Əhməd bin Məhəmməd dedi ki: Əli ibn əl Həsən ət-Taymalının dediyini nəql etdi: Əli ibnu Yusif oğlu əl-Həsən və Məhəmməd, Sadaan ibnu Müslimdən, rəcaidən, əl-Mufəzəl ibn Ömərdən dedi ki: Əbu Abdullah [əs] bildirdi: “İMAM MEHDİ TƏBLİĞ EDƏRKƏN ALLAHDAN İBRANİ DİLİNDƏ KÖMƏK İSTƏYƏCƏKDİR.”
El-Gaybet-i Numani, s.326
Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdi (ə.s.) haqqında bildirdiyi bir çox hədislərində Hz. Mehdi (ə.s.) ilə musəvilər arasındakı əlaqədən bəhs etmişdir. Bu hədisdə də yenə Hz. Mehdinin (ə.s.) musəvilər üçün Allaha ibrani dilində dua edəcəyini; bu dualarında musəvilərin haqq din olan İslama gəlmələri, bərəkət və bolluq tapmaları, sülh və əmin-amanlıq içində müsəlman olaraq yaşamaqlarını Allahdan istəyəcəyi bildirilmişdir.