Boko Harama qarşı nə edilməli?
ucgen

Boko Harama qarşı nə edilməli?

2266

İslam üçün zərərli olanı hər zaman kənarda axtarmamaq lazımdır. Əvvəlcə özümüzə nəzər salmalıyıq. Suriya və İraqda İŞİD, Somalidə Əş Şəbab, Əfqanıstanda Talibanın insanlıqdan kənar və nifrət saçan əməliyyatları kimi Nigeriyada da Boko Haramın vəhşilikləri İslamafobiyaya səbəb olur. Xurafatçıların xətaları bütün İslam aləminin başına bəla gətirir. Bir qrup xurafatçıya görə bütün dünyada İslamafobiya yayılır. Xurafatçı inancın vəhşilikləri bütün dünyanı təhdid edir.

15.04.2014-cü ildə Nigeriyanın Borno əyalətində 12-15 yaş arasındakı 200 qız tələbə qaçırıldı. Mayın 6-da daha 8 qız tələbə qaçırıldı. Bu vəhşilikləri isə Əl-Qaidə ilə əlaqəsi olduğu deyilən Boko Haram terror təşkilatı öz üzərinə götürdü. Təşkilat lideri Əbubəkir Şekau qızları qul olaraq satacaqlarını bildirərək təhdidlərini davam etdirir.

Son 50 ildir Afrikada “İslam adına” fəaliyyət göstərən bir çox xurafatçı-radikal təşkilatların yüzlərlə terror aktlarına şahid olduq. Bu terror təşkilatları öz inanc və əqidələrini zorakılıq yolu ilə insanlara qəbul etdirməyə çalışırlar. Boko Haram da Nigeriyada Avropa sayağı təhsil sistemini istəmədiyini bildirir. Boko Haram sözünün mənası da elə “Qərb (təhsili) haramdır” deməkdir. Bu səbəbdən məktəblərə, tələbələrə və dövlət qurumlarına hücum edirlər. 2013-cü ilin sentyabr ayında Yobe əyalətində bir tələbə yataqxanasına hücum edən terror təşkilatı 42-si tələbə olmaqla 50 nəfəri öldürmüşdü. Bu radikal təşkilat son bir ildə ölkənin şimal-şərqindəki 3 əyalətdə təşkil etdiyi hücumlarla 1500-dən çox insanın ölümünə səbəb olmuşdur. http://www.bbc.co.uk/turkce/haberler/2014/05/140506_nijerya_sekizkiz.shtml

Qız tələbələrin qaçırılmasından sonra ABŞ Nigeriyaya öz köməyini təklif etdi. Ancaq ABŞ və Avropa ölkələri radikalizmin səviyyəsini aşağı salacaq siyasət apara bilmirlər. Qərbdən “radikalizmi aradan qaldırma” səsləri yüksəldikcə bu səs “Qərb dünyasını düşmən və haram” olaraq səciyyələndirən radikalların da daha çox zorakılığa əl atmasına səbəb olur. Radikallar Qərbin onları yox etməyə çalışan düşmən olduğu təbliğatını apararaq özlərinə tərəfdar toplayırlar.

Zorakılığa məruz qalan zorakılığa, silaha görə silaha sarılırlar. Nəticədə hər ölüm, hər işğal və hər müharibə radikalların təbliğatını gücləndirən faktora çevrilir.

Xurafat düşünüldüyü kimi kortəbii şəkildə tətbiq edilən bir sistem deyil. Xurafat yanlış bilgilərlə təchiz edilmiş “qaranlıq həyat fəlsəfəsi”nə verilən addır. Bu ideologiyanı mənimsəyən insanlar sevgisiz, xəstə ruhlu insanlar olur.

Məsələn, Boko Haram qərb təhsilinə qarşıdır, amma özü xurafatçı mənbələrə əsəslanaraq təhsil verir. İslam dininin əsas qaynağı olan Qurani-kərimi yetərsiz görərək, uydurma və həqiqətdən kənar yüzlərlə mənbə ilə öz ağıllarına görə yüzlərlə qayda-qanun çıxarırlar. Bu azğın fəlsəfə nəticəsində qız tələbələri qaçırmaq, onları bir əşya kimi satmaq və ya zorakılıq etmək kimi fətvalar verirlər. Dolayısilə bu qruplar içində yaşayanlar İslamı əsl mənbəyi ilə dəyərləndirmə qabiliyyətlərini itirdiklərinə görə özlərinin də doğru yolda olduqlarını düşünürlər. Elə bu anda düşünmək lazımdı. Radikalizm yanlış inanclarla ortaya çıxdığından bu quruluşun ehtiyacı olan tək şey doğru təhsildir.

Belə ki, İslamı həqiqi mənbəyi ilə tanış edə bilən, sevgi dostluq, qardaşlıq, sülh və ağılla insanlara yaxınlaşan, mərhəməti, şəfqəti insanlara izah edə bilən sevgi müəllimlərini dəsəkləmək lazımdır.

Xurafat müalicə edilə bilər. Xurafatçılardan nifrət etmədən, sistemli və elmi təhsil yolu ilə xəstəliklər, qorxular, narahatlıqlar aradan qaldırıla bilər. Radikalizmlə mübarizə apararkən onları narahat edəcək şeyləri də başa düşə bilmək və həll yolunu onların üzərində qurmaq lazımdır.

Xurafatçı insanın elmə, texnologiyaya və qərb təhsilinə qarşı olmasının altında əslində öz inanclarına qarşı çıxılacağı düşüncəsi yer alır. Elmin dinə qarşı istifadə edildiyini düşünərək qarşı çıxır. Halbuki bütün elmi nailiyyətlər haqq dinlərin müdafiə etdiyi həqiqətləri sübut edir. Təhsil sistemində bu elmi nailiyyətlərə də yer verilməsi xurafatçıların düşmənçiliklərini rahatlıqla aradan qaldırar.

Eyni zamanda bu təhsil sistemi yeni xurafatçıların da yaranmasına mane olur. Əgər insanlar elmi, fəlsəfi və mədəni cəhətdən İslam və Quran haqqında düzgün məlumatlandırılsalar, xurafat cəmiyyətdə axtardığı dəstəyi də tamamilə itirəcək.

Qadın düşmənçiliyi də əslində tarixi problemdir. Bu təkcə xurafatçı islami qruplara aid deyil. Dünya səviyyəsində qadınlara seçmə və seçilmə haqqının 2-ci əsrdən sonra verildiyini düşünsək, qadınlara münasibətin bir çox cəmiyyət və inancda da çox yanlış olduğunu görərik.

Ən inkişaf etdiyini düşündüyümüz Avropa ölkələrində belə qadın istismarı və zorakılığı çox yüksək səviyyədədir. Qadın bəlkə də minlərlə ildir ki, yarı insan olaraq qəbul edilmişdir. Halbuki Quranda qadın və kişi hər cəhətdən bərabərdir. Bir Quran ayəsində belə bildirilir.

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah'dan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”. (Hücurat surəsi, 13)

İnsanların üstünlüyü cinsiyyətləri deyil, gözəl əxlaqları, səmimiyyətləri və vicdanlarıdır. Peyğəmbərimizin (səv) dövründə səhabələr içində qadınların da çox aktiv olması, Peyğəmbərimizin (səv) xanımı hz. Xədicənin ticarətlə məşğul olması, hz. Süleymanın dövründə Səba məlikəsinin dövləti idarə etməsi, hz. Məryəmin cəmiyyətdə çox hörmətli və elm sahibi bir insan olması, Fironun xanımının imanlı biri olaraq yaşaması qadınların sosial həyatdakı əhəmiyyətini göstərir. Göründüyü kimi, İslamın əsl mənbəyi olan Quranla xurafatçıların yanlış mənbələri arasında yerlə göy qədər fərq var. Bir daha təkrar edirik ki, dediləcək tək şey təhsilə diqətin ayrılmasıdır.

Nəticə etibarilə həm müsəlmanlar, həm də dünya sevgi rəhbərinə tez bir zamanda qovuşmalıdır.  Bütün insanlara sevgi ilə yanaşan, inancı, dini, dili, fikri nə olursa olsun hər kəsə tolerant münasibət bəsləyən sevgi rəhbəri. Yatanı oyatmayan, bir kişinin belə burnunun qanamasına icazə verməyən, doğmalarının əleyhində olsa belə ədalətdən ayrılmayan, sevgi və səmimiyyətlə qərar verən bir rəhbər.

Cənab Adnan Oktarın Harakah Daily-də yayımlanan məqaləsi:

http://en.harakahdaily.net/index.php/articles/analysis-a-opinion/8917-what-to-do-with-boko-haram.html

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr