni (doğru və gözəl olan) əmr etməyi. (Kütüb-i Sitte, Muhtasari Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. Cilt, Akçağ Yayınları, Ankara, s. 317)
Bir möminin Allah qorxusu ilə tərbiyə edilməsi əvvəlcə onun “Allah’ı razı edə bilməməkdən qorxmasını” təmin etməkdir. Mömin Allah’ın bəyənməyəcəyi bir hərəkəti etməkdən, Onun razı olmayacağı bir sözü söyləməkdən çəkinməlidir. Möminin vicdanı həm bu dünyada, həm də axirətdə dərin bir eşqlə sevdiyi Allah’ın razı olmayacağı bir addımı atmağı, Onu qəzəbləndirməyi qaldırmayacaq bir həssaslıqda olmalıdır. Mömin qəlbini Allah sevgisi və Allah qorxusu ilə dolduranda vicdanı daim ona doğru yolu göstərəcək, qəlbində duyduğu Allah qorxusu ilə Allah’ın bəyənmədiyi bir hərəkəti etməyəcək, vicdanının göstərdiyi doğru yolu seçəcək. İnsan nə qədər çox Allah’dan qorxsa, nə qədər çox Allah’ın razılığını hər şeydən üstün tutsa, əxlaqı da o qədər gözəl olacaq. Peyğəmbərlər bu mövzuda öz göndərildikləri qövmlərə dərin imanları, hər addımlarını Allah qorxusu ilə və Allah eşqi ilə atmaları ilə ən gözəl şəkildə nümunə olmuşdurlar.
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi / 109)
Əgər bir mömin lazımi qədər Allah’dan qorxmasa, o zaman təkəbbürlü davrana bilər, eqoist ola bilər, qürurlu hərəkət edə bilər, öz maraqlarını güdə bilər. Nəfsinə məğlub olub qarşısındakını incidə bilər. Əgər Allah’dan lazımi qədər qorxmasa, düz olduğu halda təvazökarlıq göstərəcək, pislikləri yaxşılıqla yox edəcək, hər zaman gözəl söz söyləyib, gözəl hərəkət edəcək gücü özündə tapa bilməz. Amma Allah’dan dərin bir hörmət duyğusu ilə qorxduğu zaman, məhz o zaman çox mükəmməl bir əxlaqa sahib olar.
Yalnızca "Mən Allah’ı sevirəm" demək kifayət deyil. Allah sevgisi Allah qorxusu ilə iç-içədir. Bir insandan Allah qorxusu getdikdə ağıl da gedər, vicdan da gedər, Quran əxlaqı da gedər. O mömin dərin imanı yaşaya bilməz, Allah’ın istədiyi kimi nəfsinə hakim olub cənnət əxlaqına qovuşa bilməz. Allah qorxusu möminə dərin imanın qapısını açan bir açar kimidir. Səmimi bir Allah qorxusu ilə mömin peyğəmbərlərin gözəl əxlaqına, səmimiyyətlərinə və təvazökarlıqlarına çata bilər.
Nəticə olaraq, Allah qorxusu bəzi şəxslərin düşündüyü kimi bir qorxu deyil. Allah qorxusu, Allah’ı çox sevən, Ona qəlbən bağlı, yalnız Onu dost etmiş bir möminin Onun razı olmayacağı bir rəftarı əsla etməməsi, Onun razı olmayacağı bir əxlaqı göstərməkdən şiddətlə qaçmasıdır. Şübhəsiz, bu qısa imtahan mühitində Allah qorxusu möminin ən böyük dayağı olacaq. Həm sərhəd tanımayan istəklərlə təkid edən nəfsinə, həm də şeytanın tələlərinə qarşı çox güclü bir qətiyyət göstərib, hər zaman ən doğru addımı atacaq. Allah’dan başqa heç kimdən və heç bir şeydən qorxmayaraq çox güclü bir imana sahib olacaq.
Ey iman gətirənlər! Allah’dan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali İmran surəsi / 102)
Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadını ilə yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri! (Bəqərə surəsi / 197)
Ey iman gətirənlər! Allah’dan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allah’dan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. (Həşr surəsi / 18)