Quran bizə cənnətin xəyal belə edə bilməyəcəyimiz sonsuz gözəllikdə bir yer olduğunu xəbər verir. Bu səbəbdən ehtişamın, zənginliyin, texnologiyanın, sağlamlığın və s. nemətlərin ən çoxu və sonsuz olanı Allahın izni ilə cənnətdə olacaq. Ayədə bildirildiyi kimi “ ...eni göylərlə yer qədər olan... (Ali İmran surəsi, 133) cənnət dünyaya bənzər yeri, göyü, hətta hədislərdə ifadə edildiyi kimi küçələri, bazarları olan, normal bir yaşam tərzinin hökm sürdüyü, ancaq dünyadan fərqli olaraq ən qüsursuz şəkildə yaradılmış bir yerdir. (Doğrusunu Allah bilir)
İnsanlar gerçəkləşməsini istədikləri, ancaq dünya həyatında mümkün olmayan şeyləri bəzən film və ya romanlarda canlandırırlar . Bu cür fikirləri fantastik və ya utopik adlandıraraq həqiqətdən uzaq kimi göstərməyə çalışırlar. Ancaq dünyada bu gözəlliklərin mümkünsüz olduğunu bilərək sadəcə xəyal qurmaq onların ruhunda dərin bir zövq yaşatmır. Əksinə yaşadıqları dünyanın əskikliklərinin fərqinə vararaq gerçək üzünü görmələrinə, bu da öz sözləri ilə desək, “keflərinin pozulmasına” səbəb olur. Əlbəttə bu ruh halı iman etməyən insanlara aiddir.
Axirətin varlığına yəqinliklə iman edən möminlər isə xəyal gücünün sərhədlərini aşan ehtimalların Allahın “ol” əmri ilə gerçəkləşəcəyini və axirətdə cənnət neməti kimi qarşılarına çıxacağını bilirlər. Ona görə də insan dünyada “olsa əla olardı” deyə düşündüyü hər gözəllik və nemətə cənnətdə qovuşmağı ümid edir. Bu insan istədiyi hər şeyə qovuşa biləcəyi cənnəti qazanmaq üçün ciddi səy göstərməyə başlayır.
Bir hədisdə Peyğəmbərimiz (səv) Allahın səmimi qulları üçün axirətdə “heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşərin ağlına gəlməyən bəzi nemətlər” olacağından bəhs etmişdir. (Ölüm-Qiyamət-Axirət və Axirzaman Əlamətləri, səh.306/497)
Allah cənnəti təsvir edib tanıtdığı ayələrdə insanlara dünyadakılarla müqayisə olunmayacaq gözəllikdə nemətlər söz verir. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.” (Qaf surəsi, 35) ayəsində bu nemət bolluğunu xəbər verir.
Peyğəmbərimiz (səv) bir hədisdə möminlərə qarşılaşacaqları cənnət nemətləri barədə bu ayəni xatırlatmışdır:
Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.(Səcdə surəsi, 17) [Tezkireti’l Kurtubi, səh. 306/498]
Allahın cənnətdə verəcəyi nemətləri düşünərkən diqqət edilməli bir məqam da insan ağlının çox məhdud olduğudur
Bəziləri cənnətdə özlərinə vəd edilən nemətlərin bolluğunu, çeşidliliyini, bənzərsiz gözəlliklərini təxəyyülündə canlandırmaya bilər. Quranda və hədislərdə bildirilən nemətlər, edilən cənnət təsvirləri insanlarda təsəvvür yaratmaq üçün dünyadakı gözəlliklərə bənzədilir. Əlbəttə ki, cənnətdə bu nemətlərin ən mükəmməlləri olacaq. Çünki Allah sonsuz ağlının bir təzahürü olaraq cənnəti bütün əskikliklərdən təmizlənmiş bir məkan olaraq yaratmışdır.
İnsanın məhdud düşüncə tərzini belə bir misalla açıqlaya bilərik. İnsanın görmə duyğusu olmasa, o sadəcə eşitmə, dad bilmə, qoxu alma və toxunma hisslərinə sahib olsa, gözlə görə biləcəyi nemətlər özünə nə qədər anlatılsa belə bunları qavraması qeyri-mümkün olar. Rəngdən, aydınlıqdan, estetikadan, simmetriyadan, ehtişamdan bəhs edildiyi zaman insan bütün bunları anlamaz. Allah eynilə yalnız cənnətdə yaradacağı və bilmədiyimiz, bizə yeni zövqlər yaşadacaq hisslər verə bilər. Dolayısı ilə sadəcə 5 duyğu üzvümüzlə bağlı olduğumuz bu dünyada daha neçə nemətlərdən xəbərsiz olduğumuzu qavramağımız mümkün olmaya bilər. Görmə, düşünmə və təxəyyül sərhədlərimizin məhdudluğunu pəncərəsiz bir evdən heç çölə çıxmayan bir şəxsin halına bənzətmək olar. Evin xaricindəki gözəlliklərdən-dağların görünüşündən, bir-birindən estetik çiçəklərdən, sevimli heyvanlardan, aydın səmadan, gün işığından xəbərsiz olan bu şəxs necə bir nemət əskikliyi içərisində olduğunun fərqində belə olmaz. Qaldı ki, bu bənzətməni yenə də dünyadakı gözəlliklər üzərindən edirik.
Dünyadakı nemət və gözəlliklər cənnət nemətlərinin yanında çox əskik və qüsurludur
İman edən biri cənnəti sahib olduğu məhdud bilgilər daxilində dar düşüncə tərzi ilə dəyərləndirməməli və bu yalnışlığa düşməməlidir. Çünki o Rəbbimizin bildirdikləri xaricində cənnətin necə olması və cənnət əhli üçün hazırlanmış sürprizlərin nələr ola biləcəyi haqqında fikir sahibi belə deyil.
Quranda buna diqqət çəkilən ayələrdən biri də belədir:
”Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.”( Qaf surəsi, 35)
Bir rəvayətə görə Peyğəmbərimiz (səv) cənnəti belə təsvir etmişdir:
Cənnətə tələsən yoxdurmu? Çünki cənnətdə ağla gəlməyən nemət vardır [Tezkireti’l Kurtubi, s. 306-307/499]
Allah Dünyanı müsəlmanların Cənnət həsrəti duyacaqları şəkildə yaratmışdır.
Allahın və axirətin varlığına iman edən hər kəs dünyada olan nemət və gözəlliklər qarşısında hər an cənnəti xatırlayacaq və bu nemətlərin müvəqqəti olduğunu bilərək cənnətdə gerçəklərini istəyəcək. Nəticədə belə bir kimsənin cənnətə qovuşma istəyi və həyəcanı onun hərəkətlərindən, danışıqlarından, din əxlaqını yaşamaq barədə göstərdiyi səmimi səydən hiss ediləcəkdir.
Möminlər cənnətə qovuşmaq ümidi ilə, ən vacibi isə Allahı razı etmək üçün daim şövq və həyəcan içindədirlər. Rəbbimizin bənzərsiz nemətlərinə varis edəcəyi insanlara vəd edilən cənnətlə sevinc və hüzur içindədirlər.
İmanın qazandırdığı ağıl və vicdanla cənnəti haqqı ilə təqdir edə bilən biri mənəvi dərinliyi ölçüsündə də bu nemətin fərqində olaraq yaşayacaqdır. Cənnətə onun heç bir şeylə müqayisə olunmayacaq dəyərinə diqqət çəkilən bəzi hədislər belədir:
Cənnətin kiçik bir yeri dünya və içindəkilərdən daha xeyirlidir. [Ramuz el-Ehadis-1, s. 132/9]
Cənnətdə Kaman qədər bir yer Günəşin üzərinə doğduğu və ya batdığı şeydən ( dünyadan) daha xeyirlidir. [(Buhari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, s. 429/2]
Cənab Adnan Oktar Cənnətin insanlardakı ən böyük həsrət olduğundan danışır
Allah hər an ürəyimizdə cənnət həsrəti yaradır. Xüsusilə son zamanlar insanlarda cənnətə qarşı çox böyük özləm yaranır. Məsələn, musiqi çox böyük nemətdir, ancaq insan hər zaman daha yaxşı musiqi axtarışında olur və istədiyini tapmır. Bu Cənnətdən qaynaqlanır və beynimizdə hazır məlumat olaraq yaradılır. Məsələn, bir saraya gedirik, ən gözəl saraya, deyirik ki, " bundan daha gözəli mütləq var" daha rahat və daha ehtişamlı olanı. Şüuraltımızda onu bilirik, amma tapa bilmirik və ya alma yeyirik, amma daha gözəlinin olduğunu bilirik, üzüm və ya portağalın da elə. İnsanın da daha gözəlinin olduğunu bilirik. Daha yaxşı şəratin olduğu bilirik. Allah beləcə özləm hissini verir əvvəl, sonar isə bizi cənnətinə alır. O zaman da insanın yaddaşı silinmir, heç unutmur dunyada yaşadıqlarını, daim şükür edir. Cənnətdə bir insanın gedib bir divanda oturmasına ehtiyacı yoxdur, ancaq yorğunluq olmadığı halda cənnət divanında oturur və ya cənnət köşkündə dincəlir. Cənnət qadınları çox nurlu, imanlı, ağıllı və qüsursuz əxlaqa sahib və tərtəmiz olurlar. Dünya kiri də cənnətdə olmaz. Dünyada çirklilik xüsusi yaradılır və bir möcüzədir.
Hər şeyi yoxdan yaradan Rəbbimiz Cənnəti də qüsursuz və əskiksiz yaratma gücünə sahibdir
Dünyada hər şeyin səbəb-nəticə əlaqəli olması Allahın sənətidir. Ancaq Rəbbimizin təcəlliləri sonsuzdur. Allah hər şeyi dilədiyi anda və surətdə yaradır və istədiyi şəkilə salır. Kainatı yoxdan yaradan Allah dilədiyi an dünyada qavramağa çalışdığımız qanunları və səbəbləri aradan qaldıracaq.
Səmimi müsəlmanlar cənnətdə düşündükləri və xoşladıqları hər şeyi istəyə biləcək və həmin an o nemətlərə Allahın izni ilə sahib olacaqlar. Özlərinə və ətraflarına istədikləri surəti verə biləcəklər və hər istədiklərini edərək ən zövq alacaqları nemətlər içində yaşayacaqlar. Həmçinin bunların heç biri ehtiyaclarını ödəmək, əskiklikləri aradan qaldırmaq və ya qüsurları örtmək üçün yox, sadəcə uca Allahdan bir nemət və gözəllik olaraq cənnət əhlinin zövq alması üçün olacaq. (Doğrusunu Allah bilir)