Təcili İslam birliyi qurulmalıdır!
ucgen

Təcili İslam birliyi qurulmalıdır!

2199

1991-ci il Körfəz müharibəsindən etibarən müsəlmanların bölünməsi, münaqişəsi,  ayrı düşməsi  planları qurulur. Elə bir gün olmur ki, qərb mənşəli bir qəzetdə yeni Yaxın Şərq xəritəsi çıxmasın, ya da Şimali Afrika üçün yeni siyasi modellər inkişaf etdirilməsin. Bu xəritələrdə İraq və Liviya 3 hissəyə, İran və Yəmən isə 2 hissəyə, Səudiyyə Ərəbistanı 5 hissəyə bölünür, Türkiyədən qoparılacaq torpaqlarla qurulacaq kommunist kürd dövlətinin sərhədləri çəkilir. Suriyanın neçə hissəyə bölünəcəyi isə xəritədən xəritəyə dəyişir. Bəziləri bölünəcək ölkələr sırasına Misir və Pakistanı da əlavə edirlər. Dünyanın bir qismi də siyasətlərini bu parçalanma planları əsasında qurur.

 

Bu xəritələri dünya neft yatağı xəritələri ilə üst-üstə qoyduqda tam uyğunluq olduğunu görürük. Təkcə neft yataqları deyil, neftin dünyaya çatmasını təmin edən 3 dəniz yolu da bu bölünmə dairəsinin içindədir. Dünyanın ən böyük neft yataqları parçalanması planlaşdırılan ölkələrdədir. Bu neftləri beynəlxalq sulara çatdıran yollar da yenə bölünməsi nəzərdə tutulan ölkələrdən keçir. Bu xəritələri çəkdirənlər müsəlman dünyasını neft maraqları üçün oda atmağa qərarlıdırlar.


 

Bu xəritələrin mənası müsəlman dünyası ilə bağlı qərarları müsəlman olmayanların verməsi deməkdir. Biz birlik olmadığımız müddətcə də onlar qərar verməyə davam edəcəklər. Bu bölgəni bilmədikləri, insanlarını da tanımadıqları üçün dağıdıb-tökərək gedəcəklər və gedirlər. Çözüm təklifləri əsasən hərbi istiqamətdə olduğu üçün problemlər daha da böyüyür. Son 10 ildə müsəlman dünyasındakı mənzərə 6 milyon ölü, 10 milyondan çox məcburi köçkündür.

 

Amma biz müsəlmanların özümüzdən başqa heç kimi günahlandırmağa haqqımız yoxdur. İslam aləmindən öz problemlərinə çözüm gəlmir. Ən həyati məsələlərdə belə bir neçə ölkə bir araya gəlib birgə qərar ala bilmir. İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq birliklər həll təkliflərindən çox uzaqdırlar. Suriya vətəndaş müharibəsi ilə bağlı müsəlmanlar ortaq həll yolu gətirə bilmirlər. İraqda axan qanı dayandıra biləcək bir müsəlman planı ortada yoxdur. Liviyanın gələcəyi ilə bağlı ortaq siyasət həyata keçirilmir. Sünni-şiə münaqişələri məsələsində hər kəsdən fərqli səs çıxır.

 

Müsəlman dünyasının birgə hərəkət etməsini təmin edəcək, birliyin özəyini yarada biləcək bir neçə ölkə var. İran, Səudiyyə Ərəbistanı, Türkiyə ilə birlikdə Misir bu məsuliyyətin altına girməlidir. Bu 4 ölkənin çətin vəziyyətlərin öhdəsindən gələ biləcək tarixi, sosial və iqtisadi keçmişi var. Ayrılıqları bir kənara qoyub ortaq nöqtələrdə birləşmək lazımdır. Əks halda İslam dünyası mənfəət qrupları tərəfindən parçalanacaq.

 

Misir bir çox baxımdan Türkiyə ilə birlikdə İslam dünyasının mərkəzindədir. Türkiyə ilə 500 illik birgə tarixə malikdir. Tarixdə dəfələrlə bir-birinə dəstək olmuş, ortaq düşmənlərə qarşı eyni cərgədə yer alıblar. Napoleon orduları, Çar Rusiyası, ingilis imperializmi ilə bir cərgədə mübarizə aparıblar. Bu iki böyük İslam dövləti birlikdə hərəkət etməlidirlər.

 

Misir dünyanın ən mühüm ticarət yolu mərkəzində yer alır. Süveyş kanalı Aralıq dənizinin 2 qapısından biri və eyni zamanda şərqi və cənub-şərqi Asiyanın və bir çox İslam dövlətinin ticarət yoludur. Süveyş kanalı və Qırmızı dənizin təhlükəsizliyindən Misir cavabdehdir. Dəniz yolunun giriş qapısı olan Ədən Körfəzi bir sahilində Yəmən vətəndaş müharibəsinin, qarşı sahildə isə Efiopiya və Somalidəki daxili iğtişaşlara görə atəş altındadır. Bölgə piratların təsiri altındadır. Bu münaqişələrə təcili olaraq son qoyulmalı olduğu aşkardır. Misir digər İslam ölkələri ilə ittifaq edərək, bu məsələdə aparıcı rol oynamalıdır.

 

Oxşar şəkildə Səudiyyə Ərəbistanı ilə əldə edilən anlaşma və Saudi-Egypt Causeway həccə gedişi asanlaşdıracaq, bütün regionu dəmir yolu ilə bir-birinə bağlayacaq və İslam ordusuna Misirin dəstəyini təmin edəcək bir layihədir. Bu, bölgə sülhünü və müsəlmanların birliyini gücləndirəcəyi üçün həm iki ölkə xalqının, həm də İslam aləminin xeyrinə bir layihədir. Qırmızı dənizin təhlükəsizliyi və yaxın perspektivdə Yəmən vətəndaş müharibəsinin başa çatmasına dəstək verəcək. Bu və bənzər transmilli layihələri artırmaq müsəlmanların ittifaqının inkişafını təmin edəcəkdir.

 

Misir-Türkiyə münasibətlərində bu günə qədər çətin dövrlər olub, ancaq bu bir həqiqətdir ki, İslam birliyinin qurulmasında bu iki ölkə öncül olacaq. Türk xalqı və dövləti Misirin qədim dostudur. Bu dostluğun möhkəmləndirilməsi, əməkdaşlığın artırılması vaxtıdır. İstanbuldakı İslam Əməkdaşlıq Sammitinin Misir Xarici İşlər nazirinin iştirakı ilə gerçəkləşməsi ümidverici bir hadisədir. Amma bu dostluq və qardaşlıq mühitinin sürətlənməsi lazımdır. İslam aləminin gözləntisi güc birliyidir, ittifaqdır. Səudiyyə Ərəbistanının başçılığı altındakı İslam ordusu layihəsi davam edir. Bu ordunun ən əhəmiyyətli iki dəstəkçisi mövqeyində olan ölkələrin başında Türkiyə və Misir gəlir. Bu ordu döyüş məqsədli bir ordu olmayacaq, İslam dünyasında təhlükəsizliyi təmin edən, çəkindirici bir güc olacaq. Müasir dövrdə müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə, fərqli dillərə mənsub olan ölkələr bir araya gəlib ittifaq edərkən yüzlərlə ildir ki, birlikdə yaşamış, eyni dinə mənsub, eyni qibləyə yönələn müsəlmanların ayrı düşməsi hamımızın utancı olmalıdır. Müsəlmanlar bir-birinin vəlisidir. Müsəlmanların təhlükəsizliyi, rifahı bütün qardaşlar bir arada ittifaq halında olduqda ola bilər.

 

Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:

http://www.gulf-times.com/story/494282/The-Islamic-community-is-in-urgent-need-of-alliance

http://newsrescue.com/the-islamic-community-is-in-urgent-need-of-allia


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr