Uzun illərdir ki, beynəlxalq aləmin uzaqdan izlədiyi mövzudur rohinca müsəlmanları. Öz ölkələrində qaçqın kimi olan, heç bir sosial statusu olmayan və tez-tez şiddətə məruz qalan zülüm içindəki insanlar. 2012-ci ildə dəhşətli hücumlar və yanğınlardan sonra dünyanın bir az olsun tanımağa başladığı müsəlman azlıq olan rohincaların yaşadığı Myanmarda dəyişən elə bir şey yoxdur.
Keçən ay Myanmar dövlətinin BMT-yə təqdim etdiyi plan guya sülh, ədalət və birliyi hədəf almışdı. Myanmar Xarici İşlər Naziri bu arzularla planı BMT-yə təqdim etmiş və bir çox ölkə tərəfindən də təsdiq edilmişdi. Bir çox ölkə illər sonra Myanmar dövlətinin müsəlmanlara qarşı apardığı ayrı-seçkilik siyasətindən geri addım atdığını düşünmüşdü.
Plana görə ölkə içində zülm görən rohinca müsəlmanları iki seçim qarşısında qoyuldu. Birincisi, ya Banqladeş vətəndaşlığını qəbul edərək vətəndaşlıq hüququ əldə etmiş olacaq və 1982-ci il vətəndaşlıq qanununa uygun olaraq sənədləri təqdim etdikləri təqdirdə Myanmar vətəndaşı ola biləcəkdilər. İkinci seçim isə bunu qəbul etməməkdi ki, bunun mənası dəhşətli düşərgələrə sürgün edilərək həbs şəraitində yaşamaları və nəhayət ölkədən deportasiya edilmələri idi.
İlk baxışda birinci seçim Myanmar dövlətinin rohincalara verdiyi vətəndaşlıq hüququ kimi qəbul edilə bilər. Lakin buradakı əsl məqsəd 1982-ci il qanunu ilə onsuzda ölkədəki bütün hüquqlarından məhrum olmuş rohincaların rəsmi olaraq məcburi köçkün statusuna malik olmalarıdır. Öz torpaqları üzərində tamamilə əcnəbi statusunda olacaq rohincaların böyük bir hissəsinin təkrar Myanmar vətəndaşı sayıla bilməsi üçün keçmişlərinə dair sənədləri təqdim edə bilməyəcəkləri bəllidir. Çünki bu insanların keçmişlərinə aid sənədlər, sahib olduqları hər şey ilə birlikdə 2012-ci ildə rohincaları hədəf alan qorxunc qətliamlar əsnasında yanıb kül olmuşdur. Dolayısilə sənədlərini təqdim edə bilməyənlər öz ölkələrində benqal vətəndaşı, yəni əcnəbi statusunda olacaq. Myanmar dövləti isə bu insanları qısa müddət sonra “əcnəbi” olduqları bəhanəsi ilə ya düşərgələrə yollayacaq, ya da ölkədən deportasiya edəcək. Benqal vətəndaşlığı qəbul etmiş insanlar Banqladeş tərəfindən də qəbul edilməyəcək. Çünki bu insanlar Banqladeşdə doğulmayıblar. Nəticə etibarilə bu qanunun Banqladeşə aidiyyatı yoxdur.
Bu arada benqal vətəndaşlığını qəbul etmək istəməyənlər də yaşadıqları kənd və qəsəbələrdən məhbus adı altında qaçqın düşərgələrinə sürgün ediləcəklər. Tətbiq ediləcək yeni plan daxilində, bu insanlar qısa müddət sonra ölkədən qovulacaq və Myanmar dövləti bu insanları digər ölkələrə qaçqın kimi göndərmək üçün BMT-yə müraciət edəcəkdir. Problem ondadır ki, BMT zülm görən bu insanları qaçqın kimi tanımır. Həmin plan daxilində bir milyon rohinca bu dəhşətli sonla qarşı-qarşıya qalacaq.
Human Rights Watch İnsan Haqqları İzləmə Təşkilatı Asiya bölməsinin müdir köməkçisi Phil Robertson Roytersə bu açıqlamanı vermişdir:
"Bu plan olduqca narahat edicidir. Çünki bu plan ilə Rohinca bütün hüquqlarından məhrum ediləcək, qeyri-müəyyən müddətə kimi məhbus qalacaqları bağlı düşərgələrə sistematik olaraq kilidlənəcəklər". 1
Uzun müddətdir ki, Myanmar üzərindən keçən enerji dəhlizləri və buna bağlı ticarət münasibətlərinə zərər gəlməməsi üçün dünyanın süper gücləri və ASEAN üzvlərinin rohinca müsəlmanları ilə bağlı Myanmar dövlətinə hər hansı bir təzyiq etməməsi və bu məsələyə sadəcə seyirci qaldıqları məlumdur.
Dünyada insanlıq əleyhinə cinayətlərin geniş yayıldığı və çox amansız şəkildə törədildiyi doğrudur. Lakin rohinca müsəlmanları məsələsi dünya ölkələrinin rahatlıqla tədbir alacağı və həll edə biləcəkləri məsələlərin başında gəlməsinə baxmayaraq, mövcud olan səssizlik anlaşılan deyil. Myanmar dövlətinin təqdim etdiyi bu təklifin aldadıcı görüntüsü bir sıra ölkələri və BMT-ni razı salmaq ehtimalı, vəziyyəti daha da çox ürküdücü hala salacaqdır.
Siyasətin insanlığın önünə keçdiyi, zalımlıq kimi dərk edildiyi, ölkələrin sevgi yox, mənfəət üzərində birləşdiyi bu günlərdə, şiddətin, öfkənin və müharibələrin artmasının bir səbəbi var. O səbəb, insanların və ölkələrin sevgini həll yolu olaraq görməmələridir. Bir ölkə xalqı illərdir bütün dünyanın gözü önündə belə böyük bir soyqırım və zülm altında yaşamağına baxmayaraq, bütün dünya buna səsini çıxarmır. Deməli, buradakı problem sübut problemi yox, vicdan problemidir.
Myanmarda insanlıq dramının çox uzun zaman davam etdiyi sirr deyil. Bunun üstünü örtmək, zülmə icazə vermək dünyanı əhatə edən fəlakətləri daha da gücləndirə bilər. Bu səbəbdən əvvəl insanlıq adına, sonra bu ürküdücü ssenarini düşünərək dünya ölkələrinin mənfəətdən çox ədalət və sevgiyə əhəmiyyət vermələri vacibdir. Bunun üçün dünya illərdir zülm görən rohinca müsəlmanlarına əl uzatmalı, bu məzlum xalq üçün bir həll yolu tapmalıdır. Bu bir həqiqətdir ki, dünyanın dörd bir yanında iclaslar təşkil edən, neft-qaz müqavilələrinə imza atan, bir-birindən silah alıb mərmi satan hər ölkənin bir ovuc məzlumu qorumağa da, bunun üçün Myanmar dövlətini razı salmağa da gücü çatar. Bunun üçün ölkələrin siyasi hesablardan uzaqlaşıb vicdanlarının səsini dinləmələri lazımdır. Baxaq buna hazır olan var mı?
Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi: