Türk-İslam Birliyi Quran əxlaqını əsas götürən və bununla da hər düşüncədən, hər inancdan, hər millətdən olan insanlara şəfqətlə və anlayışla yaxınlaşan, hər kəsin hüququnu qoruyan, hər kəsin rahat olacağı sülh birliyi olacaq. Türk-İslam Birliyi bütün qarşıdurmalara, terrora, anarxiyaya tamamilə son verəcək. Türk-İslam Birliyinin qurulması ilə bütün fitnələr aradan qalxacaq. Bu gözəl birliyin təsis edilməsilə yəhudilər və xristianlar da təhlükəsiz şəkildə ibadət edəcəklər, dilədikləri kimi ticarət edəcəklər, istədikləri yerdə istədikləri kimi məskunlaşacaqlar, etibarlı mühitə qovuşacaqlar. Türk-İslam Birliyinin qurulması bir damla qan tökülmədən, müsəlmanların sevgi ilə birləşməsi, şəfqətlə, gözəl sözlə, ağıllı və hikmətli danışıqlarla, dostluğun yayılması ilə reallaşacaq.
Türk-İslam Birliyinin qurulduğu dövrdə bütün qarşıdurmaların sona çatacağı, bütün silahların susacağı, insanların sülh və sevgi içində yaşayacaqları peyğəmbərimizin (s.ə.v) də müjdələdiyi həqiqətdir. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) dövründə yer üzündə qan axıdılmayacağını bildirmişdir. Hz. Mehdi (ə.s) zühur etdiyi və Türk-İslam Birliyinin qurulduğu dövrdə yer üzündə sülh, ədalət, gözəllik və etibarın olacağı hədislərdə bu şəkildə xəbər verilmişdir:
İnsanlar bal arılarının ana arının ətrafında toplanması kimi, hz. Mehdinin (ə.s) ətrafında toplanarlar. (Hz. Mehdi (ə.s)) əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar. Ədaləti elə olar ki, yatan kimsə belə oyandırılmaz və BİR DAMLA BELƏ QAN AXIDILMAZ. Dünya sanki Əsri-Səadət dövrünə geri dönər. (El Kavlu'l Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, s. 29 və 48)
Hz. Mehdi (ə.s) peyğəmbərin (s.ə.v) yolu ilə gedəcək, yatan adamı oyandırmayacaq, QAN DA AXIDILMAYACAQ. (Muhammed B. Resul El- Huseyni El Berzenci, Kiyamet Alametleri, s. 163)
(Hz. Mehdi (ə.s.)) Dövründə nə bir adam yuxusundan oyandırılacaq, NƏ DƏ BİRİNİN BURNU QANAYACAQ. (El Kavlu'l Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, s. 44)
Ona (Hz. Mehdiyə (ə.s.)) beyət edənlər (Kəbə ətrafındakı) rukn və mövqe arasında beyət edərlər. Yatanı oyandırmaz, ƏSLA QAN TÖKMƏZ. (el-Heytemi, El Kavlu'l Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, s. 24)
Bu (Əmir) da (Hz. Mehdi (ə.s)) insanlar yer üzünü əvvəl zülmlə doldurduqları kimi YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i İbni Mace, 10/348)
Zülm və qarışıqlıqla dolu olan DÜNYA O (HZ. MEHDİ (Ə.S.)) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB-DAŞACAQ. (El Kavlu'l Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, s. 20)
HZ. MEHDİNİN (Ə.S.) ZAMANINDA ƏDALƏT O QƏDƏR OLACAQ Kİ, zorla əlindən alınan hər mal sahibinə geri qaytarılacaq. (El Kavlu'l Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, s. 23)
ONUN (HZ. MEHDİNİN (Ə.S)) ƏDALƏTİ HƏR YERİ ƏHATƏ EDƏCƏK və insanlar arasında hz. Peyğəmbərin sünnəti ilə hökm edəcək. Hətta mala ehtiyacı olan kim varsa çağırmalarını söyləyəcək, bu çağırışa yalnız bir adam gələcəkdir. (El Kavlu'l Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, s. 20)
Qiyamətin qopması üçün zamanda yalnız bir gün qalsa belə, Allah mənim Əhli-beytimdən bir şəxsi (Hz. Mehdini (ə.s)) göndərəcək, yer üzü zülmlə dolduğu kimi, O, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Süneni Ebu Davud, 5/92)
Hz. Mehdi (ə.s) məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DOĞRULUQ VƏ ƏDALƏTLƏ DOLDURAR. (Süneni-i Ebu Davud, 5/93)
Qab su ilə dolduğu kimi YER ÜZÜ SÜLHLƏ DOLACAQ. İnsanlar arasında DÜŞMƏNÇİLİK QALMAYACAQ VƏ BÜTÜN DÜŞMƏNÇİLİKLƏR, QARŞIDURMALAR, PAXILLIQLAR, ŞÜBHƏSİZ, YOX OLACAQ. (Sehihi Muslim, 1/136)
... Cənab-Haqq İslamı bizimlə necə hakim edibsə, Onunla (hz. Mehdi (ə.s) ilə) sona çatdıracaq. Belə ki, bizimlə QƏLBLƏRİ ŞİRK VƏ ƏDAVƏTDƏN (HÜSUMƏT VƏ DÜŞMƏNÇİLİKDƏN) XİLAS OLMUŞ VƏ QƏLBLƏRİNƏ ÜLFƏT (DOSTLUQ) VƏ MƏHƏBBƏT (SEVGİ) YERLƏŞMİŞSƏ, (HZ. MEHDİNİN (Ə.S) GƏLİŞİ İLƏ) YENƏ ELƏ OLACAQ. (Ahir Zaman Mehdisinin Alametleri, Celaleddin Suyuti, s. 20)
... ONUN (HZ. MEHDİ (Ə.S)) DÖVRÜNDƏ YAXŞI İNSANLARIN YAXŞILIĞI ARTAR, PİSLƏRƏ QARŞI BELƏ YAXŞILIQ EDİLƏR. (Kitab-ul Burhan Fi Alamet-İl Mehdiyy-il Ahir Zaman, s. 17)