Əl-Bağdadi TV. 30 aprel, 2008
Adnan Oktar:Osmanlı dövründə bütün bölgə çox rahatladı. Ümumi mənada deyirəm. Amma təbii ki, qüsursuzluq olmamışdır. Səhvlər olmuşdur. Ayrıca Osmanlı yenidən canlanıb, dirilib yenəbaşa keçəcək demirik biz. Osmanlının eyni modelinin yenə olacağını demirik. Əlbəttəki, Osmanlının o dövrdə etdiyi səhvlər və çatışmazlıqlar bir təcrübə olmuşdur. Bunlar təkrar edilməyəcək. Bunların daha gözəli, daha doğrusu və daha yaxşısı ortaya qoyulacaq. Tarix bir təcrübədir. Tarixin səhvlərinin təkrar edilməməsi mükəmməlliyini meydana gətirər. Amma ümumi mənada o dövrdəki hüzurdan söhbət gedir. Fələstindəki hüzuru hamı bilir, Osmanlı dövründə bütün İslam aləmindəki, məsələn, Fas, Tunis və Cəzairdəki rahatlığı hamı bilir. Hüzur içində yaşadılar, zənginlik və bərəkət içində yaşadılar.
|