HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHLARI
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda hz. Mehdi (ə.s)-a sui-qəsdlər ediləcəyini bildirmişdir. Çox sayda müxtəlif hədis var. Peyğəmbərimiz (s.ə.v), şəxsən müsəlmanlar tərəfindən hz. Mehdi (ə.s)-a sui-qəsd ediləcəyini söyləmişdir. Müsəlmanlar yəni terrorist dəstəsi. Əl Qaidə kimi, buna bənzər terroristlər hz. Mehdi (ə.s)-a istiqamətli sui-qəsd etməyə cəhd edərlər.
Bəzzar hz. Ənəs (r.ə)-dən təhric etdi, dedi: “Bir gün Peyğəmbər (s.ə.v) Ümmü Sələmənin evində yatarkən birdən oyanaraq” -Peyğəmbərimiz (s.ə.v) gecə yataqdan birdən sıçrayıb qalxaraq- “Biz Allah üçün gəldik və Allaha dönəcəyik” –dedi, ərəbcə. Eyni zamanda Quranda da var belə bir ayə; “Biz Allah üçün gəldik və Allaha dönəcəyik”. Yataqdan qalxıb bunu söyləyir. Ümmü Sələmə: “Nə üçün belə dediniz Ya Rəsulullah” -deyir. Xeyrdir, nə üçün belə söylədiniz? Peyğəmbər (s.ə.v) buyurdu: “Mədinədən bir şəxsi (hz. Mehdi (ə.s)-i) axtarmaq üçün İraq tərəfindən gələn bir qrup səbəbi ilə ki” necə ki hal-hazırda terroristlər İraq tərəfindən gəlir. Xüsusi göndərilir. “Allah Təala o qrupdan o şəxsi (hz. Mehdi (ə.s)-i) qoruyar” Çox dəqiq. “... və onlar Zülhuleyfdən Bəydəyə gəldiklərində yerə batırılarlar”. Yəni həbs edilər və yaxud təsirsiz hala gətirilərlər. (Celalettin Suyuti’nin tasnifinden hadisler, Ahir zaman Mehdisinin alametleri, Ali Bin Hüsameddin El Muttaki, səh. 54) Bu izah etdiyim hz. Mehdi (ə.s)-a ediləcək sui-qəsdlərdən yalnız biridir.
Peyğəmbərimiz (s.ə.v): “Mehdi şahidləriylə bərabərdir” -deyir. Tələbələri şahidləridir. Çünki hadisələr olur. Hz. Mehdi (ə.s) kasetlə isbat etməz, tələbələriylə isbat edər. Hz. Mehdi (ə.s): “Xatırlayırsınızmı bunu demişdim. Oldu. Onu demişdim o da oldu” -deyər. Şahidləri də: “Bəli. Oldu” -deyərlər. Şahidlərin mənası bu deməkdir. Axirətdə də elədir. “Danışmışdıq. Bax, eynisiylə oldu”. “Cənnət eyni dediyim kimidir, görürsünüz?” -deyər. “Cənnət çadırlarında oturacağıq deməmişdimmi? Baxın, birlikdə otururuq” -deyər. “Ayə ilə söyləmişdim. Allahın ayəsini söyləmişdim. Baxın, eyniylə. Allah vədindən dönməz. Yastıqların əl işləmələrindən bəhs etmişdim. Baxın, buyurun. Allah nə dedisə, hamısı oldu” -deyər, inşaAllah.
HÖRMƏTLİ ADNAN OKTARIN QAF SURƏSİ VƏ ZƏRİYƏT SURƏSİNDƏN AYƏ İZAHLARI
Qaf surəsi, 41-ci ayə
“Carçının yaxın bir yerdən car çəkəcəyi gün o səsi dinlə!”
Yaxın bir yerdən çağırış gələr. Bəlkə də bu çağırış insanların evindəki televiziya mənasını verir. Çünki hər kəsin televiziyası hər kəsə yaxındır. Allah: “Yaxın bir yer” -deyir. Çünki bu ayə bütün dünyaya xitab edir. Bu ayə qiyamətə işarə etməklə bərabər eyni zamanda hz. Mehdi (ə.s)-a da işarə etdiyi açıq şəkildə görünür. Məsələn, biz televiziyada eşidirik. Çox yaxın bir yerdən. Hər kəs evində, yaxın bir yerdən eşidir. Allah: “Bir münadi”, yəni carçı və “Karibin”, yəni yaxın olan yerdən çağırdıqda o çağırışa “Vəstəmi”, yəni qulaq as deyir. Allah əmr edir. “O səsi dinlə”.
Qaf surəsi, 42-ci ayə
“O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür”.
“O gün onlar bu səsi gerçəkdən eşidəcəklər”. Sayha; böyük səs dalğası. “Bu, qəbirlərdən çıxma günüdür”. Bu qiyamətə işarə etməklə bərabər hz. Mehdi (ə.s)-a da işarə edir. Çünki birinin səsi eşidilər. Bir insanın səsi hər yerdə eşidilər, bütün dünyada eşidilər. “Haqq olan” haqq olan bu səsi. “Bu, qəbirlərdən çıxma günüdür”. Müsəlmanların artıq ortaya çıxış günü, İslamın ortaya çıxış günü, İslam Birliyinin elan edildiyi gün. Ayə ona da işarə edir.
“O gün onlar bu səsi” böyük bir səs, bütün dünyanı bürüyən bir səs eşidərlər. “Haqq olan çıxış günü”. Yəni islamın dünyaya hakimiyyəti inşaAllah. İlk mənası qiyamətə işarə edir. İkinci mənası da dünya hakimiyyəti və hz. Mehdi (ə.s)-in zühuruna işarə etdiyi açıq şəkildə görünür.
Zəriyət surəsi, 1-5-ci ayələr
“And olsun toz-torpağı ətrafa səpələyənlərə! And olsun yağmur yükü daşıyanlara! And olsun asanlıqla üzüb gedənlərə! And olsun işləri paylaşdıranlara! Sizə vəd olunanlar həqiqətdir”.
“And olsun toz-torpağı ətrafa səpələyənlərə!” Bu top atəşi kimi görünür. “... yükü daşıyanlara”, yəni tanklar, ağır yük təyyarələri. “... asanlıqla üzüb gedənlərə”, bu da reaktiv təyyarələri xatırladır. Çox mənalıdır. “... işləri paylaşdıranlara”. Bu da hərbi iyerarxiyanı göstərir. “Sizə vəd olunanlar həqiqətdir”. Nə vəd edilir? Hz. Mehdi (ə.s), İsa Məsih (ə.s), qiyamət.