Avropa birliyi dostluq birliyinə çevrilməlidir
ucgen

Avropa birliyi dostluq birliyinə çevrilməlidir

358

Sovet komunizminə qarşı Avropa xəyalı ilə qurulan Avropa Birliyi nə qədər Avropa İqtisadi Cəmiyyəti adı ilə qurulsa da, özəyində ideoloji birliyi hədəf alırdı. Soyuq müharibə dövründə olduqca güclü olan Amerika komunizmə qarşı varlığını sübut etmiş, öz qitəsindən uzaqdakı tərəfdarlarının bu kommunist təhlükəyə qarşı bir qalxan olmasını istəyirdi. Bu qalxan ən yaxşı və ən güclü şəkildə sərhədləri birləşən “Xristian Birliyi” ilə qurula bilərdi. Əlbəttə, adı və idealı heç vaxt Xristian Birliyi olaraq anılmadı. Lakin 2014-cü ildə Afrikadakı müsəlmanların sakin olduğu Mayotte adasını Fransaya məcburən rəsmi olaraq birləşdirərək sərhədlərinə qatan AB-də başqa müsəlman üzv mövcud deyil. Gömrük Birliyinə üzv olmasına baxmayaraq, təxminən 50 ildir üzvlük üçün gözləyən Türkiyə də, şübhəsiz ki, bu vəziyyətə şahid olur.

Bir məqama xüsusi diqqət etmək lazımdır ki, AB bir xristian ittifaqı olmasına baxmayaraq, soyuq müharibədən sonra daxili birlik tarazlığında dəyişikliklər yaranmışdır. Nə qədər Ukrayna ilə Krım məsələlərinin ardından AB ilə Rusiya arasında soyuq müharibəni xatırladan bir atmosferin yaranmasına dair fikirlər meydana gəlsə də, əslində vəziyyət belə deyil. AB-nin Rusiya ilə, xüsusilə, təbii qaz ticarətinə əsaslanan birliyi davam edir və başqa ticarət əlaqələrinə görə də AB ölkələri Rusiya ilə gərgin münasibətlərə laqeyd qala bilmir. Lakin AB daxilində, xüsusilə, iqtisadi böhranın başlanğıc dövrlərindən etibarən bir fərqliliyin mövcud olduğu göz önündədir. İqtisadi böhrandan ciddi zərbə alan Yunanıstan, Kipr Rum Seqmenti və İspaniya kimi ölkələr AB-nin yüksələn iqtisadiyyatı qarşısında çətinlik yaratmış və birliyin Almaniya, İngiltərə və Fransa kimi zəngin ölkələri bu ölkələrin maddi problemlərini həll etməyə çalışmışdılar. AB üzvü olduqdan sonra Avropa bölgəsinə daxil olmayan, pul vahidini dəyişməyən bir ada ölkəsi olduğu üçün İngiltərə bu yükü ən çox boynuna götürən ölkələrdən biri olmuşdu.

Böhran dövrünün əvvəllərində yaranan bu vəziyyətin gətirdiyi nəticələri görən Almaniya və Fransa o dövrdə AB-ni öz daxilində 3 hissəyə bölmək fikrini həyata keçirmək istəmişdi. Bu bölünmə nəticəsində Fransanı özünə birləşdirib mərkəzdə Almaniyanın olduğu birinci Avropa, Baltik və balkanlardan ibarət ikinci Avropa və İtaliya ilə İspaniyanın daxil olduğu üçüncü Avropa yaranacaqdı. Birinci Avropa maddi gəlirinə zərər gəlmədən və maddi böhran yaşayan ölkələrin ehtiyaclarını öz üzərinə götürmədən inkişaf edərkən digər bölgələr də birinci Avropanın nəzarəti və idarəsi altında hərəkət edəcəkdilər. Başqa bir ifadə ilə, İngiltərə və Fransanın Afrikada tətbiq etdikləri üsulun "Avropaya" uyğunlaşdırılmış halı qüvvədə olacaqdı. Beləliklə, iqtisadi böhrandan sonra batma nöqtəsinə gələn ölkələr zəngin ölkələrin məsuliyyəti altında olmayacaqdı.

Amma bu plan baş tutmadı. İndi birləşmiş bir super güc olmaq arzusu ilə formalaşan Avropa Birliyi iqtisadi cəhətdən qorunmağa ehtiyacı olan ölkələri özü üçün bir növ “zəif halqa” olaraq qiymətləndirir. AB üzvlüyündə olmağın özünə iqtisadi və sosial cəhətdən zərər gətirdiyini düşünən İngiltərə isə üzvlükdən ayrılmaq təklifini referenduma aparmağı planlaşdırır. AB üçün, xüsusilə, böhranların yaşandığı bu dövrdə İngiltərə kimi əhəmiyyətli bir iqtisadi gücü itirmək, əlbəttə ki, heç yaxşı olmayacaq. Xatırladaq ki, İngiltərə şərqdə Rusiyadan əlavə müsəlman ölkələrə qarşı da iqtisadi birlik hazırlayır.

Avropa Birliyi Avropanın seçilmiş, keyfiyyətli, liberal, azad və demokratik zəminini bir araya gətirən, bir-birini dəstəkləyərək güclənən gözəl və əhəmiyyətli bir birliyə çevrilə bilərdi. Lakin maddi problemlər yalnız maddi təməllər üzərinə qurulmuş olan bu birliyə zərər verirdi. “Güclülər Birliyi” əzmində olan ölkələrin zəiflərlə qarşılaşanda zərərverici üsullara əl atması materializm və vəhşi kapitalizmin kirli və qorxunc üzüdür. Tədbiq edənə də, tədbiq olunana da sadəcə zərər verir.

Birliklər ancaq sevgi və dostluğa əsaslananda güclü və sabit olur. Belə vəziyyətdə maddi cəhətdən zəifləyən ölkələr zəif halqa olaraq deyil, kömək edilməli bir dost kimi görülər və bununla da birliklərin həm maddi, həm də rifah səviyyəsi daimi olaraq yüksələr. Qarışıqlıq və müharibələrin baş verməsinə şərait yaranmaz. Haqsızlıqlara birlikdə qarşı çıxılar.

Avropa Birliyinin belə bir sistemə ehtiyacı var. Bu sistem yarananda ölkələr arasında ittifaq yaratmasına görə böyük əhəmiyyəti olan bu birliyin gözəl bir barış ittifaqına çevrilməsi mümkün olar. Əlbəttə, bunun üçün əvvəlcə iqtisadi cəhətdən zəifləyən ölkələri inkişaf etdirmək üçün bütün gücləri ilə çalışmalı və AB bir Xristian Birliyi görünüşünü tərk etməlidir. Türkiyə kimi müsəlman, demokratik və iqtisadi cəhətdən güclənən bir ölkənin Avropa ölkələrinin birliyinə daxil olması həm tək istiqamətli fikri aradan qaldıracaq, həm də AB-yə müsəlman dünyasının iqtisadiyyatının, mədəniyyətinin və sevgisinin qapısını açacaqdır. AB kimi əhəmiyyətli birliklər təməllərini mütləq mənfəət birliyindən dostluq birliyinə çevirməlidir. Bu, şübhəsiz, dünyaya gözəllik gətirəcək.

Adnan Oktarın Arab News və Pakistan Observer'da yayımlanan yazısı:

http://www.arabnews.com/news/567396

http://pakobserver.net/detailnews.asp?id=240902


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr