Vətən TV, 12 yanvar 2008
Vətən TV: Yenə bizim məqsədimiz təbii ki, sizin fikir və düşüncələrinizi ortaya qoymaqdır. Bu reportajın mənə görə ən maraqlı yerlərindən biri bəlkə də sizin deyilənlərdən fərqli olaraq gördüyünüz işlərdən bəhs etməyinizdir. Hansıdır bu işlər? Türk-İslam Birliyindən danışırsınız. Bir az əvvəl azca toxunduq. Amma mən Türk-İslam Birliyi ilə əlaqədar sizin kitablarınızda bir xəritə gördüm.
Adnan Oktar: Bəli.
Vətən TV: Operatoryoldaşlar əgər bu xəritəni yaxınlaşdırsa, mən belə görəcəyəm. Sizin bu Türk-İslam Birliyi ilə əlaqədar xəritənizin böyük bir hissəsi Rusiya Federasiyası, Qazaxıstan, sahə türkləri, Yakutistan, Burma Sultanlığı, Hindistan, Pakistan, İran, İraq, İordaniyadır. Yəni Hindistanın əhalisinə baxırsınız, 1 milyarddır; Afrikadakılara baxırsınız... Yəni bu qədər böyük bir coğrafiyada Türk-İslam Birliyini qura bilmək Türkiyədən mümkündürmü? Yəni dünya bu mövzuda sizə icazə verərmi?
Adnan Oktar: Bubütün bölgənin hamısının hüzuru, rifahı və qardaş kimi yaşaması deməkdir. Bunu hamısı istəyər. Çünki bu bütün adı keçən bölgələr terrorla, anarxiya ilə, qanla dolu olan bölgələrdir. Bunlara sən hüzur, rahatlıq, mədəniyyət təqdim edirsən. Nə üçün qəbul etməsin?
Vətən TV: Amma indi, əlbəttə, bir televiziya proqramı üçün bunu təfsilatı ilə bildirmək çətindir. Bu Türk-İslam Birliyində bəzi sistemlər olacaq. Bunun bir mərkəzi olacaq, bir katiblik olacaq, bir dövləti olacaq. Türk-İslam Birliyinin katibliyi necə olacaq?
Adnan Oktar:Onu o dövrdə,o meydana gələndə bir Türk-İslam Birliyi məclisi yaradılar, ki onsuz da bu indi edilir və hazırlanır. Başına da dövlətin uyğun hesab edəcəyi bir adam gətirilər, çox rahat davam edər.