Müsəlmanlara qarşı hiyləgər planların yeganə həlli İslam Birliyidir
ucgen

Müsəlmanlara qarşı hiyləgər planların yeganə həlli İslam Birliyidir

513

Müsəlmanlara qarşı hiyləgər planların yeganə həlli İslam Birliyidir

 

Dünyada baş verən mühüm hadisələri diqqətlə və dərindən araşdırdıqda, ümumiyyətlə, belə bir dəyişməz nəticəyə gəlirik: Hadisələrin həmişə zahiri tərəfi, yəni görünən səbəbləri olur. Eyni zamanda, həmişə pərdə arxasında gizlənən və ilk baxışdan dərk edilməyən real məqsədlər və səbəblər vardır. İnsanların əksəriyyəti hadisələri zahiri (görünən) səbəblərinə görə rəy bildirib qiymətləndirirlər. Dərin dünyanın yaratdığı saxta dünyanın qaydalarını, su üzərindəki səbəb-nəticə əlaqələrini görür və yaşayırlar.

 

Məsələn, Birinci Dünya Müharibəsi başlayanda bunun səbəbi, Avstriya-Macarıstan İmperiyasının varisinin serb millətçisi tərəfindən öldürülməsini göstərmişdilər. Lakin müharibənin əsl səbəbi Avropa dövlətləri arasında iqtisadi münaqişə idi. Halbuki bütün dünyaya “orada psixopat qatilin bir insanı öldürməsi ilə anidən üsyan başladı, sonra ölkələr bir-biri ilə müharibə etdilər” kimi görünən bir səbəb göstərildi. İkinci Dünya Müharibəsi də eyni şəkildə başlamışdı. Ancaq müharibə həmişə olduğu kimi iqtisadi səbəblərə əsaslansa da, insanlara verilən səbəblər yenə fərqli idi.

 

Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 71)

 

 Rəbbimiz möminlərin bir-birinin himayəçisi olduqlarını bildirmişdir. Dost, yardımçı, dəstəkçi və qoruyucu kimi mənaları özündə cəmləndirən “vəli” sözü müsəlman cəmiyyətləri arasında həmrəylik və dəstəyin əhəmiyyətini vurğulayır.

 

 

İlk hiyləgər plan: Müsəlmanları süni sərhədlərlə bölmək

 

Yaxın Şərqdə bir əsrdən artıqdır ki, böyüyən hadisələr, qarışıqlıq və üsyanlar ərəblərə hakim olmağa başlayan millətçilik arzuları ilə əlaqələndirilir. Osmanlı İmperatorluğunun son dövrlərində belə bir təəssürat yaranmışdı ki, “ərəblər millətçi hissləri ilə Osmanlıdan ayrılıb öz torpaqlarına sahib olmaq istəyirlər, ona görə də üsyan edirlər”. Lakin bu üsyanlar bütünlüklə dövrün Qərb müstəmləkəçi dövlətlərinin ərəblərə qarşı törətdikləri təxribatlardan irəli gəlirdi. 

 

Çünki ərəblərin onsuz da öz aralarında birliyi yox idi. Millətçilik arzusu ilə qoruya biləcəkləri milli ideologiyaları və ayrı sərhədləri yox idi. O dövrdə ərəblər tayfalardan ibarət idi və Osmanlı hakimiyyəti altında son dərəcə rahat və xoşbəxt yaşayırdılar. Onlar Osmanlı İmperatorluğuna heyran idilər, hətta əsrlər boyu həm Osmanlı İmperiyasına qatılmağı tələb edirdilər, həm də kömək edirdilər.

 

Lakin Qərbin dərin dövlətlərinin illərlə apardığı intriqa və təxribat nəticəsində Yaxın Şərq, başqaları tərəfindən xəritədə yenidən çəkilərək müxtəlif adlar verilmiş ərəb ölkələrinə bölündü və sərhədlər indiki formasına gətirildi. Dünyaya verilən mesaj belədir: “Bundan sonra ərəblər Osmanlı boyunduruğundan qurtulmaq, öz vətənini və milli sərhədlərini bərpa etmək istəklərinə nail oldular”.

 

Bu hiyləgər dərin plan nəticəsində Yaxın Şərq ölkələri sahib olduqları bütün resurslara və sərvətlərə baxmayaraq, qısa zamanda dünyanın ən zəif inkişaf etmiş ölkələri sırasına daxil oldular. Yaxın Şərq xalqları da dünyanın ən kasıb xalqına çevrildi. Təbii ki, bu ölkələrin bütün sərvətləri, ilk növbədə bu ölkələrin xəritəsini çəkib, istədikləri hakimiyyəti quran güclərin xəzinəsinə verilib və hal-hazırda da verilir. Əslində, hakim dərin güclərin bu planları təkcə Yaxın Şərqi deyil, bütün dünyanı əhatə edir.

 

Eyni hiyləgər istismar sistemi dünyanın bütün ölkələrinin təbii sərvətlərini və insan gücünü hədəf alır. Sadə statistika bu ədalətsiz zülm sistemini ümumiləşdirir. Dünya gəlirinin 80%-nin dünya əhalisinin cəmi 8%-nə məxsus olduğu bu istismar və zülm sistemi, güclü dövlətlərin dərinliyində yerləşmiş liderlər tərəfindən planlaşdırılıb həyata keçirilir. Əslində bu şeytani plan Misir dövlətində olduğu kimi yenidən ortaya çıxır və hiyləgər oyunlarda həmişə günahsız insanlardan alət kimi istifadə edilir. 

 

Birinci Dünya Müharibəsini başlatmaq üçün işlətdikləri “vəliəhd şahzadəni öldürdülər, gəlin hücum edin!” nümunəsində olduğu kimi oxşar təxribatlarla, kütlələr özləri də fərqində olmadan zahiri səbəblərə görə təşvişə düşürlər və əsl məqsədin, yəni pərdə arxası güclərin istismar planlarını formalaşdırırlar. Bu çox mütəşəkkil və idarə olunan planın kiçik, şüursuz tərəfi isə xalqdır və bu oyunda ən böyük zərəri yenə xalq çəkir.

 

 

İslam Birliyi Qərb ölkələri üçün yeganə qurtuluş yoludur

 

Qərbin, islam və müsəlmanların inkişafı və güclənməsindən qorxması və narahat olması çox gərəksizdir. Müsəlman ölkələrinin inkişafı və islam əxlaqının bütün dünyaya yayılması təkcə müsəlmanlara deyil, xristianlara, yəhudilərə, hətta dinsiz və ateistlərə belə ən böyük rahatlıq, hüzur, əmin-amanlıq və zənginlik, ən səmərəli və dinamik ticarət həyatını gətirəcəkdir. Çünki islamda, qısa ifadə ilə desək, ədalət, haqqa riayət etmək, ölçü və çəkidə düz olmaq, lazım gəldikdə borcları bağışlamaq, zəifi və məzlumu qorumaq, bağışlamaq vardır.

 

İslamda hər şey gözəldir. İncəsənət, elm, estetika, əxlaq, gözəl davranış, sevgi və şəfqəti ən yüksək səviyyədə yaşamaq məqsədi daşıyır.

 

Lakin onu da qeyd etmək lazımdır ki, islam dininin Qərb dövlətlərinə tam şəkildə tanıtmaq çox vacibdir. Qadını dəyərsiz görən, onlara dəyər verməyən, incəsənəti, elmi və hər cür gözəlliyi qadağan edən mövhumatçı zehniyyətin Qurana dair islamı əks etdirmədiyini tam şəkildə izah edilməlidir.

 

Quran əxlaqı bəşəriyyətin qəlbində yerləşdikdə, islam ölkələrinin sərvətlərini istismar etmək şövqü ilə müsəlmanları gözünü qırpmadan qırmaq zehniyyəti ortadan qalxdıqda, həm Avropa Birliyinin, həm də ABŞ-ın çökmüş iqtisadiyyatı düzələcək, hətta xalqı iqtisadi inkişaf naminə həmişə əzilən və sıxışdırılan Çin də əsl rifah yaşayacaq, sosial ədalət yüksələcək. Quran əxlaqını yaşamağın nemətləri bütün dünyaya yayılacaq.

 

 

Müsəlman Ölkələrində Xalqı Gözləyən Böyük Təhlükə

 

Müsəlman ölkələrinin bölünməsi, masa başında xətkeşlə çəkilmiş kəskin hüdudlarla məhdudlaşmır. Daha da önəmlisi, bu ölkələr özlərində yüzlərlə hissəyə; qrup və fraksiyalara bölünürlər. Bu üsul həmin ölkələr üzərində nəzarət, oriyentasiya və manipulyasiya gücünü maksimum səviyyədə saxlamaq məqsədi daşıyır. Bu, kompüter proqramı tərəfindən istənildiyi kimi idarə olunan yüzlərlə robotların olması ilə müqayisə oluna bilər.

 

Əslində, hazırda Yaxın Şərqdə olan 30 böyük ölkəni nəzərdən keçirsək, görərik ki, bu 30 ölkə əslində yüzlərlə kiçik müstəqil qruplardan ibarətdir. Bu gün hər hansı bir telekanalı açsanız müxtəlif adlar altında fəaliyyət göstərən qruplar haqqında eşidəcəksiniz: PYD, YPG, FSA, Əl Nusra, Əl Qaidə, Allahu Əkbər qrupu, Həmas, Hizbullah, İraq və Levant İslam Dövləti təşkilatı...

 

Bunların hamısı müsəlman ölkələrində mövcud olan qruplardır və təkcə Suriya daxilində 70-dən çox qrup fəaliyyət göstərir. Necə ki, bütün müsəlman ölkələrində yüzlərlə parçalanmış qruplar var və bu qruplar həmişə bir-biri ilə ziddiyyət təşkil edir. Bu, Yaxın Şərq planının ən mühüm hissələrindən biridir. Dövlətləri zahirdə ölkə kimi göstərmək, kağız üzərində sərhədlərini müəyyən etmək, amma bu sərhədlər daxilində bir-biri ilə tamamilə ziddiyyət təşkil edən xalqlar yaratmaq... 

 

Təbii ki, bir-birinə zidd olan xalqlar heç vaxt birliyə nail ola bilməyiblər. Onlar heç vaxt öz ölkələrinin yeraltı sərvətlərindən, təbii gözəlliklərindən, tarixi və turizm imkanlarından yararlana bilməyiblər. İqtisadiyyatları həmişə çöküb, xalqları kasıb olub, ölkələri zəif inkişaf edib.

 

İslam ölkələri arasında qardaşlıq fikri ilə həyata keçirilən əməkdaşlıq müsəlmanlara rifah və bolluq gətirəcək, illərdir islam dünyasının mühüm problemlərindən biri olan yoxsulluğu aradan qaldıracaq. Unutmamaq lazımdır ki, Quran əxlaqının hökm sürdüyü cəmiyyətlərdə aclıq, yoxsulluq kimi problemlərə rast gəlinməz. Müsəlmanlar rasional, uzaqgörən siyasət izləyərək, başqa cəmiyyət və ölkələrlə yaxşı əlaqələr quraraq, ticarətə və inkişafa önəm verərək, başqa mədəniyyətlərdən faydalanaraq öz cəmiyyətini inkişaf etdirirlər. Tarixdə həmişə belə olub, Allahın izni ilə İslam Birliyinin hakimiyyəti ilə yaxın gələcəkdə yenə belə olacaqdır.

 

 

2) Hiyləgər Plan: Qlobal mənfəətlər üçün qeyri-demokratik rejimlərin həyata keçirilməsi

 

Müsəlman ölkələrinin sərhədləri kağız üzərində çəkildikdən sonra bu ölkələri Qərbin dərin dövlətlərinin mənfəətlərinə uyğun idarə edəcək şəxslər xüsusi olaraq seçilərək hakimiyyətə gətirildi. Eynilə, bu ölkələrin orduları və bu orduları idarə edən yüksək rütbəli generallar da, Qərbin dərin dövlətləri tərəfindən süni şəkildə yaradılmışdır. Əksəriyyəti müsəlman ölkələrinin kapital sahiblərindən təyin edilmiş bu generallar xarici qüvvələrin mənfəətlərinə uyğun olaraq nəzarətdə saxlamaq, günahsız insanlara zülm edərək onları passivləşdirmək və Qərbin mənfəətlərinin əleyhinə olan halda dərhal müdaxilə etməklə vəzifələndirildilər.

 

Qərbin dərin gücləri tarix boyu ictimai quruluşu, iqtisadiyyatı və demokratiyası inkişaf etmiş, zəngin təbii sərvətlərə malik, Quran dəyərlərini yaşayaraq üstün əxlaq və sivilizasiya səviyyəsinə çatmış, estetika, incəsənət, elm və texnologiyada qabaqcıl olan islam cəmiyyətini öz iqtisadi mənfəətləri qarşısında böyük təhlükə olaraq gördülər. Təbii axarına buraxdıqları təqdirdə, müsəlman cəmiyyətlərinin bu labüd üstünlüyü əldə edəcəklərini düşündükləri üçün tarixin hər dövründə birbaşa və dolayı yolla bu inkişafın qarşısını almağa çalışmışlar.

 

“Müsəlmanlar inkişaf etsə, Qərb iflas olar” fobiyasının təsiri ilə müsəlmanları yox etmək üçün siyasət, daha doğrusu intriqalar həyata keçirdilər. Bunun üçün iki təsirli üsul, yəni yoxsulluq və cahillik müsəlman ölkələrin üstündə durmadan yellənən iti qılınca çevrilib. Əslində, dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarına, yerüstü və yeraltı sərvətlərə, qızıl yataqlarına malik olsalar da, Yaxın Şərqdəki 22 ölkənin ümumi milli məhsulunun cəminin Almaniyadan aşağı olması və xalqının yoxsulluq içində yaşaması bu oyunun nə qədər təsirli və uğurlu olduğunun əyani göstəricisidir.

 

Digər tərəfdən, müsəlmanları savadsız, şüursuz, özünü idarə edə bilməyən, üstəlik, hər fürsətdə qaniçən, terrora meylli kimi göstərərək dünya ictimaiyyətinə müsəlmanlara qarşı hər hansı müdaxiləyə haqq qazandıracaq və qanuniləşdirəcək bir imic yaratdılar. Təbii ki, əksər müsəlmanlar arasında formalaşan mövhumatçı zehniyyət bu baxımdan onlar üçün çox münasib zəmin yaratmışdır.

 

Bu gün gündəmin başında olan Suriya və Misir kimi ölkələrdə mövcud vəziyyət on illər əvvəl hazırlanmış geniş planın nəticələrindən biridir. Qərbin Dərin Gücləri, müsəlman ölkələrində demokratiyanın tərəqqisini seçki ilə başa keçən liderin hakimiyyəti deyil, öz ordusunun təzyiq göstərmə siyasətinin davam etməsini bu ölkələrdəki idarəsi baxımdan mühüm görür.

 

Qərbin Dərin Gücləri Qurana uyğun azadlıq anlayışını, hamını bərabər məsafədə saxlayan yanaşması və yüksək intellektual səviyyəyə malik müasir islam düşüncəsinin islam ölkələrinə təsirini Yaxın Şərqdəki öz mənfəət formasına qarşı təhlükə kimi görürdü. Və Dərin Dövlət dərhal dövlət-hərbi sistem daxilində öz adamlarını aktivləşdirdi.

 

Maraqlısı budur ki, islam ölkələri illərdir bu vəziyyətə səssiz qalıb, hətta gizli və açıq şəkildə dövlət çevrilişini dəstəkləyən münasibət göstəriblər. Ancaq bu ölkələr haqqın, məzlumun, ədalətin yanında olmasalar, indiyə qədər baş verənlər yalnız başlanğıc olacaq. İslam ölkələrinin Misir timsalında olduğu kimi çevrilişlə bağlı susması, İslam dünyasının növbəti günlərdə daha böyük zülm, qırğın və qarşıdurmalara şahid olacağına işarə edir. Buna görə də, çox gec olmadan, bitərəf qalan və ya çevriliş tərəfdarı olan rəhbərlər, siyasətçilər və ya jurnalistlər Allahdan başqa heç kimdən qorxmadan haqqı deməli, haqqı müdafiə etməli, günahsız və məzlum müsəlman xalqın yanında olmalıdırlar.

 

 

Dünyanın Qurtuluşu Üçün Müsəlmanların Sevgi Birliyi

 

Müsəlmanlar Qərbin Dərin Güclərinin onlara tapşırdığı oyunda susmağa davam etdikcə, onların mövqeləri daha da pisləşəcək. Müsəlmanlar, Allahın əmr etdiyi kimi qrup, irq, qəbilə, millət və məzhəb ayrılığından, müzakirələrindən, öz aralarında savaş və düşmənçilikdən əl çəkib ortaq sevgi və qardaşlıq anlayışında bir araya gələnə qədər bu vəziyyət davam edəcəkdir. Müsəlmanlar Allahın “birləşin” əmrini yerinə yetirmədikcə, parçalanmış qruplar süfrə ətrafında toplaşsalar belə, heç vaxt birləşməz, siyasi cəhətdən güzəştə getməzlər. Çünki bunların hər biri ideoloji cəhətdən diametral şəkildə bir-birinə ziddir. Nə PYD ilə Həmas, nə də Həmas ilə Hizbullah həqiqi mənada birləşə bilməz. İkisi bir araya gəlsə belə, üçüncüsü buna etiraz edəcək.

 

Tarix dəfələrlə göstərib ki, siyasi üsullar heç vaxt həll yolu deyil. Müsəlmanları birləşdirəcək yeganə məsələ sevgidir. Müsəlmanlar Allahın əmrlərinə tamamilə zidd olaraq bir-birləri ilə vuruşduqca, münaqişə etdikcə, ixtilaf etdikcə və düşmənçilik etdikcə, Allahın heç bir çıxış yolu göstərmədiyi indiyə qədər nümunələrlə görülmüşdür. Bir əsrdən artıq müddətdə minlərlə təcrübəyə baxaraq müsəlman xalqlar bunu başa düşməlidirlər ki, Allahın izni ilə yeganə qurtuluş yolu olan sevgi və qardaşlıq birliyinə dərhal sarılmalıdırlar.

 

Türk milləti bu sevgi birliyinin ən gözəl nümunəsidir. Ulu öndər Atatürkün sayəsində özünü Yaxın Şərqdə oynanılan oyunlardan xilas edən yeganə ölkə olan Türkiyənin ən mühüm xüsusiyyəti, xalqının etnik mənşəyindən asılı olmayaraq, güclü imanından qaynaqlanan şövqlə insanların sevgi və qardaşlıq bağı ilə bir-birlərinə sıx şəkildə bağlı olmalarıdır.

 

Bu sevgi Türkiyənin öndərliyi ilə bütün Yaxın Şərqə, Balkanlara, Afrikaya və Orta Asiyaya yayıldığı zaman, Peyğəmbərimiz (s.ə.v)-in yaşadığımız dövrdə İstanbuldan çıxacağını hədislərində müjdələdiyi hz. Mehdinin (ə.s) vəsiləsi ilə Allahın izni ilə bütün islam dünyası parçalanma və müharibələrdən xilas olacaq, bir bədən kimi birləşəcəklər.

 

Möminlər bir-birlərini heç bir mənfəət güdmədən səmimi niyyətlə və yalnız Allah rizası üçün sevərlər, Allah rizası üçün dost olar, Allah rizası üçün bir olarlar. Dünyanın ən güclü qaynağı olan Allah sevgisi və qorxusuna əsaslanan bu birliyin, Allahın diləməsi xaricində, heç bir şəkildə pozulması, dağılması və məhv edilməsi mümkün deyil. Belə bir güclü ittifaqın müsəlmanlara dünyada nadir bir güc qazandıracağı aydındır. 

 

Rəbbimiz buyurur: “...Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 249) müvəffəqiyyət əldə etmək üçün sayca çox olmağın vacib olmadığına işarə edir. Müsəlmanların iman və ixlas əsasında qurduqları birlik onlara böyük uğur qazanmalarını təmin edəcək şövq və iradə verəcəkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo