Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Bir zaman, Yusif atasına: "Atacan". Bax, Allah xitab formasını da öyrədir; "atacan". İnsan atasına xitab edərkən nə deməlidir? "Atacan" deyə xitab etməlidir.
"Həqiqətən mən (yuxumda) on bir ulduz, Günəş və Ay gördüm. Onların mənə səcdə etdiklərini də gördüm", (Yusif surəsi, 4). On bir ulduz, Günəşi də əlavə etsək on iki. Avropa İttifaqının bayrağında neçə ulduz var? On iki. İslam ölkələrinin bayraqlarında həmişə ulduz var, Günəş var, Ay var. Bu nədir? Dünya hakimiyyəti. Baxın xəritəyə, hamısında; ya ulduz, ya Günəş ya da Ay olduğunu görəcəksiniz. Məsələn, türk bayrağında həm ay, həm də ulduz var. İslam ölkələrinin çoxunda ay və ulduz, bir çoxunda Günəş var. Buradakı ifadə həm dünya hakimiyyətinə işarə edir, həm də Avropa İttifaqının da mehdiyyətin əmrinə itaət edəcəyini buradan anlayırıq, Quran işarə edir.