Hörmətli Adnan Oktarın yeni açıqlamaları (7 sentyabr 2016-cı il; 20:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (7 sentyabr 2016-cı il; 20:00)

345

PİS SÖZ DANIŞAN İNSAN MÜSƏLMANA SAVAB QAZANDIRAR, ÖZÜ İSƏ SAVABINI İTİRƏR

 

Dünyaya savab üçün gəlmirikmi? Savabı qazanarıq. Pis söz deyənin sağlamlığı pozular, pis söz deyilənin isə sağlamlığı artar, sağlamlıq qazanar. Yəni ona (pis söz deyənə) gələn sağlamlıq möminə gələr, möminə gələcək bəla, xəstəlik də ona gedər. Allahın belə bir sistemi vardır. Buradan da müsəlman qazanar. Pis söz deyən psixoloji cəhətdən çox əzab çəkər, çökər, sevinci qaçar, şövqü qaçar, iştahı kəsilər, əldən düşər, halsızlaşar, ruhundakı həyəcan və sevgi yox olar. Sevənləri qalmaz, hörmət görməz. Böyük bir təxribat olar, bərəkəti qaçar, işləri uğursuzlaşar, hər etdiyi ayağına dolanar. Buna görə, çox böyük bir zərərə düşər. Buna görə belə əxlaqsız, şərəfsiz, hörmətsiz, tərbiyəsiz, qeyri-stabil, sevgini mərhəməti bilməyən, Allah qorxusunu bilməyən, Allah sevgisini bilməyən, vətən, millət, bayraq sevgisini onsuz da, heç bilməyən eqoist insanlara Allah Quranda “heyvan kimidirlər heyvanlardan da aşağıdırlar”-deyir.

 

 

ALLAH DÜNYANI NEYTRAL ŞƏKİLDƏ YAŞATMAZ. NEYTRAL ALLAHIN QƏBUL ETMƏYƏCƏYİ BİR SİSTEMDİR. MƏNFİ-MÜSBƏT MÜBARİZƏ APARMALI VƏ MÜSBƏT QALİB OLMALIDIR

 

Allah dünyanı yaradanda mənfi və müsbəti birlikdə yaradır. Allah mənfi və müsbətin mübarizəsindən müsbəti inkişaf etdirər, müsbəti ortaya çıxardar. İndi müsbət güc mehdiyyətdir. Mənfi güclər də hal-hazırda fəaliyyətdədir. Onların adlarını da bir-bir saymışdır. Ən əsas mənfi güc olaraq Dəccal var, Süfyanilər var, otuz müxtəlif dəccal var, süfyanilər də daxil olmaqla. Kahtani vardı, məsələn mənfi bir gücdür, qan tökən. Ceh Cah. Bundan başqa münafiqlər var. Ad olaraq verilən başqa kimlər var? Yəcüc-Məcüc var. İngilis dərin dövləti onsuz da deccaliyətin evidir.

 

Doqquzlu dəstə. Bunların hamısı mənfi güclərdir. Məsələn, Türkiyədə mənfi güclərin nümayişini görürük. Ayın on beşində mənfi güclərin bir çıxışı oldu. Amma baxın mənfi olmadan müsbət də olmaz. Bu vaxt dünya neytral olur. Neytral olsa qiyamət qopar. Allah neytral olaraq dünyanı yaşatmaz. Neytral, Allahın qəbul etməyəcəyi bir sistemdir. Mənfi-müsbət mübarizə aparmalı və müsbət qalib olmalıdır. Mənfi-müsbət həmişə mübarizə aparacaq. Allahın belə bir sistemi vardır. İndi mənfi güclər yenə ortaya çıxacaq. Ard-arda, dalbadal müsbət onu həmişə əzəcək. Mənfi çıxacaq müsbət də onu əzəcək. Ən sonda müsbət hakim olacaq. Müsbət hakim olacaq, mənfi məğlub olacaq, keçmiş təbirlə mənfi.

 

Mənfi və müsbətin mübarizəsi vardır. Məsələn, insanlar bir an əvvəl mənfinin getməyini istəyir. Getdi rahat yaşayaq. Yox, elə bir şey olmaz. Mənfinin getməyi onsuz da, müsbətin inkişafı üçün Allah tərəfindən yaradılır. İnsanların rahatlığı üçün mənfi getməz. Mənfi müsbətin hakim olmağı üçün gəlir. Bu səbəbdən, mənfi həmişə hərəkət halında olacaq. Önümüzdəki günlərdə daha da şiddətlənəcək. Bəlkə də, dörd-beş ay sonra, yenə mənfi fəaliyyətə keçəcək. Həmişə hərəkətlənəcək. Bəlkə bir neçə ay sonra. Allahın məqsədi müsbəti ortaya çıxartmaqdır. 

 

Amma diqqət yetirsəniz hökumətlər, hər kəs, bir an əvvəl mənfini dayandırmaq istəyirlər. Halbuki, mənfi dayanmaz, müsbəti hakim edənə qədər mənfi vəzifəlidir. Mənfi həqiqətən şər bir gücdür, amma müsbətin hakim olmağına səbəb olar. Məsələn PKK, PKK İslamın hakimiyyəti üçün lazım olan bir mənfi quruluşdur. PKK olmasa çox rahat yaşayarıq, amma neytral bir quruluş olar. PKK müsbətin inkişafına səbəb olar. İslam Birliyinə səbəb olar, Mehdi (ə.s)-ın çıxışına səbəb olar. Məsələn, çevriliş cəhdi Mehdi (ə.s)-ın çıxışına səbəb olar. İngilis dərin dövləti Mehdi (ə.s)-ın çıxışına səbəb olar. Onlar istəməz, amma belə olar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo