Türkiyə-İraq münasibətlərində yeni dövr
ucgen

Türkiyə-İraq münasibətlərində yeni dövr

2395

8 illik Maliki hakimiyyətində gərgin olan Türkiyə-İraq münasibətləri sentyabr ayında yeni hakimiyyətin qurulması ilə inkişaf dövrünə qədəm qoydu.

Bildiyimiz kimi, Maliki dövründə Türkiyə İraqı ölkədə azlıq təşkil edən sünnilərə qarşı ayrı-seçkiliyə, müxalifətə qarşı şiddət və təzyiqlərin tətbiq edilməsinə, Əsəd rejimini dəstəkləməklərinə görə tənqid etmişdi. Nuri əl Maliki də öz növbəsində Türkiyənin sünni müxalifəti dəstəkləməsindən narahatlığını dilə gətirmişdi.

Bu və buna bənzər digər faktorlar iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə gətirib çıxarmışdı.  

Abadi hakimiyyətə gəldikdən sonra iki ölkə arasında “buzlar” əriməyə başladı

Heydər əl-Abadinin hakimiyyətə gəlməsi siyasətçilər tərəfindən İraq-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirildi. İraqda yeni hakimiyyət qurulduqdan sonra iki dövlət arasındakı Maliki dövründən qalma “buz divarlar” əriməyə başladı.

Noyabr ayının əvəllində İraqın xarici işlər naziri İbrahim Cəfərin Türkiyəyə səfəri yeni qurulan hakimiyyətin iki ölkə arasında dostluq münasibətlərini bərpa etmək istədiyini bir daha göstərdi.  

Daha sonra Türkiyənin baş nazirinin İraqa rəsmi səfər edərək həm baş nazir Abadi ilə, həm də İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani ilə görüşməsi İraq hökumətinin dostluq mesajlarına müsbət cavab oldu.

Nəhayət Abadinin Ankaraya axırıncı səfəri də Maliki dövründəki gərginliyin başa çatmasından və İraq-Türkiyə münasibətlərində yeni dövrün başlanmasından xəbər verirdi.

Qarşılıqlı mənfəət və ehtiyacların ödənməsi  

Dostluq münasibətlərinin bərpası və inkişaf etdirilməsi, əlbəttə, hər iki ölkənin məfəətlərinə xidmət edir. Ancaq neft ixrac edən İraq dövləti sonuncu neft böhranında böyük ziyana düşdüyü üçün çıxış yolu axtarır. Türkiyə ilə ticari əlaqələr İraq iqtisadiyyatının dirçəldilməsində əvəzsiz rol oynayır. Bir sözlə İraq dövlətinin Türkiyəyə ehtiyacı var.

Bunu Türkiyəyə də aid etmək olar. Türkiyənin Almaniyadan sonra ən böyük ixracat reallaşdırdığı ölkə İraqdır. 2004-cü ildə Türkiyə bu ölkəyə 1 milyon 800 min dollarlıq ixracat həyata keçirmişdisə, 2013-cü ildə bu rəqəm 12 milyon dollara çatdı.

Ancaq Malikinin neft nazirinin 2014-cü ilin iyun ayında “Türk firmaları ilə əməkdaşlıq edilməyəcək” göstərişindən sonra ixracat səviyyəsi çox zəiflədi. Avqust ayında İraqla ticarət əlaqələrinin mahiyyəti 646 milyon dollara düşdü. Türkiyənin xarici ticarətində İraq İngiltərədən sonra 3-cü ölkə oldu. Qeyd edək ki, İraqla ticarət əlaqələri Türkiyə iqtisadiyyatında əhəmiyyətli rol oynayır.  

Təbii ki, bu vəziyyət İraqa da təsirsiz ötüşmür. Dünyanın ən zəngin enerji qaynaqlarından birinə sahib olan İraq dövləti Türkiyə ilə dostluq münasibətləri qurmaqla neft və qazını dünya bazarına çıxarmaq üçün böyük coğrafi mövqeyə də qovuşur. Belə ki, İraqın baş naziri Abadi də İraq neftinin Türkiyə torpaqlarından dünya bazarına ixrac edilməsi barədə arzusunu dilə gətirmişdi.

İraqın Türkiyəyə möhtac olduğu digər mövzu isə sudur. Ötən ay Türkiyə böyük bir addım ataraq Dəclə və Fərat çaylarının suyunun bölüşdürülməsi barədə İraqla müqavilə imzaladı.

İraq Türkiyə üçün əhəmiyyətli investisiya bölgəsidir

Türkiyəyə səfəri zamanı baş nazir Abadi İraqda İŞİD təhlükəsinin olmadığı 14 bölgədən bəhs edərək iş adamlarından bu bölgələrə investisiya qoymalarını istəyib. İraq xalqı geyim, qida və bir çox sahədə Türkiyə mədəniyyətinə yaxın olduğu üçün bu sahələrdəki idxalatın böyük bir qismi Türkiyədən həyata keçirilir. Çıxışlarından birində Bərzani qeyd etmişdi ki, Türkiyədən idxalat dayandırılsa, 3 günlük ehtiyatları qalacaq.

Eyni zamanda İraq xalqı xarici şirkətlər arasında ən çox türk şirkətlərinə üstünlük verirlər. Növbəti 5 ildə ölkəyə 200 milyard dollar investisiya qoyulmasını nəzərədə tutan İraq hökuməti təkcə 2015-ci il üçün infrastruktura ayırdığı büdcə 30 milyard dollardır. Başda tikinti sektoru olmaqla türk təşkilatlarının bu investisiyalarda iştirakı Türkiyəyə böyük gəlir gətirər.  

Digər tərəfdən, Türkiyəni İraqla birləşdirən 3600 metrlik Gali-Zakho tunelinin tikintisinin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu tunel ticarət əlaqələrinin gücləndirilməsi və genişləndirilməsində də böyük rol oynayacaqdır.

Yuxarıda təbii mənbələr, enerji, ticarət  və investisiya sahələrindəki əməkdaşlığın gətirəcəyi fayda və mənfəətləri əsas başlıqlarla qeyd etdik. Ancaq bütün bu fayda və mənfəətlərin iki ölkə arasında məqsəd deyil, iki qardaş xalqın xoş güzəranı, xoşbəxtliyi, dostluğu və birliyi üçün vasitə olduğu unudulmamalıdır. Bu güclü dövlətlərin məzhəb ayrı-seçkiliyini aradan qaldıraraq dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirməsi bölgə üçün gözəl nümunə olacaq və yeni əməkdaşlıqların yaradılmasına təkan verəcəkdir.

Adnan Oktarın Daily Mail'də yayımlanan məqaləsi:

http://dailymailnews.com/2015/01/18/a-new-leaf-in-turkish-iraqi-relations/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr