SƏBİR BÜTÜN HƏYAT BOYUNCADIR. BİZ ALLAHI SONSUZA QƏDƏR SEVƏCƏYİK

 

Sən ən çox 70 il bir imtahana səbr edəcəksən. Amma Allah səni sonsuza qədər xoşbəxtlik içində yaşadacaq. 70 illik təhsil, edilən hər səbir səni ucaldar, gözəlləşdirər, nurlandırar. Əlbəttə ki, Allah sənin sevgini sınayacaq. Allaha nə qədər bağlı olduğunu, sadiq olduğunu, Allahı nə qədər sevdiyini sınayıb sənə göstərəcək. Məsələn, insan sevgilisinə ölümünə bağlanar. Yıxılar, qalxar, yaralanar, xəstə olar yenə kömək edər, elə deyilmi? İnsan heç bir zaman sevgilisini buraxmaz. Allah əsl sevgilidir. Və heç bir şəkildə, 7000 il keçmiş olsa belə əziyyətə səbr edilər. Bu aşiqin xüsusiyyətidir. Özünə olan sevgidən ötrü səbr edilməsini Allah çox bəyənər. Tam aşiq əlamətidir. Aşiqin xüsusiyyəti nədir? Hər cür əziyyətə, çətinliyə baxmayaraq sevgilisini buraxmamasıdır. Ən çətin şərtlərdə belə sevgilisini buraxmaz. Allah da bu sevgili ruhunu nə qədər yaşayırıq bunu bizə göstərir. Çünki axirətdə ən zövq alacağımız şey Allahın varlığı, təcəllisidir.

 

HÖRMƏTLİ ADNAN OKTARIN FUSSİLƏT SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Fussilət surəsi, 49-cu ayə

 

“İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər”.

“İnsan özünə xeyir diləməkdən usanmaz ..”. Yəni həmişə belə yaxşılıq gəlsin, gənclik, sağlamlıq, xoşbəxtlik, mal, mülk gəlsin, universitetə qəbul olsun, şən yaşasın istəyir. Allah deyir: “Lakin ona bir pislik dəysə” yəni maraqlarına uyğun olmayan, onu narahat edən bir şey meydana gəldikdə ya da pulunu, imkanlarını, sağlamlığını itirdikdə. “... məyus olub ümidini itirər”. Yəni, “Artıq mən xilas ola bilmərəm, mən bitdim, mənim üçün ediləcək bir şey yoxdur” deyib ümidsizliyə düşər. Allahdan ümidini kəsər. “Artıq Allah məni qurtarmaz”. Yəni “Allahla əlaqəm kəsildi” fikrində olar. Bu insanların əksəriyyətində olan bir fəlakətdir, böyük bir bəladır. Onun üçün Allahdan hər vaxt mükəmməl təvəkkül istəmək lazımdır. “Ya Rəbbi! Mənə, Sənə mükəmməl təvəkkül edən qul olmağı nəsib et” deyə müsəlman bu neməti davamlı istəməlidir. Çünki bu çox böyük bir nemətdir. Müsəlman: “Ya rəbbim sənə həmd olsun, şükrlər olsun, imanımı artır, elmimi artır, məni xeyr yolda müvəffəqiyyətli et” deyə davamlı dua edər.

Fussilət surəsi, 51-ci ayə

“İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar”.

“İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar”. Yəni şükr etməz, özündən bilər, həmd etməz və boyun qaçırar. “... Uzaq durar”. Yəni Qurana, İslama uyğun hərəkət etməz, həmd etməz, Allaha təşəkkür etməz. “Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar”. Normal halda Allaha heç dua etməz. Allah “Dua etməz” deyir. Nə vaxt dua edər? “Ona bir pislik toxunduqda”. Məsələn, bir qəza olar, bir bəla olar, başı bəlaya girər o zaman Allahı xatırlayar. Allah: “Başqa cür nemət verdiyim vaxt üz çevirər” -deyir. Sağlam ikən Allahdan üz çevirər. “Amma başı bəlaya girdikdə Allaha uzun-uzadı yalvarıb-yaxarar”. Allah belə istəmədiyini deyir. Allah: “Sağlığında da dua etsin, başına bir dərd gəldikdə də dua etsin. Mən onun Rəbbiyəm” -deyir. “Bütün bəlaları verən Mənəm, bəlaları üzərindən qaldıran da Mənəm, xəstəliyi verən də Mənəm, şəfanı verən də Mənim” -deyir. Bu səbəbdən Allah bütün qullar üçün, hamımız üçün: “Mənimlə davamlı əlaqədə olsun” -deyir.

 

Fussilət surəsi, 52-ci ayə

De: “Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, bunu necə başa düşmək olar?! Elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?

De: “Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, bunu necə başa düşmək olar?!” Yəni Quranın yetərli olmasını qəbul etmirsinizsə, mövhumatçılığı, xurafatçılığı qəbul edirsinizsə. Elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?” Bu, mövhumatçıları və xurafatçıları yerin dibinə batıran bir ifadədir, Allahın ifadəsi. “Elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?” Allah xurafatçılar üçün: “daha çox azmış” -deyir. “... uzaq bir ayrılıq içində ..”. Nədən? Qurandan uzaq bir ayrılıq içində. ... əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, bunu necə başa düşmək olar?!” Necə inkar edirlər? Xurafatlarla. “Allah belə buyurdu” -deyirsən, “Yox, ayənin hökmü qaldırıldı” -deyir. “Necə qaldırıldı?” “Unutduruldu. Allah unutdurdu” -deyir. O birisi, “Hökmü nəsh edildi” -deyir. “Ayə var” -deyirsən, “Ayə əhəmiyyətli deyil. Əsas əhəmiyyətli olan hədisdir” -deyir. Hansı hədis? Uydurma hədis. Uydurma hədisdən yeni bir din yaratmışlar ona İslam deyirlər. Halbuki Quranın izah etdiyi dinə İslam deyilir. Uydurma hədislə yaranan dinə İslam deyilməz. O şirk dinidir.

Fussilət surəsi, 53-cü ayə

Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?”

Hal-hazırda həmin dövrdəyik. Artıq insanlar Quranın haqq olduğunu açıq şəkildə görməyə başladılar. Həm öz nəfslərində iman həqiqətlərini görürlər, həm kainatda olan hadisələri; məsələn, Suriyadakı hadisələr, Fələstindəki hadisələr, hər yerdəki hadisələrlə, fəlakətlərlə artıq görürlər. İnsanlar Quranın, Allahın hökmünün haqq olduğunu da gördü. Quran yaşanmadıqda dünyanın fəlakətə çevrilidiyini gördülər. “Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” Əbcədi 1990-cı il tarixini verir. Yəni hadisələrin başladığı tarixdir.