Yeni qarşıdurmalar MENA bölgəsində tamamilə qarışıqlığa səbəb oldu
ucgen

Yeni qarşıdurmalar MENA bölgəsində tamamilə qarışıqlığa səbəb oldu

2515

MENA bölgəsi demək olar ki, hər gün yeni qarşıdurma xəbərləri ilə üz-üzədir. Bəzi ölkələrdə xalqın sevmədiyi rejim, liderlər dəyişsə də, narahatlıq və şiddət heç cür bitmir. İraq, Suriya, Fələstin, Misir, Liviya, Yəmən, İordaniya, Livan kimi ölkələr şiddətli hadisələrin baş verdiyi ölkələr siyahısında ön sıralarda yer tuturlar.

İraq 2003-cü il mart ayında ABŞ və İngiltərə liderliyindəki çox millətli güc tərəfindən işğal edilmiş və bu işğal 2011-ci il dekabr ayında sona çatmışdır. Bu işğalçı vəziyyətə də “Müstəqilləşdirmə Əməliyyatı” adı verilmişdir. Bu müharibədə 1 milyondan çox iraqlı həyatını itirmiş, UNHCR-in 2008-ci ildəki məlumatlarına görə 4,7 milyon nəfər evlərindən olmuş, 2 milyon insan da başqa ölkələrə sığınmışdı. İraq indiki dövrdə yeni bir qaçqın böhranı ilə qarşı-qarşıyadır. 1,25 milyon insan İŞİD-in dəhşətli hücumları və insanlıqdan kənar fəaliyyətləri səbəbindən evlərindən ayrılaraq başqa şəhərlərə qaçıb.

Aydındır ki, şiddət yolu ilə cəmiyyətlər demokratiyaya və nəticədə də müstəqilliyə qovuşmurlar. Şiddət şiddəti alovlandırır, nifrət də nifrəti böyüdür.

İŞİD və yeni adıyla İD Şamdan Bağdada qədər olan bölgədə qurmağı hədəf aldığı şəriət, xilafət dövlətini xeyli böyüdüb! Yeni hazırladıqları xəritələrində bütün İslam ölkələrini bu hədəflərinə qatdıqları görünür. Beləliklə, MENA bölgəsindəki hər ölkəni təhdid edəcək vəziyyətdədirlər. Ələ keçirdikləri yerlərin əhalisinə tətbiq etdikləri zülm və şiddətə görə hal-hazırda Suriya və İraqda böyük bir təlaş yaranıb.

Suriyada Rakka və Deyr Ez Zor kimi neftin mövcud olduğu əraziləri ələ keçirən təşkilat cənubda Livan sərhədindəki Arsalda Livan ordusu ilə qarşıdurmaya girərkən, şimalda da Hələb və ətraf əraziləri almaq uğrunda mübarizə apararaq Ağ dənizə çatmağa çalışırlar. Bir yandan Livanı təhdid edən təşkilat, digər tərəfdən İraq İordaniyanın sərhədində yerləşən Turaybildə də İordaniyanın təhlükəsizlik gücləri ilə mübarizə aparır. İordaniya da İD təhdidlərinə məruz qalır. İD həm Livan, həm də İordaniyadakı sələfi nüfuzunu öz tərəfinə çəkərək bu ölkələrdə də varlığını hiss etdirmək planları qurur.

İŞİD İraqda özü üçün strateji olaraq gördüyü bir çox şəhərə hücum edərək ələ keçirməyə və çox ciddi bir təhdid yaratmağa davam edir. Əlbəttə ki, bu hücumlar Türkiyəni yaxından maraqlandırır. Əksəriyyətinin türkmənlərdən ibarət olduğu bölgələr olan Mosul, Telafer və Səlahəddin şəhərinə bağlı Tuzhurmatu da bu hücumlara məruz qaldı. Türkmənlərdən yüzlərlə insan şəhid oldu, minlərlə insan yaralandı və minlərlə insan da təşkilatın əlinə əsir düşdü. Bu bölgədə yaşayan yüz minlərlə türkmən, ərəb və kürd evlərini tərk etmək məcburiyyətində qaldı. Qalanlar da İD-nin  şiddət siyasətləri ilə zülm çəkməyə davam edirlər. Mosul ətrafında yaşayan və sayları 300 minə çatan, Türkiyəni özlərinə çox yaxın bilən şiə-bəktaşi şəbəkələr də İŞİD hücumlarına məruz qalırlar. Mosulda Türkiyə Baş konsulluğu da İŞİD tərəfindən ələ keçirilərək 48 işçi girov götürüldü​​. İŞİD Suriyanın Hələb vilayəti ilə Karakozak kəndinin sərhədləri arasında yerləşən türk torpağı sayılan Süleyman Şah Türbəsini də ələ keçirməyə çalışır.

Eynilə Suriyadan 1,5 milyona yaxın qaçqın qəbul edən və məzlumların sığınacağı ən etibarlı liman mövqeyində olan Türkiyə üçün İD zülmündən qaçan ezidilərin, keldanilərin və kürdlərin vəziyyəti də çox böyük əhəmiyyət kəsb edir. Ezidi şəhəri Sincar və xristian şəhəri Karakuş da İD tərəfindən ələ keçirildi. Bu bölgələrdə hər gün yeni bir qətl xəbəri gündəmdə yer alır. Bununla yanaşı, qarışıq bir şəhər olan Kərkük də İŞİD-in təhdidi altındadır. Buradakı xalq da böyük bir narahatlıq içərsində gözləməyə davam edirlər. Yenə bu zülmdən qaçan 20 minə yaxın ezidi Türkiyəyə sığınmaq üçün sərhədə doğru irəliləyir, onlardan bir qismi də AFAD tərəfindən düşərgələrdə yerləşdirilir.

İraq başda olmaqla, MENA bölgəsinin rəhbərliyindəki şəfqət, mərhəmət və sevgi əskikliyi bölgədəki narahatçılığı artıran ən böyük səbəblərdən biridir. Xalqına yuxarıdan aşağı baxan və təzyiq və təhdidlə cəmiyyəti yola gətirməyə çalışan bir idarəçilik anlayışı insanların rejimlərə olan inamını azaltmağa davam edir. Hal-hazırda mövcud olan işğal və müharibələr də bu sevgisizlik ilə birləşərək bitməyən qarşıdurmalar ortaya çıxarır. Buna görə də Yaxın Şərq ən qısa zamanda sevgi yolu ilə xalqını qoruyan və ən üstün demokratiyanı hədəf alan siyasət anlayışını mənimsəməlidir.

Adnan Oktarın Times of Oman'da nışr olunan məqaləsi:

http://www.timesofoman.com/Columns/2220/Article-New-conflicts-have-put-the-whole-of-MENA-into-turmoil


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr