Kilsələrin birliyi nəyə işarə edir?
ucgen

Kilsələrin birliyi nəyə işarə edir?

745

Üç səmavi dinin birləşdiyi yeganə şəhər olan İstanbul ötən günlərdə tarixi bir hadisəyə ev sahibliyi etdi. 1054-cü ildə bir-birini lənətləyərək ayrılan Katolik və Ortodoks kilsələrinin hazırkı rəhbərləri Papa Francis və Patriarx Bartholomeos İstanbulun Fənər Rum patriarxiatında görüşərək yenidən birləşmə mesajları verdilər.

Kilsələr arasındakı 960 illik ayrılığın səbəbi dini və siyasi fikir ayrılıqları ilə yanaşı, hər iki tərəfin bir-birinə qarşı iddia etdikləri mədəni üstünlükdür. Təqribən 1.2 milyard tərəfdarı olan Katolik Kilsəsi Latın mədəniyyətini, 300 milyon nəfərlik əhalisi olan Ortodoks Kilsəsi Yunan mədəniyyətini üstün tutur və hər ikisi də öz mədəniyyətini hakim etmək istəyir. Bunun nəticəsi isə böyük mənəvi itkiyə məruz qalmış, parçalanmış xristian dünyası oldu.

Həm Katolik, həm də Ortodoks Kilsəsi öz içərisində də qollara ayrılmışdır. 600 milyon tərəfdarı olan xristian dininin digər əsas məzhəbi protestanlıq da müxtəlif məzhəblərə parçalanmışdır. Bir sözlə, xristian aləmi əsrlərdir dağınıq  vəziyyətdədir.

Lakin sevindirici haldır ki, xristianlar artıq ayrılığın yaratdığı təxribatın  fərqindədirlər. Bundan sonra fərqlilikləri kənara qoyub, ayrılığı aradan qaldırmaq, birləşmək istəyirlər. Məhz bu məqamda əsrlərdir bir çox sivilizasiyaların paytaxtı olmuş, fərqli inanclara sahib insanların tarix boyunca birlikdə sülh və hüzur içində yaşadığı İstanbul yenidən birləşdirici rol oynayır və bu mübarək hadisənin həyata keçməsinə səhnə olur.

Əslində, kilsələr arasındakı birləşmə axtarışları elə də yeni deyil. Prosesin başlanğıcı 50 il əvvələ, başqa müqəddəs məkan olan Qüdsə qədər gedib çıxır. 1964-cü ildə Papa VI Paul ilə Ortodoks patriarxı Athenagoras Zeytun Dağındakı görüş ilə yenidən birləşməyə istiqamətlənən ilk addımı atmışdılar. Katoliklərlə ortodokslar müqəddəs məkanda qarşılıklı lənəti götürmüş, əsrlərdir davam edən incikliyə son qoymuşdular. Bir il sonra həyata keçirilən İkinci Vatikan Məclisində isə birgə ekümenik bəyannaməsi qəbul etmiş, rəsmi olaraq əməkdaşlığın yollarını axtarmağa başlamışdılar. Bir sözlə, bu gün yaşananlar yarım əsrlik prosesin ən mühüm addımlarından biridir.

Lakin bəzi xristianlar birləşmə təşəbbüslərinin uzun müddət  nəticələnməməsinə müxtəlif mənfi  mənalar yükləyir. Bəziləri siyasi dairələri yayındırmaq məqsədilə, göstəriş üçün yalan  addımlar atılaraq prosesin qəsdən uzadıldığını və birləşmənin uzun və ya qısa müddətdə asanlıqla baş tutmayacağını düşünür. Bir qismi isə demək olar ki, min ilə yaxındır davam edən ayrılığı bir anda bərpa etməyin qeyri-mümkün olduğu qənaətindədirlər. Sözü gedən insanların digər müzakirə mövzusu isə  kilsələrin  birləşəcəyi təqdirdə Papa və Ortodoks Patriarxının mövqelərinin nə olacağıdır. Katolik Kilsəsinin ruhani lideri olan Papanın Ortodoks Patriarxı ilə eyni səviyyədə olmağı qəbul edib etməyəcəyi şübhə ilə qarşılanır. Başqa sözlə, status mövzusu, bir çoxlarına görə birləşmənin qarşısında dayanan ən böyük maneələrdən biridir.

Şübhəsiz ki, ən gözəl və ən doğru olan  bütün bu narahatlıqları bir kənara qoyub, irəliləyişləri ümidlə və müsbət perspektivdən dəyərləndirməkdir. Papanın İstanbul ziyarəti Katolik kilsəsinin özünü digər kilsələrdən üstün hesab etmədiyini açıq şəkildə ortaya qoydu. Üstəlik, Papa Francis və Patriarx Bartholomeosun bütün dünyanın gözü qarşısında sevgi ilə qucaqlaşmaları, Patriarx Bartholomeosun önündə əyilən Papa Francisin alnından öpməsi və yenidən birləşmə yönündə səmimi mesajlar vermələri ziyarətin simvolik olmadığı və hər iki kilsənin səmimi birlik axtarışında olduğu yönündə əsaslı bir fikir formalaşdırdı. Papanın sözləri də bu yöndəki fikirləri dəstəkləyirdi:" İsanın müridləri arasında hələ də mövcud olan ayrılığa görə sıxıntı və iztirab hissi keçirdik; ayrı olmağımız qəlbləri incidir. Açıq yaralarımızı sağaltmaq arzusu hiss etdik və qətiyyətlə birliyə doğru getməyə qərar verdik. Bu gündən etibarən nə lazımdırsa, birlikdə edəcəyik, dua edəcəyik, sülhü axtaracağıq."

Şübhəsiz,  Allah'ın rizasına uyğun olan da budur. Belə ki, digər müqəddəs kitablarda olduğu kimi, xristian dininin müqəddəs kitabına baxdığımız zaman da görürük ki, önə çıxan mövzular sülh, sevgi və qardaşlıqdır. İncilin heç bir yerində kin, qəzəb və ayrılıq yönündə tövsiyyələr olmamaqla yanaşı, bütünlüklə kitabda sülh, qardaşlıq, qarşılıqlı sevgi, hörmət, həmrəylik təlqini hakimdir. İncil açıq şəkildə bəşəriyyətə sevgi gətirməyi hədəf edən bir kitabdır. İstər Papa Francis və Patriarx Bartholomeos, istərsə də bütün xristianların üzərinə düşən sülhə zəmin yaradan hadisələri mümkün qədər sürətləndirmək, min ilə yaxın bir müddətdir davam edən ayrılığın meydana gətirdiyi uzaqlığı siləcək güclü sevgi anlayışı ortaya qoymaqdır.

Allah'ı sevən, Allah'dan qorxan bütün insanların vəzifəsi yer üzündə sülhü təmin etmək və sülhü qoruyanlar arasında olmaqdır. Bir sözlə, sülh istəyən bütün xristian qruplar aralarındakı tarixi problemlərə, ön mühakimələrə və müxtəlif səbəblərlə meydana gələn bölünmələrə son qoymalı, tez bir zamanda sevgi ilə, dostluqla, qardaşlıqla, həsrətlə qucaqlaşıb, bir-birlərinə bağlanmalı, birləşməlidirlər. Bundan əlavə, bütün inananların əl-ələ vermələrinə də öndərlik etməli, yer üzünə sülh gətirməyə cəhd etməlidirlər. Üstəlik, bir-birlərinə olduğu kimi, bütün müsəlmanlara və yəhudilərə qarşı da sevgi dolu olmalı, onları dost və qardaş hesab etdiklərini bildirən münasibət göstərməlidirlər. Həmçinin dünyada  sülhün nə qədər böyük və təcili ehtiyac olduğunu nəzərə almalı, birləşmə prosesini uzatmadan sürətlə və xeyirlə nəticələndirməlidirlər.

Allah'ın rizasına, dinin təməlinə, gözəl əxlaqa və ağıla uyğun ən xeyirli davranış budur. Unudulmamalıdır ki, xeyiri təxirə salmaq şeytanın tələsidir. Bir müsəlman kimi duamız isə eyni birləşmənin İslam dünyasında da gerçəkləşməsi, əsrlərdir qardaşın qardaşa silah tuşladığı qarşıdurmalara və müharibələrə səbəb olan məzhəblərarası düşmənçiliklərin sona çatması, İslam dünyasının da tək bir bədən olmasıdır.

Adnan Oktarın The Malay Mail'də yayımlanan məqaləsi:

http://www.themalaymailonline.com/what-you-think/article/what-does-the-unity-of-the-catholic-and-orthodox-churches-signify-harun-yah

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr