Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Onlar belə demişdi: "Yusif və qardaşı atamıza bizdən daha əzizdir". Xurafatçıların hz. Mehdi (ə.s)-a qarşı çıxma səbəbi nədir? Qısqanclıq. Buradakı hadisə nədir? Qısqanclıq. Nə deyirlər? "Yusif və qardaşı atamıza bizdən daha əzizdir". "Atamız daha çox sevir" deyirlər. Sevgi mövzusundakı qısqanclıqlar çox təhlükəlidir. Bir çoxunda cinayətlər baş verər, savaşlar baş verər, bir çox bəlalar çıxar. Qəzetdəki xəbərlərə diqqət yetirin; həmişə sevgi qaynaqlıdır, sevgi iddiasıyladır. Halbuki, bu sevgi deyil, qısqanclıqdır.
"Yusif və qardaşı atamıza bizdən daha əzizdir", halbuki, biz, bir-birini gücləndirən bir dəstəyik". Quran, xurafatçı dəstəsinin necə bir-birinə dəstək olacağına diqqət çəkmiş olur. O dövrdə azğın rəftarlar göstəriblər, lakin sonra düzəlib, bu ayrı məsələ. Lakin buradakı xurafatçı ruhuna da Quran işarə etmiş olur.
"Əslində, atamız, açıqca çaşqınlıq içindədir". Quran, xurafatçının gözü döndükdə peyğəmbər tanımayacağına da işarə edir. Məsələn, ataları peyğəmbərdir, lakin xurafatçı ruhuna malikdirlər, nə deyirlər? "Əslində, atamız, açıqca çaşqınlıq içindədir". Məsələn, bu gün də Peyğəmbərimiz (s.ə.v) olsa xurafatçılar ona qarşı əks mövqedən çıxış edərlər. Onun qadınlara göstərdiyi diqqəti, onlara qarşı sevgisi xurafatçıları dəli edər. Çox qadınla evlənmiş olması, qadınların ona olan diqqəti, oradakı Quran hökmləri onların Peyğəmbər (s.ə.v)-ə qarşı olmasına səbəb olacaqdı, əgər belə olmuş olsaydı, Allah belə bir güc vermiş olsaydı. Peyğəmbərimiz (s.ə.v) Axırzamanda gəlmiş olsaydı xurafatçılar ən çox (Allah qorusun) Peyğəmbərimiz (s.ə.v)-ə qarşı əks mövqedən çıxış edəcəkdilər.