Adnan Oktarın 3 aprel 2011 A9 Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Yunis surəsi, 61; "Sənin içində olduğun hər hansı bir vəziyyət," oturmuş, qalxmış ola bilər; yan dayanmış ola bilər, "onun haqqında Qurandan oxuduğun hər hansı bir şey," indi olduğu kimi, "və sizin işlədiyiniz hər hansı bir iş yoxdur ki," çay içmək, danışmaq, nə olursa olsun; vəziyyət qiymətləndirməsi, feysbuka girməsi, yoldaşlarıyla dərsə hazırlaşması, imtahana girməsi, restoranda yemək yeməsi, əylənməsi, rəqs etməsi, nə varsa, "hər hansı bir iş yoxdur ki, ona (yaxşıca) daldığınızda, Biz sizin üzərinizdə şahidlər durmuş olmayaq." "Mən o anda hər tərəfdən sizi izləyirəm" deyir Allah. "Danışıqlarınızı da dinləyirəm, sizi də görürəm" deyir Allah. "Yerdə və göydə zərrə ağırlığında," zərrə; atom, "ağırlığında, heç bir şey Rəbbindən uzaqda (gizli) qalmaz." "Hamısından xəbərdaram" deyir Allah. Çünki Özü yaradır. "Bundan daha kiçik," atomdan kiçik; kvark var, fotonlar var, "Bundan daha kiçik, daha böyük elə bir şey də yoxdur ki, açıq-aşkar bir kitabda (qeydli) olmasın." "Kvarka çatana qədər Mənim məlumatımda və qədər kitabında hamısı yazılıdır" deyir Allah. "Hamısını bilirəm" deyir Allah. 62-ci ayə, şeytandan Allaha sığınaram; "Xəbəriniz olsun;" "sizə bildirirəm" deyir Allah. "Allahın vəliləri," yəni Allahın qoruduğu yaxşı insanlar, "onlar üçün qorxu yoxdur," dünyada da qorxu yox, axirətdə də qorxu yox; bir tək Allahdan qorxurlar, "kədərli də olmayacaqlar." "Kədər, əzab, sıxıntı çəkməyəcəklər" deyir Allah. Əbcədi 1993 tarixini verir. "Onlar iman edənlər və (Allahdan) çəkinənlərdir." İman edir və halala-harama diqqət yetirir. İslama, Qurana uyğun hərəkət edir. "Müjdə, dünya həyatında və axirətdə onlarındır." Dünya həyatında müjdə nədir? İslamın dünyaya hakimiyyəti, hz. İsa Məsih (ə.s)-ın gəlişi, hz. Mehdi (ə.s)-ın çıxışı. "Hz. Mehdi (ə.s) ilə müjdələn" deyir Allah, deyilmi? Yaxşı, "Müjdə, dünya həyatında və axirətdə onlarındır." Peyğəmbərimiz (s.ə.v)-in hədisidir, amma onsuzda o məlumat Peyğəmbərimiz (s.ə.v)-ə vəhylə gəlir. "Allahın sözləri üçün dəyişiklik yoxdur." "Hz. Mehdi (ə.s) çıxacaq" dedisə, çıxar; "Hz. İsa (ə.s) enəcək" dedisə, enər; "dünya hakimi olacaq" dedisə, olar. "Dəyişiklik yoxdur" deyir. Nur surəsinin 55-ci ayəsində də Allah onsuz da açıqca dünya hakimiyyətinin olacağını söyləyir. "Məhz böyük "qurtuluş və xoşbəxtlik" budur." Deməli, müsəlmanların həqiqi qurtuluşu nədir? İslam Birliyidir. Arxasından da "xoşbəxtlik" deyir. Hər yerə sevgi, sülh hakim olsa, xoşbəxtlik niyə olmasın? Olur, xoşbəxt oluruq. Allahın razılığını qazanmağa çalışdığımızda xoşbəxt oluruq. "Onların sözləri səni üzməsin." Boşboğazı olar, iti olar, köpəyi olar, çaqqalı olar; boş-boş danışar, əleyhinə sözlər danışar, böhtan atar, təhqir edər, oyun oynayar. Kədərlənsən nə etmiş olarsan? Harama girmiş olarsan. Allah nə deyir? "Onların sözləri səni üzməsin." Tövsiyə deyil, möhkəm hökmdür. Üzməsin nə deməkdir? Namaz qılın, şərab içməyin, bunlar kimi möhkəm hökmdür. "Onların sözləri səni üzməsin." Kədər haramdır. "Mən kədərlənə-kədərlənə pərişan oldum, səhərlərə qədər başımı divarlara vurdum" deyir, harama girərsən. Kədər qədərə qarşı savaşdır. Əstəğfirullah, Allaha qarşı mübarizədir. Niyə kədərlənirsən? Hamısında xeyir var. "Şübhəsiz, "izzət və gücün" hamsı Allahındır." "İzzəti nəfsimə toxundu" deyir; Allahdır yalnız, bütün izzət Allaha aiddir. Və güc, "mən çox güclüyəm" deyir; güclü olan sən deyilsən, Allahdır. Gücü Allah verər. "Gücün hamısı Allahındır. O, eşidəndir, biləndir." Bu söhbətimizi də Allah indi eşidir. Biləndir; bizləri danışdıran da Allahdır, "hamısını da Mən bilərəm" deyir Allah. "Xəbəriniz olsun" deyir Allah. Bax, bir daha söyləyir, "Xəbəriniz olsun;" "şübhəsiz" deyir Allah. O çox əhəmiyyətlidir. "Şübhəsiz," heç şübhə etməyin, "göylərdə kim var," Kim var? Hz. İsa Məsih (ə.s) var idi, o da onsuz da gəldi, inşaAllah. Və mələklər var, cinlər var. "yerdə kim var," yerdə olan da hz. Mehdi (ə.s) və tələbələri, müsəlmanlar və bütün insanlar; "hamısı Allahındır." Nə hz. Mehdi (ə.s)-ın gücü var, nə hz. İsa (ə.s)-ın gücü var; bütün güc Allahındır. "Allahdan başqasına tapınanlar belə, şirk qoşduqları varlıqlara və güclərə (həqiqətdə) uymazlar" deyir Allah. "Heç birinə uymazlar" deyir. "Onlar yalnız bir zənnə uyarlar və onlar ancaq "zənn və təxmində olaraq yalan danışırlar." "Xurafatlarla, mövhumatçılıq edib, fırıldaqçılıq edib, saxtakarlıq edirlər" deyir Allah. Zənn nə deməkdir? Quran ayəsi olmayan uydurma hökm. Təxminlə danışır adam, zənn və təxminlə danışır. Bax, nə deyir Allah; "Onlar yalnız bir zənnə uyar və onlar ancaq "zənn və təxmində olaraq yalan danışırlar." Xurafatçıların ümumi xüsusiyyəti, yalançı olmaq əsas xüsusiyyətləridir. Uydurar, qudurmuş kimi gecə-gündüz yalan danışar. "O, istirahət etməyiniz üçün gecəni," deməli, gecə yatmaq yaxşıdır. Həqiqətən də, gecə gözəl olur, amma gecə biz davamlı fəaliyyət halındayıq. Gecə çox az yataram mən, çox nadir hallarda. Gecələr səhərə qədər mənimdir, inşaAllah. Gündüz də elədir. Məsələn, bəzən 24 saat yatmadığım olur amma evelAllah, inşaAllah. "Gündüzü də işıqlandırıcı (mübaşir) olaraq sizin üçün yaratmışdır." Amma gecə istirahət etmək yaxşıdır, yəni onu etmək lazımdır. Biz zəruri olduğu üçün gecə yatmırıq, məcbur olduğumuz üçün. Çünki vaxt yoxdur, vaxt çox azdır. "Şübhəsiz, eşidən bir birlik üçün bunda həqiqətən ayələr vardır."