Yeni Zellandiyanın getdikcə artan müsəlman əhalisi gənc və dinamikdir. Yeni Zellandiyada təxminən 17.000 müsəlman yaşayır. Bu müsəlmanların əksəriyyəti Ficidən gəlir. İslam dinini qəbul edən Yeni Zellandiyanın yerli əhalisinin sayı isə günbəgün artır.
Rəsmi statistik məlumata əsasən, Yeni Zellandiyada son 25 ildə müsəlman əhali demək olar ki, hər 5 ildə iki dəfə artır.
Yeni Zellandiya müsəlmanlarının təxminən 63%-i Oklenddə yaşayır, ancaq Vellinqton, Hamilton, Kristçörç və Dunedində də müsəlman cəmiyyətləri çoxdur. Ölkədə 9 məscid və İslam mərkəzi var və bunların 5-i Oklenddə yerləşir.