Hörmətli Adnan Oktarın 10 yanvar 2018-ci il tarixli söhbətindən önəmli başlıqlar
ucgen

Hörmətli Adnan Oktarın 10 yanvar 2018-ci il tarixli söhbətindən önəmli başlıqlar

418

A9 TV, 10 yanvar 2018

 

(Ak Partiya qrupunda danışan Prezident Ərdoğan ad çəkmədən Abdullah Gül ilə bağlı açıqlamalar etdi. Cənab Prezident bunları dedi: “Keçmişdə partiyamızın damı altında olub, amma bu gün başqa havalarda gəzən heç kimin partiyamızla əlaqəli söz deməyə haqqı yoxdur. Hər kəs ağzını açmadan əvvəl harada olduğuna diqqət etməlidir. Bunlar, AK Partiya olaraq millətimizlə verdiyimiz həyati mübarizədə ən xırda dəstəklərini görmədiyimiz, qarşı səflərdə siluetləri görünən insanlardır. Bu bərabərliyi, bu həmrəyliyi zədələyənlər bilsinlər ki, artıq bu karvanın səmimi yolçuları deyillər. Bununla əlaqəli səsiniz çıxmayacaq. Hə-yox referandumu keçirilir. Baxırsınız ki, bəziləri də “yox” demək üçün kompaniya keçirirlər orada-burada. İndi də özlərində söz haqqı görürlər. Qüsura baxmasınlar. Biz bu yola çıxarkən əhd edib çıxmışıq. Bu əhdlə çıxarkən sədaqətin əsl olan bir anlayış olduğunu bilərək çıxmışıq. Bu qatardan düşənlər düşdükləri yerdə qalarlar. Siz heç narahat olmayın. Türkiyənin istiqlalı üçün həyatını ortaya qoyaraq çalışanlarla, tikansız baxçalarda öz mənfəətləri üçün yollara düşənlərin fərqini millətimiz çox yaxşı bilir”.)

Tayyip hocam tam daşı yerinə qoyub. Çox gözəl danışıb. Səmimiyyətsizlik çox çirkindir. Müsəlmanların guya gücsüz olduqları nöqtələrdən hücuma keçməyə çalışmaq həqiqi bir müsəlmana yaraşmaz. Münafiqə yaraşar, münafiqin vəsfidir. Amma həqiqi müsəlmana yaraşmaz. Qısacası, çox şiddətlə uzaq durmaq lazımdır o cür şeylərdən.

 

(“Şirki necə anlayarıq?” tamaşaçı sualı)

Şirki həmin anda insana verdiyi sıxıntıdan da anlaya bilərsən. İnsanda ruhi balanssızlıq meydana gətirər o anda, özünü boş buraxdıqda. Amma normal baxanda kimə güvənirsən? “Filankəsə güvənirəm” -deyir. Allahamı? “Yox”-deyir. Bu şirkdir. Və yaxud malına güvənir. “Allaha güvənmirsənmi?” “Yox”-deyir, bu da şirkdir. Yaxud dərmana güvənir, Allaha güvənirmi? “Yox”, bu da şirkdir. Texniki olaraq baxdığın zaman, onsuz da, anlayarsan. Amma, xüsusilə, ruha sıxıntı verməsindən də anlaşılar, ruh həmin an həyəcan siqnalı verər. Bax, şirk sıxıntısı həmin an insanı əhatə edər. Oradan da anlaya bilər. Bədən, beyin şirkdən ağılasığmaz dərəcədə narahat olar. Çünki şirk böyük bir yalandır. Ruhun, vicdanın, bədənin əsla qəbul etməyəcəyi bir xəyanətdir, Allaha qarşı xainlikdir. Bütün gücün Allahın əlində olduğunu bildiyin halda bilə-bilə yalan danışırsan. Heç bir gücü olmayan bir şeyi Allah halına gətirisən, haşa, bu olmaz.

 

MHP ilə AK Partiya İttifaqının kürd qardaşlarımızın əleyhində olacağı iddiasına heç bir qardaşımız inanmasın. MHP irq partiyası deyildir. Milliyyətçilik anlayışı mədəniyyət milliyyətçiliyidir 

Bir fitnə mövzusu var, ona çox diqqət etmək lazımdır. MHP ilə AK Partiyanın ittifaq etməsinin kürd qardaşlarımızın əleyhində bir sistem olduğunu vurğulayan izahlar olur. Bu oyundur, çox çirkindir, belə bir şey yoxdur. Milliyyətçi Hərəkət Partiyası saf irq partiyası deyil. “Türkəm” deyən hərkəsi türk görən, ermənini, lazı, çərkəzi, kürdü, türkü- hamısını qardaş kimi görən bir düşüncədir. Mədəniyyət milliyyətçisidir. Yəni Atatürk milliyyətçisidir. Qısacası, AK Partiya ilə milliyyətçilik anlayışları eynidir. Kürd qardaşlarımız da çox sevərlər Milliyyətçi Hərəkət Partiyasını. Diyarbakırda on minlərlə, yüz minlərlə kürd qardaşımız Milliyyətçi Hərəkət Partiyasının səflərində aslan kimi mübarizə aparırlar. Mardində, Siirtdə hər yerdə ülküçülər var, hamısı da kürddürlər. Kürd olmaq şərəfdir, qürurdur. Kürd, laz, çərkəz, türk- hamısı türkdür, hamısı türk millətidir. Qısacası, kürd qardaşlarımızın əleyhində ən kiçik bir hərəkət, ən kiçik bir düşüncə Milliyyətçi Hərəkət Partiyasında olmaz. AK Partiyada heç olmaz. Olmayacağı da məlumdur, bu ana qədər də olmadı, bundan sonra da olmayacaq. Amma daha əvvəl olanları deyirsinizsə, onlar dərin dövlət adamları idilər, yəni ülküçüyəm deyirlər, amma söz olsun deyə deyirlər. Elə bir ülküçülüyü filan da yoxdur, qatildir, klassik qatil. Gedir solçunu da öldürür, ülküçünü də öldürür, şəhit edir, müsəlmanı da şəhid edir. Psixopat idilər onlar. O dövrdə bütün müsəlmanlara hücum edirdilər onlar. Müsəlmanları şəhid edirdilər orada-burada. Məsələn, çoxdur elə hadisə, əgər araşdırılarsa, baxılarsa, o dövrdə dindar insanları bombaladılar, güllələdilər. Ülküçüləri də yenə eyni şəkildə, eyni adamlar ülküçüləri də vurdular. Ülküçü görünümündədir, amma ülküçüləri vurur. Silahlar eyni idi, eyni silahla edirdilər. Qısacası, bunların heç biri ülküçü deyil, dərin dövlət adamları idilər. Ülküçüləri belə çirkin ittihamlarla töhmət altına almaq heç doğru deyil, çox ayıbdır. Biz zaminik Milliyyətçi Hərəkət Partiyasına da, AK Partiyə də və ülküçü gəncliyə də. Tərtəmiz aslanlardır. Tək bir şikayəti olan olsa, gəlsin bizə desin. Qətiyyən belə fikirləşməsinlər.

 

(Cənab Dövlət Bahçeli məclisdəki qrup yığıncağında bu açıqlamaları etdi: “Prezidentli hökümət sistemindən geriyə dönüş yoxdur, bu yol bağlıdır. Yeni sistemin həyatımıza möhür vurması nə Gülün, nə də Qandiliyə qibtə edən Kandilə ümid edən Kılıçdaroğlunun işidir. Türkiyənin razılaşmaya, milli davamlılıq və həssaslığa əsaslanan bir hökümət sisteminə ehtiyacı olduğunu ən kiçik siyasi çıxar ummadan ifadə və etiraf etmişdik. Bu səbəblə Prezidentli hökumət sisteminin inşa edilməsini boyun qaçırmadan dəstəklədik. Bu dəstək və qatqımız, açıq-açıq deyirəm, 2019-da keçiriləcək Prezident seçkilərində də mütləq davam edəcəkdir. Hətta seçimlərlə məhdud qalmayacaq, 2019-dan sonrakı 5 il boyunca da yeni sistemin yaxşıca kökləşməsi və qalıcı hala gəlməsi üçün milli və tarixi məsuliyyətimiz əhatəsində davam edən işbirliyinin, doğacaq əxlaqi ittifaqın gərəyini könül rahatlığı ilə edəcəyik. Müxalif partiyalar konfederasiyasına dönən CHP-ni yanına aldığı HDP, İP, TKP, MP, FETÖ, PKK və digər ehtiyatda olanları da məsələ etməz, heç vecimizə almarıq. Biz millət nə deyir ona baxarıq, tarix nə deyir ona diqqət edərik. Türkiyənin gələcəyini ona-buna peşkəş etmərik, etdirmərik”.)

Oradakı o həssas nöqtə, deyir: “2019-dan sonra 5 il daha dəstəkləyəcəyik”. Fitnə qapısını o qədər mükəmməl örtüb ki, yəni o qədər çarəsiz buraxır ki, bu açıqlama, mükəmməldir. Məsələn, “2019-da dəstəkləyəcəyik” -deyər adam, “ondan sonra mübarizəyə başlayarıq” -deyər. Amma “5 il daha dəstəkləyəcəyik” -dedimi adam, bitdi artıq. “Mənim taqətim yoxdur, qardaşım” -deyər. “Mənim bu qədərə taqətim yoxdur” -deyər. AK Partiya, MHP milli və yerli duruş, həqiqətən, belədir. Həqiqətən, bir də İngiltərə dərin dövləti məsələsi var, Əbdülhəmid dövründən bəri ağılalmaz dərəcədə kökləşib. İlk dəfə İngilis dərin dövlətinə qarşı dövlət çox əsaslı bir qarşılıq verir, ilk dəfədir. Cümhuriyyət tarixində yoxdur bu, ilk dəfə hesablaşılır indi. Halal olsun, sonuna qədər yanındayıq. Dəccal təpələnənə qədər dəstək olmağa bütün gücümüzlə davam edəcəyik. Yol düzdür, sistem də düzdür. Cənab Kılıçdaroğlu ilə danışarıq, danışaq. O yaxşı bir insandır, əslində, gözəl bir insandır. Müxalifət vəzifəsini də yerinə yetirəcək, təbii ki. Müxalifətlə əlaqəli danışıqlar da etsin, heç bir qüsuru yoxdur. Amma milli və yerli duruşda AK Partiyaya dəstək olmasını təmin edə bilərik. AK Partiyanı dəstəkləməsin, Tayyip hocanı dəstəkləsinlər, yerli və milli düşüncəni. Yəni İngiltərə dərin dövlətinə qarşı aparılan mübarizədə dəstəklərini istəyəcəyik.

 

İnsan bədəni Allah ilə əlaqəyə görə yaradılıb. İnsan necə susuz qaldıqda pərişan olursa, Allah ilə əlaqəsi kəsildikdə də bütün hüceyrələr xəstələnər

Allah ilə əlaqə kəsiləndə, insan bədəni Allah ilə əlaqəyə görə yaradılır. Məsələn, susuz olanda insan necə olur? Pərişan olur, sıxıntı çəkir, elə deyilmi? Ac olanda da. Allah ilə əlaqəsi kəsiləndə də, Allah ilə əlaqəyə görə yaradıldığı üçün ruhu xəstələnər, hüceyrələri xəstələnər, bədəni də xəstələnər. Yəni bədən ölmək istəyir o zaman. Əslində, depressiyanın əsas məqsədi ölümdür. Bədən özünü öldürmək istəyir, o da dərmanla ona qarşı dirənir. Yəni bədən yaşamaq istəməz. Allahdan qopan hər bədən ölmək istəyər. Bir an əvvəl ölmək istəyər, Allah əsirgəsin. İntiharların çoxunun səbəbi də odur, Allah ilə əlaqənin qopmasıdır. Allah ilə əlaqə qopdusa, insan ölümü istəyər, Allah əsirgəsin. Çünki Allah həyat səbəbidir, sən həyat səbəbini ortadan qaldırırsan. Allah həyatın özüdür. Saf sevgidir. Sən onu ortadan qaldırmağa çalışsan, qəlbində inanc olaraq Allah insanı boğar.

 

(Suriyanın dörddə birini işğal edən terror təşkilatı PYD-PKK ABŞ-ın dəstəyi ilə uydurma ordu qurmağa və YPG-liləri nizami orduya çevirməyə hazırlaşır. Gələn xəbərə görə ABŞ Müdafiə Nazirliyi, Kəşfiyyat orqanı CIA və PYD-PKK-nın Kandil qruplaşması 400 terror təşkilatı üzvünə verdiyi təlimi tamamladı. CIA təlimçiləri nəzəri və texniki məlumatlar öyrətmiş, Pentaqonun hava hücumundan müdafiə qurumları ilə xüsusi qüvvələri Kandildən gələn terroristlərlə ortaq silahlı təlimlər keçdi. Pentaqon və CIA sözügedən proqramda terror təşkilatının 2014-də qurduğu YAT adlı sözdə anti-terror birlikləri ilə HAT adı verilən sözdə xüsusi təyinatlı dəstə mənsublarını artırır. Xüsusi təlim keçən 400 terrorist HAT və YAT adlı qurumlara qatıldılar. CIA və Pentaqon yeni qruplaşma üçün PYD-PKK-ya müasir texnologiyalı dinləmə stansiyası və siqnal kəşfiyyat avadanlıqları transfer edir.)

Onu aylar öncə, illər öncə dedik. Türkiyənin edəcəyini, bax, bir daha deyirəm: Suriya hökumətini Türkiyə tanısın, Suriya dövlətini tanısın. Qatil filan, qatil olmayan yoxdur ki, orada, onsuz da. Suriya ilə ittifaq edib Rusiya, Suriya, İran, hətta bölgə ölkələri də qatılar. Suriyanın bütünlüyünü qorumaq lazımdır. Dörddə biri nə deməkdir? “Buradan indicə çıxın” deyərsən, ultimatom, “çıxmasan, müharibə” bu qədər sadə. Rusiya, Türkiyə gücünü göstərsə, darmadağın olarlar. Çünki orada qanuni bir vəziyyət yoxdur. Yəni adamın ölkəsini sən işğal etmisən. Birləşmiş Millətlərə görə beynəlxalq hüquqa görə tamamilə haqlısan. Amerikanın haqlı olacaq heç bir yönü qalmaz, amma bunun bir an əvvəl edilməsi lazımdır. Türkiyə nə edir? Azad Suriya Ordusu ilə ittifaq edir, onları dəstəkləyir, yəni Suriya hökumətini yıxmaq. Yıxmaq yox, ittifaq etmək lazımdır. O siyasətdən əl çəkmək lazımdır. Azad Suriya Ordusu da ən azından keçici olaraq Suriya ordusu ilə birlikdə hərəkət edib PKK-nı yox etməlidir. Orada çox böyük bir səhv var. O vaxt Xarici İşlər Naziri Feridun Sinirlioğlu idi, “PYD silahlı təşkilat deyildir” -dedi. HDP kimi bir siyasi partiya olduğunu dedi gözümüzün içinə baxa-baxa. Bu dəfə də ardınca “PYD-nin əlində silah yoxdur” -dedi 20 noyabr 2015-ci ildə. Biz açıq-açıq dedik “bu terror təşkilatıdır” -dedik, “PKK-nın eynisidir” -dedik.

 

(15 İyunda çoxu xarici 17 iştirakçı ilə Büyükadada keçirilən gizli yığıncaqda Henri Barkey ilə bağlı detallar çıxdı. Adı gizli tutulan Splendid Otel müdirinin dediklərinə görə yığıncaqda iştirak edənlərin rezervasiyası may ayında edilib. Otel müdiri bunları dedi: “Adının Henri Barkey olduğunu öyrəndiyim cənab gəldi, internetdən istifadə etmək, canlı yayıma bağlanmalı olduğunu ifadə edib səssiz bir yer istədi. Ofisimi tələb etsələr, açılmasını tapşırdım. 17:30 radələrində oteldən ayrıldım. Henri Berkey gedərkən qəbul stolunun üzərinə üstündə Pensilvaniya yazan bildiriş qoydu. Bildiriş, Adalar Qəsəbə Təhlükəsizlik Müdirliyinə verildi”.)

Henri Berkey ilə əlaqəli. Necə bir təhlükədir. Bax, münafiqlər də onun ən yaxın adamları ilə əlaqəlidirlər. İngiltərə dərin dövlətinin mənsubu olan insanla əlaqəlidir. Görürsən, heç təəccüblənmir münafiq tayfa. Heyrətləndirən şeydir, hamısında eyni stil. Həmişə qeyri-milli olmaq, qeyri-yerli olmaq. Vətən xaini olmaq, vətən-millət əleyhində fəaliyyət etmək, İngiltərə dərin dövlətinin əlaltısı olmaq. Heç fərqlənmir, hamısında eyni xarakter var.

 

(İrandakı hakimiyyətə qarşı nümayişlər barəsində ABŞ-ı təqsirləndirən İranın dini lideri Ayətullah Əli Xamneyi, ABŞ prezidenti Donald Trumpı hədəf alaraq “ağlı yerində olmayan bu adam bunun cavabsız qalmayacağını bilməlidir” -dedi.)

İndi onu o şəkildə necə danışdırıldı, kim danışdırdı ona baxmaq lazımdır. Adamın dəliliyinin bununla əlaqəsi yoxdur ki. Adam zəkalıdır, ağlı başındadır. Bax “İran əleyhində danış” deyirlər. Adamı əsir alıblar indi. Adam əsir olub. Bax, mən dedim ki, müqavimət göstərə biləcəkmi, bilməyəcəkmi baxaq dedim. Əsir oldu. Əslində, Trump Rusiya tərəfdarı və İran tərəfdarıdır. Amma nə oldu? Rusiyaya qarşı bəyanat verməyini istəyirlər. Rusiya ilə müharibə istəyirlər və İrana qarşı bəyanat verməyini istəyirlər. O da o bəyanatları bolca deyir. Mövzu budur. Trumpın dəliliyi ilə əlaqəsi filan yoxdur. Adamda heç nə yoxdur. İngiltərə dərin dövləti adamı ələ keçirib. Onsuz da, ailəsindən başqa çevrəsi yoxdur. Adam sahibsizdir. Ən çox on nəfər dostu var, on. Ən çox on nəfər. Adamı ələ keçiriblər, mövzu budur. Qısacası, Trumpı bir analiz etmək lazımdır. Başında da homoseksual adamı qoyublar adam öyrəşir, ona uyğun hərəkət edir. Gətirdilər büstü də qarşısına qoydular. Bax bu görülmüş bir şey deyil. İndi Tayyip hocamın qarşısına gətirsələr, o büstü qoysalar, mənası nə olar? Türkiyə getdi mənasında olar. Elə deyilmi? İndi bir fikirləşin. Tayyip hocanın sarayına gəlir adam əlində büstlə, kəlləni gətirib masanın üstünə qoyur. Tayyip hoca da heç nə demir. Nə olur? Türkiyə getdi. Bu, təslim almağın imzasıdır. Yəni Çörçillin heykəlini gətirib qabağına qoyduqda səni təslim aldım mənasına gəlir. İndi o yazıq adam təslim olmuş vəziyyətdədir. Bax, üç nəfər çıxdı “təcavüz etdi” dedilər. O biri də fırıldaqçılıqla filan ittiham edir. İndi də homoseksualları çıxaracaqlar. Qısacası, adamı küncə sıxışdıracaqlar. Həbsə də ata bilərlər çox rahatca. “Qızı ilə cinsi əlaqəyə girir” deyirlər adama. Adam qorxdu. Adam bilsə, heç prezidentlik ağlının ucundan belə keçməzdi.

 

(“Müştəri hər zaman haqlıdır sözü nə qədər doğrudur” tamaşaçı sualı)

Təbii ki, satıcı hər zaman müştərilərə qarşı mülayim olmalıdır. Çünki qarşısına almağı təhlükəli olar. Amma bu, təbii ki, pis haldır. Belə ki, adam tərslik etsə də, ona mülayim davranmalıdır. Çünki mülayim davranmasa, adam gedib deyir ki, filan yerdə mağaza var, oradan heç vaxt alış-veriş etmə, o da gedir “heç vaxt alış-veriş etmə” –deyir, daha da olmasa, iftira artır. Başına bəla olmasın deyə deyirlər; bir şüar çıxarıblar: “Müştəri hər zaman haqlıdır”. Belə bir şey olmaz. Müştəri də haqlıdır, satıcı da. Dost və qardaş olaraq bir-birlərini tamamlamalıdırlar. Günah deyilmi? Axşama qədər adam orada ayaqüstə durur. Əslində, ona haqlısan demək lazımdır. Daima satıcı haqlıdır, əslində. Əzilən odur, darda olan odur. İşləyən, səy göstərən odur. Qısacası, o yanlış bir məntiqdir.

 

(Suriyada qurulacaq olan PKK dövlətini tanımağa hazırlaşan ABŞ Rəqqəni paytaxt olaraq təyin etdi. PKK-lı nümayəndələr 9 nazirlik üçün terror təşkilatı ilə razılığa gəllən ABŞ Rəqqəyə mülki uçuşlar üçün yeni hava limanı inşa edəcək.)

Qardaşım, bunun nəyini izləyirlər. Suriya izləyir, Rusiya izləyir, Türkiyə izləyir. İnanılacaq kimi deyil, nəyini izləyirlər? Adamın dövlətinin üstünə dövlət qurulur. Suriya dövlətini tanımaq lazımdır ki, bu qanuni olsun. İndi sən Suriya dövlətini tanımasan, hökuməti tanımasan, adam: “mən də tanımıram, bax, burada dövlət qururam” -deyir. Nə deyəcəksən adama? Amma biz Suriya dövlətini tanısaq, hökuməti tanısaq, başçısını tanısaq, orada olmaqları cinayət olar. Birləşmiş Millətlərdən qərar çıxa bilər, belə bir işğal var, müdafiə labüddür deyə Türkiyə girər. Rusiya girər, İran girər; silib atarsan. Amma indi nə edirsən sən? Azad Suriya Ordusu ilə birlikdə Suriya dövlətini yıxmağa çalışırsan. Suriya hökumətini yıxmağa çalışırsan. O nə edir? “Mən də yıxmağa çalışıram, hamımız birlikdə yıxırıq, onsuz da” -deyir, “birlikdə yıxırıq” -deyir. Bizim Azad Suriya Ordusunu dəstəkləməyimizi dərhal dayandırmalıyıq, bu çox yanlışdır. Azad Suriya Ordusu ilə dərhal Suriya Ordusu işbirliyi edib birlikdə PKK-ya qarşı hərəkət etməlidir. PKK-nı Türkiyə, Rusiya birləşib, İran birləşib dərhal yox etməlidir. Dərhal bölgədən sürgün etməlidirlər, dərhal. Bunu ərizə halında həm Baş Nazirliyə deyək, həm də Prezidentə deyək; hadisə dəhşətlidir. Gözlədiləcək bir şey yoxdur. Hər halda Prezidenti oradan vurmağa çalışırlar, deyirlər: “adam qatildir, sən onunla anlaşacaqsan?” Niyə Amerika ilə anlaşırsan o halda, niyə Rusiya ilə anlaşırsan, niyə İran ilə anlaşırsan, orada qatillər yoxdurmu? Orada da var.

 

(“Dəccal bir insandır, yoxsa təmsili bir addır?” tamaşaçı sualı)

Bu Mehdiyyət kimi əldən ələ keçər. Dəccaliyyət də əldən ələ keçər. Bundan əvvəl dəccal kimdirsə, o ona verər, o ona verər, o ona verər; ən sonda İngiltərə dərin dövlətində qalar dəccaliyyət. O devrilsə, başqasına verər. Belə ki, devriləcək o, baxın, dəccaliyyəti başqa bir cəmiyyətə təslim edəcəklər. Yəcüc-Məcücə təslim edəcəklər. Yəcüc və Məcücə təslim ediləcək, onlarda çıxır dərin dövlət. Pozulma dövründə. Onsuz da, indi devriləcək dərin dövlət, qalmayacaq, İngiltərə dərin dövləti qalmır. Qalmayacaq, belə davam edəcək, sonra o miras, gizli miras davam edir. Onu, o kirli əmanəti Yəcüc-Məcücə təslim edəcəklər. Dərin dövlətin nə demək olduğunu insanlara onlar göstərəcəklər. Ağılalmaz qətliam törədəcəklər. Sonra bir çevriliş daha olur, 1543-cü ildə bir çevriliş daha. O vaxt bir daha əl dəyişir dərin dövlət. Bu son əl dəyişmədir, ondan sonra faciə başlayır.

 

(Rusiya, İran və Türkiyənin qarantı olduğu Astana müddəti çərçivəsində atəşkəs bölgəsi elan edilən İdlibdə Əsəd rejiminin qaydaları pozması üzərinə Rusiya və İran səfirləri Xarici İşlər Nazirliklərinə çağırıldı. Xarici İşlər Nazirliyi rejim dəstələrinin İdlib gərginliyini azaltma bölgəsinin Şimal-Şərqində bir müddətdir apardığı quru hərəkatı çərçivəsində son günlərdə sərhədləri pozaraq bölgə içində qalan bəzi məskunlaşma məntəqələrinə nəzarəti ələ keçirdiyini açıqladı.)

Türkiyənin ciddi bir səhvi var. Suriya hökumətini tanımır, terroristlər də tanımırlar, oradakılar da tanımırlar. Amerika da tanımır. Suriya dövləti deyə bir dövlət yoxdur, adamların gözlərində. İndi belə olanda oranın yağmalanması qanuni hala gəlir. PKK orada çox rahat dövlət qurar, adam deyir: “dövlət yoxdur ortada”, “Türkiyə də qarşıdır, hərkəs qarşıdır, mən də burada öz dövlətimi qurdum” -deyir. Amerikaya qarşı sözümüz də olmaz onda. Amma Əsədi gətirsinlər Atinaya, Tayyip hocam getsin, Putin gəlsin, hərkəs gəlsin. “Qardaşım, sənin dövlətini işğal ediblər, bunları təmizləmək istəyirsənmi?” “Hə”. “Onda biz də sənə kömək edəcəyik. Bizə səlahiyyət ver” desinlər. “Türkiyəni istəyirəm” deyəcək. “Rusiyanı istəyirəm. İranı istəyirəm, gəlin hamımız birlikdə təmizləyək” desin. Azad Suriya Ordusu da ləğv edilsin. Suriya ordusu ilə birləşsin təmizləyib bitirək. Sonra öz aramızda razılaşarıq. Başqa cür olmaz.

 

Qadınlara yerlərini öyrətmək məntiqi həm darvinizmdə, həm də mühafizəkar ortodoks sistemdə var. Darvinizm, qadınları itdən bir az daha yaxşı, heyvanla insan arası bir varlıq olaraq görür

Darvinist sistem də ona uyğun nizamlanıb. Bax, adam nə deyir? “Bir itdən daha yaxşıdır” -deyir, Darvin qadın üçün. Qadınlar haqqında soruşurlar, “bir itdən daha yaxşıdır” –deyir, “amma vəsfini deyim” -deyir. “Bir heyvandır” -deyir. Yəni “qadın bir heyvandır, amma hələ təkamülü davam edr” -deyir, amma “insan insandır” -deyir. Təkamülünü bitirmiş olur, amma o təkamülün yarı pilləsindədir. “Hələ 50 faiz inkişaf edib” -deyir, yəni “heyvanlığı 50 faiz qalıb” -deyir. “İnsanlığa tərəf də 50 faiz keçid edib, amma hələ heyvanla insan arası kimi bir şeydir” -deyir. “Amma itdən daha yaxşı olar” -deyir. İndi bu halda adamı sən dəli etmiş olursan. Adama imkan verirsən. İdeoloji imkandır bu. Sola bir imkandır bu. İndi sağa nə edirsən? O da deyir ki, “yarımdır” -deyir. “Yarımçıqdır” –deyir, “yarımçıq”. “Bəs nədir” -deyirsən. “Yəni yarı-yarıya heyvan, yarı-yarıya insan”. Heyrətlidir, eyni ifadədir. Onlar da eyni inancdadırlar və “cəhənnəm qadınlarla dolacaq” -deyirlər. “Dünyadaki ən uğursuz varlıq qadınlardır” -deyir. “Ən böyük fitnə də qadındır” -deyir. “Ümmətə buraxılan ən böyük bəla da qadındır” -deyir. Artıq yıxıb boğ, onda, yəni hər halda o qalıb. Boğacaq, hər halda. Boğmağa çalışsan, təbii ki, biz də sənin əlini qırarıq. Yəni bir boğmadığı qalıb. Yəni öldürəcək artıq. Bax deyir: “eşşək, donuz, qadın namazı pozur”. Başqa bir şeydə yenə deyir: “donuz, yahudi, qadın”. Nədən nifrət edirlərsə, onu sayırlar adamlar və bax, “dünyadaki ən uğursuz varlıqdır” -deyir. Bax, “uğursuz varlıq axtarırsansa, qadındır” -deyir. “Qadında axtaracaqsan uğursuzluğu” -deyir və “cəhənnəmin 99 faizini onlar dolduracaq” -deyir. Qardaşım, sənin bircə boğmadığın qalıb. Yıxıb boğmadığın qalıb, yəni. Belə də ki, öldürürlər, görürsünüz. Bax, sol da, sağ da ittifaq halındadırlar. Hər yerdə alçaltmağa çalışır adam. Ondan sonra yerini göstərməyə çalışır. Dəstəkləyənlər çoxdur, danışdım. Atası, anası 10 yaşında kiçik oğlan evdəki, yəni artıq 7 yaşındadır, o belə bacısına yumruq vurur. Təbii ki, çörək bıçağı ilə filan bacısının üstünə gedir. Hələ 10 yaşındadır uşaq. Qohumları, xalası, dayısı.

 

(“FETÖ yenidən güclənə bilərmi?” tamaşaçı sualı)

FETÖ millətin dəyərlərinə çox ziddir. Nurçuluq olaraq olsaydı, güclənərdi. Risalə-i Nura əsaslansaydı, çoxdan Türkiyə almışdı. Üç-beş il daha gözləsə, alardı, bitirərdi. Amma gedib İngiltərə dərin dövlətinin qucağına oturub dəccala tabe olmuş vəziyyətdədir, yəni dini, imanı rədd edib, darvinizmi qəbul edib, materializmi qəbul edib, kommunist düşüncəni qəbul edib, homoseksuallığı qəbul edib, rumiliyi qəbul edib. Müsəlmanlığın bir başçı ətrafında toplanmasını rədd edən, İttihad-i İslamı rədd edən, İslamı sadəcə örtük olaraq görən, sadəcə adı müsəlmanlıq olan bir inanca çevirmək istəyiblər. Şeytan bunları məhv edib. Qısacası, bundan sonra Quranı, ayələri açıqca rədd edir. Fəthullah Gülən açıqca rədd edir Quranı. Qısacası, FETÖ-nün bir daha özünə gəlməsi, millətin qəbul etməsi mümkün deyil. İmana əsaslanan bir hərəkat deyil. Çünki münafiqanə bir hərəkatdır. Biz o vaxt bilmirdik, hərkəs dəstəkləyirdi. Hökumət də dəstəkləyirdi, xoş niyyətli idi. Risale-i Nur oxuyurlar, müsəlmandırlar. Hər yerdə olsunlar dedik. Şeytana təslim olduqlarını anlamadıq. Dəccalın bunları əsir aldığını anlamadıq. Dəccalın da fərqinə varmadıq biz. İngiltərə dərin dövlətinin içərisinə yuva qurduğunu da anlamadıq. O Çiyan vasitəsi ilə fərqinə vardıq İngiltərə dərin dövlətinin. Ondan sonra FETÖ-nün və PKK-nın hamısının eyni yerə bağlı olduğunu anladıq. Oyunu sonra gördük.

 

(“Dayanmadan Allahın lehində necə düşünə bilərik?” tamaşaçı sualı)

Onsuz da, imtahanın əsli, əsası odur. Allah dəlilləri çox güclü yaradır, Öz varlığının dəlillərini, çox açıq yaradır. Sonra da onları şübhəyə düşürəcək şeyləri də yaradır. Məsələn, uşaqlar ölür, insanlar ölür. Məsələn, dizi ağrıyır, dişi ağrıyır. Onlar da qarşı dəlillər olmuş olurlar. Allah “indi düşün” -deyir. “Məni sevirsənsə, bax” -deyir. Amma Allahın sənəti, baxırıq ki, trilyonlarla, katrilyonlarladır. Qarşı dəlil nədir? Görüntü. Əgər o qarşı görüntüyə məğlub olan varsa, o ruhu olmayanlar olurlar. Çünki ağlı başında olan insanı sobada yandırsan, Allahdan imtina etməz. Yəni mümkün deyil, görür çünki Allahın varlığını, necə imtina etsin? Ağlını hara qoysun? Allahın varlığı açıqdır. Sobada yansa belə, imtina etməz. Elə bir şey olmaz. Nə edərsən, et. Ətlərini tikə-tikə doğra, yenə imtina etməz. İmkansızdır, amma imanı zəif olanın ruhu olmur. Deyirsən “trilyonlarla dəlil var”, “yaxşı” -deyir. “Amma bu uşaq öldü” -deyir. “Mən Allahı inkar etdim” -deyir. Çünki niyə? Ruhu yoxdur, ölüdür. O qədər dəlil. Qardaşım, sən milyonlarla, katrilyonlarla qapıdan saraya girirsən. Bir qapıdan girə bilməmisən. “Onda mən heç bir yerdən girə bilmirəm” -deyir. Milyonlarla yerdən o saraya girdiyinə görə. Bir yerdən girə bilmirsən. O da səbəbini bilmirsən. Giriş şəkilini bilmədiyin üçün girə bilmirsən. Girə bilməyəcəyin üçün də deyil. Necə inkar edirsən?

PAYLAŞIN
logo
logo
logo
logo
logo