Adnan Oktarın 4 Fevral 2011 Kocaeli tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Zumər surəsi, bismillah. Şeytandan Allaha sığınıram. 22-ci ayə; "Allah, kimin sinəsini İslama açmışsa", deməli, Allah sinəsini İslama açmalıdır. Gedib təbliğ etməklə, müasir olmaqla, süni hərəkətlərlə din yayılmır. Əvvəl Allah sinəsini İslama açmalıdır. "Artıq o, Rəbbindən bir nur üzərinədir, (elə) deyilmi? Lakin Allahın zikrindən (yana) ürəkləri qatılaşmış olanların vay halına. Məhz onlar açıq-aşkar bir pozğunluq içindədirlər". Şəddəsiz 1990, şəddəli 2022 tarixini verir ayə. 22-ci ayə. 2-lər hakimdir. "And olsun" deyir Allah and içir. "Biz bu Quranda, bəlkə öyüd alıb-düşünərlər deyə" bax öyüd alıb və düşünəcək. Deməli, düşünmək çox əhəmiyyətlidir. Allah nə deyir? "And olsun, Biz bu Quranda, bəlkə, öyüd alıb-düşünərlər deyə, insanlar üçün hər bir nümunədən verdik". Deməli, Quranda verilən hər bir nümunəni dərindən düşünəcəyik, inşaAllah.
"Heş bir qüsuru olmayan, ərəbcə Qurandır (bu). Ümid edilir ki, çəkinərlər. Heç, şübhəsiz, sən də öləcəksən, onlar da öləcək" deyir Allah, ölümə də diqqət çəkir. Heç kim əbədi deyil dünyada. "Sonra, şübhəsiz, sizlər qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz". Orada haqsızlığa məruz qaldısa, Allaha şikayət edir. "Ya Rəbbi, bu mənə bu şəkildə haqsızlıq etmişdi" deyir, inşaAllah. "De ki: "Allah, mənə yetər. Təvəkkül edənlər Ona təvəkkül etsinlər". Qlobal güclərə deyil. Allaha təvəkkül edirlər, inşaAllah. "Allah kimi hidayətə çatdırsa, onun üçün bir azdırıcı yoxdur". Artıq o dəccalın təsirinə girmir. Mehdiliyin təsirindədir. "Allah intiqam sahibi, güclü və üstün olan deyilmi?" Allah “Hadi” ismiylə təcəlli etdisə, o insan bir cür Mehdidir. "Onun üçün bir azdırıcı yoxdur". Dəccal ona təsir etməz. "Allah intiqam sahibi, güclü və üstün olan deyilmi?" İntiqam alan da Allahdır. Güclü və üstün olan da qlobal güclər deyil, Allahdır. Bunu biləcəklər, inşaAllah.