Həzrəti Mehdi zühur edərkən başında bir sarıq olacaq və bir münadi: “Bu Allahın xəlifəsi olan Mehdidir. Ona itaət edin”, - şəklində nida edəcək. |
Adnan Oktar: Ravilər necə ediblər; “Başında bir sarıq olacaq və bir münadi”, - deyiblər. “Və”ni əlavə edəndə nə olur? Başqa bir şəklə düşmüş olur. Halbuki, hədisin orijinalı belədir. “Həzrəti Mehdi zühur edərkən başında sarıq olacaq bir münadi” - danışan, müraciət edən bir şəxs: “Bu Allahın xəlifəsi olan Mehdidir, ona itaət edin”, - şəklində nida edəcək. Həzrəti Mehdini müjdələyəcək. Kimdir o? Şeyx Nazim Kıbrısi həzrətləri. Dünyada ən gözəl sarıq ondadır. Ən həqiqi sarıq ondadır. Digərləri sarıq deyil. Onlar sarığa bənzətməyə çalışırlar, onların hec biri sarıq deyil. Və Şeyx Əhməd Yasin həzrətləri. Bu, çox önəmli insandır. Axırzamanın önəmli əşhasi-mühimməsidir. Şeyx Əhməd Yasin həzrətləri çox mühüm bir şəxsdir. Əhəmiyyətini bilərəkdən söyləyirəm bunu. Şeyx Əhməd Yasin həzrətlərini hər kəs müdafiə etsin, ona hər kəs sahib çıxsın. Dəccal və tərəfdarları ona hücum edirlər. Allah ona hücum etməyə çalışan dəccal tərəfdarlarına hidayət versin, hidayət etməsə, həlak etsin cənabi- Allah. Həlak etsin, Allah həlak etsin.
“Həzrəti Mehdi zühur edərkən bir sarıq olacaq və bir münadi: “Bu Allahın xəlifəsi olan Mehdidir. Ona itaət edin”, - şəklində nida edəcək. İnsanları xəbərdar edəcək. Filan şəxs Mehdidir, ona itaət edin. Xatırladacaq, insanları xəbərdar edəcək.