Azərbaycan APA Xəbər Agentliyi, 16 avqust 2008 Adnan Oktar:Türk- İslam birliyinin olmadığı dövr həmişə acı dövr olacaq. Yəni bunun çarəsi yoxdur. Bunu Qafqazda da görərik, başqa bölgədə də görərik, hələ də görməyə davam edirik. Bunun sonu kəsilməz, bu qan dayanmaz. Bunun tək çarəsi Türk-İslam Birliyidir. Bunu gecikdirmək insanları məsuliyyət altında buraxır. Ona görə türk milləti olaraq var gücümüzlə Qazaxıstan, Azərbaycan, Türkiyə, Şərqi Türküstan, bütün türk dövlətləri, Qırğızıstan-hamımız bu birliyi təcili bir araya gəlib həll etməliyik. Keçən hər gün ziyanımıza və əleyhimizədir, Allah eləməsin. Baxın, bu gün Gürcüstanda axan qanlar, abxazların sıxıntısı, rusların çəkdiyi iztirab, bunların hamısının kökündə Türk-İslam Birliyinin olmaması dayanır. Türkiyə bu gün təklif etsin, iki dövlət, bir millət olaraq Azərbaycanla birləşək deyə inanın 24 saat sonra bunun cavabı müsbət olar, İnşAllah. Suriya ilə də elə, İraq ilə də elə, yəni bunu qəbul etməyən heç bir İslam ölkəsi yoxdur, heç bir türk dövləti yoxdur. Belə bir bərəkətli, gözəl, dinc birliyi bir adamın rədd etməsi üçün ruhi narahatlığı olmalıdır. Ağıla sığmayan şeydirbu. Bütün dünyanın lehinə biz bu yolda davam edirik. İnşAllah, bu birlik reallaşacaq, bu bunların əlamətidir, Allah göstərir. Bu birlik olmadığında nələr olar, onu göstərir. Son hadisələr də bunlardan ibarətdir. |