Keçdiyimiz ay boyunca başda “New Scientist”, “BBC News”, “Independent” olmaqla bir çox yerli və xarici mətbuatda “Qeysəriyyə ilə doğuşun guya təkamül prosesini dəyişdirdiyi” ilə əlaqəli yazılar yazıldı. Bu yazıların qaynağı kimi “Proceedings of the National Academy of Science” jurnalında 26 oktyabr 2016-cı il tarixli məqalə göstərildi.
Məqalənin məzmunu, “insan doğumlarının uşaq başının böyüklüyü və ananın dar bud sümüyü uyğunsuzluğu səbəbindən çətin olduğu, son 50 il ərzində qeysərlə doğuşun genişlənməsi ilə təkamül prosesinin təsirləndiyi və uyğunsuzluğun artım göstərdiyi” şəklində idi. Bu məqaləyə əsaslanaraq qoyulan başlıqlardan bəziləri bu şəkildə oldu; “Qeysər kəsiyi daha böyük uşaqlara doğru təkamülləşməyə həqiqətən səbəb olurmu?”, “Artan qeysər sayı insan təkamülünə təsir edir”, “Uğurlu qeysərlər insanın təkamül prosesin dəyişdirir”.
Başlıqların bu şəkildə qoyulmasının məqsədi adətən, sanki yeni bir elmi məlumat əldə edilmiş və nəticədə guya təkamül prosesi varmış və davam edirmiş kimi bir təəssürat verməkdir. Beləliklə, təkamül nəzəriyyəsinin guya elm tərəfindən dəstəklənməsi müxtəlif qondarma dəlillərlə sübut edilməyə çalışılır. Adətən bu cür xəbərlər mövzular haqqında məlumatı olmayan cəmiyyətin müəyyən təbəqələrini aldada bilmək məqsədini daşıyırlar. Böyük elmi jurnallarda dərc olunmaları da vəziyyəti inandırıcı etmək üçündür. Halbuki sözügedən elm jurnalları, elmi mənada süquta uğramış təkamül nəzəriyyəsini yaşatmağa çalışan darvinist diktatorluq tərəfindən himayə olunurlar.
Məqalə ətraflı tədqiq etdikdə, məsələnin tamamilə fəlsəfi aspektdə müzakirə olunduğu, genetik heç bir əsas daşımadığı, elmi dəlillə dəstəklənmədiyi açıq şəkildə qarşımıza çıxır. İndi bu yazının təkamülə dəlil olmaq bir yana, heç bir elmi əsasının olmadığını, ideoloji əsaslı olduğunu, iddiaları açıqlayaraq cavab verək.
“Körpə başı - ana sümük quruluş uyğunsuzluğunun artdığı” iddiası əsassızdır
Məqalənin əsas iddiası, son 50 il ərzində qeysərlə doğumun tətbiqindən indiyə qədər keçən müddətdə baş-sümük uyğunsuzluğunun 1000 doğumda 30-dan 36-ya çatdığı, bunun da 20 % artım mənasına gəlməsidir. Bəs bu nəticə həqiqi göstəricilər qiymətləndirilərəkmi əldə edilmişdir?
Əslində sözdə təkamül prosesinə dəlil olaraq mətbuatda yer alan bu məqalə, əksinə təkamülü ön-qəbul ilə qəbul edərək bu nəticələrə gəlir. Bu iddianı sübut etmək səyi isə real göstəricilərlə deyil, tamamilə xəyali modellər üzərindən uydurulan statistik məlumatlara əsaslanır.
Aparılan araşdırmalarda baş və sümük arasında forma uyğunsuzluğunun 1,4 % ilə 8,5% arasında dəyişdiyi görünür. Göründüyü kimi nəticələr bir-birindən olduqca fərqlidir, çünki dəlillər nisbi məlumatlar, müxtəlif nümunələr və müxtəlif qiymətləndirmələrə əsaslanır. Bu məqalənin iddia etdiyi kimi 3 %-dən 3,6 %-ə artım olduğunu qəbul etsək belə, sözügedən nisbət bildirilən sərhədlər içində olacaqdır, bu artımın varlığını dəqiq müəyyən etmək mümkün deyil. Qaldı ki, belə bir artım olsa belə bu genetik deyil, ətraf amillərin təsiri nəticəsində ortaya çıxacaqdır.
Uyğunsuzluğun əsas amili döllərin daha iri olmasıdır. 50 il əvvələ görə, hal-hazırda döllərin daha iri olmasına səbəb ola bilən bir çox amil var. Ananın hamiləlik müddətində daha yaxşı qidalanması, köklük və şəkər xəstəliyinin artım göstərməsi kimi səbəblərlə döllərin doğuş kilosu artım göstərmiş ola bilər. Ancaq bu, genetik olaraq deyil, xarici təsirlərlə ortaya çıxan bir haldır. Bu təsirlər tərsinə çevrildikdə bu təsir də azalacağı üçün qeysəriyyə ehtiyacı da azalacaqdır. Həmçinin anatomik səbəblərdən asılı olaraq ortaya çıxan hidrosefaliya (beyində su toplanması) kimi xəstəliklər də normal doğuşa mane ola bilər. Amma bu da genetik bir dəyişikliklə ortaya çıxmaz; bir qazanc deyil pozulmadır.
Bununla yanaşı uyğunsuzluğun digər amilini təşkil edən ananın sümük quruluşu da genetik quruluşdan asılı olaraq dəyişir. Aparılan tədqiqatlarla tamamilə eyni genetik quruluşa malik olan tək yumurta əkizlərində də bud sümüyünün ölçülərinin dəyişiklik göstərdiyi və xarici amillərin genetik amildən daha ön planda olduğu ortaya qoyulmuşdur. Həmçinin, tək bir insanı belə düşünəndə, genetik quruluş həmişə eyni qalmasına baxmayaraq, uşaqlıqdan yaşlılığa qədər sümük quruluşu davamlı olaraq dəyişiklik göstərir. İllər ərzində, yetkin çağında da sümük strukturlarında forma dəyişikliyi olur. Başqa bir misal da, kişi və qadın bud quruluşundan verilə bilər. Eyni ana-atadan doğulan bir qadının sümük quruluşu doğuma uyğun olsa da, qardaşının bud sümüyü dar və uzununa inkişaf etmiş bir quruluşa malikdir. Kişi tipi bir sümük quruluşuna malik ana uşağını heç vaxt doğa bilməzdi. Amma sümük quruluşu inkişaf edərkən adətən hüceyrələr bunun şüurundaymış kimi hərəkət edərək forma alarlar.
Dövrümüzdə sosial səbəblər də qeysəriyyə nisbətini artırır. Keçmişə görə əməliyyat şərtlərinin daha yaxşı olması qeysəriyyə əməliyyatını daha etibarlı hala gətirmişdir. Bu səbəbdən həkimlər baş - sümük uyğunsuzluğu diaqnozunu daha tez-tez qoymağa başladılar. Ancaq qeysəriyyənin, sadəcə baş-sümük uyğunsuzluğu üzərində üstünlük verilən bir doğuş növü olmadığını da qeyd etmək lazımdır. Ana namizədləri əsl doğuşun çətinliyini yaşamamaq üçün də qeysəriyyəni seçir, lakin bu vəziyyət tibb müəssisələri tərəfindən o qədər də çox tövsiyə edilmir.
Genetik əsası olmayan elmdən uzaq bir iddia
Məqaləni incələdikdə verilən məlumatların statistiki hesablardan başqa bir fakt daşımadığı görünür. Bu da yazının elmi xarakterinin olmadığı mənasına gəlir. Çünki buradakı statistiki göstəricilər, sosial seçimlərlə bağlıdır. DNT düzülüşündə keçmişdən indiyə bir dəyişiklik yoxdur. Sümük quruluşunun tənzimlənməsi ilə bağlı onlarla, hətta yüzlərlə ayrı gen bölgəsinin uyğunluq içində çalışması şərtdir. İnsanların genetik düzülüşləri arasındakı fərq yox deyiləcək qədər azdır və bu fərqlər də gendən kənar bölgələrdə yerləşir. Bu qədər fərqli fiziki quruluşda insanın ortaya çıxışı epigenetik və xarici amillərin təsiri ilə olur. Xarici amillər təkcə genetik məlumatda bəzi genləri dominant bəzilərini resessiv hala gətirirlər; Genetik məlumata yeni məlumat əlavə etmirlər. İlk insanla dövrümüzün insanı eyni genlərə malikdir.
İlk insandan bəri araşdırılan insan fosillərində anatomik heç bir dəyişiklik yoxdur. Bu, ana sümük quruluşu, körpə başının quruluşu və böyüklüyü baxımından da keçərlidir. Doğum, həmişə eyni proseslə baş verir. Guya təkamülçü məntiqdə doğuşun illər ərzində daha asan olması üçün ana sümük quruluşunun genişlənməsi və ya körpə başının uyğunluq göstərəcək şəkildə kiçilməsi əsas mövzu olmalıdır. Amma belə bir dəyişiklik olmayıb, ola da bilməz; çünki təkamül - deyə saxta bir proses böyük bir yalandır. Minlərlə illik bəşəriyyət tarixi boyu çətin doğuşlar həmişə olub, amma doğuş prosesi həmişə eyni qalmışdır. Doğum bir möcüzədir.
Doğuşun zaman planlaması mükəmməldir. Təxminən 38 həftə davam edən hamiləlik, olduqca həssas bir zamanda doğuşla bitir. Doğuş əgər bir neçə həftə erkən olsa, körpə inkişafını başa vurmadığı üçün həyati təhlükə yaşayır. Doğuş əgər bir-iki həftə gec baş verərsə, bu dəfə körpə üçün yetərli şərait qalmır, qidalanma problemləri ortaya çıxır, körpə doğuş kanalına sığmayacaq qədər iriləşir. Ana da, döl də bu proseslərin heç bir mərhələsinin fərqində deyil. Lazım olan zamanda doğuş ağrıları başlayır, uşaqlıq ağzı açılır və toxumalar elastikləşir. Bundan başqa, döl uşaqlıq yoluna ən uyğun şəkildə girməsi üçün rotasiya, fleksiya, ekstansiya kimi bəzi hərəkətləri etmək məcburiyyətindədir. Demək olar ki, hər döl bu hərəkətləri müvafiq və nöqsansız yerinə yetirir. Buradakı həssas tarazlıqları görməyərək, səhv axtarmaq və çətinliklərə diqqət yetirmək tam bir ağıl tutulmasıdır.
Təkamülçülər bu məqalədə və bir çox başqa yerlərdə həyatın təsadüflər nəticəsində ortaya çıxdığı cəfəngiyyatını həmişə vurğulamaq məqsədindədirlər. İnsanın və digər canlıların möcüzə xarakterli xüsusiyyətlərini görməməzlikdən gələrək, həmişə bir nöqsan varmış kimi göstərmək cəhdinə girirlər. Bu cür quruluşların və funksiyaların əslində daha mükəmməl ola bildiyi halda olmadığı, nöqsanlarla dolu olduğu fikrini aşılamağa çalışırlar. Halbuki mövzunu dərindən bilən bu insanlar, insan vücudu başda olmaq üzrə, canlıların saysız-hesabsız mükəmməl quruluş ilə təchiz edildiyini olduqca yaxşı bilirlər. Ancaq israrla bu həqiqəti dilə gətirməkdən çəkinirlər. Çünki bu həqiqəti açıqca söyləməyin nəzəriyyələrini tamamilə ortadan qaldıracağını bilirlər.
Doğuş prosesi, insanın yaradılışına dair ən başda gələn möcüzələrdən biridir. Bu prosesdə olmazsa olmaz deyə biləcəyimiz saysız mexanizm bir anda hərəkət edir. Bunlardan biri olmayanda nə dölün, nə də ananın yaşaması mümkündür. Bu səbəblə daha ilk doğumla birlikdə bu xüsusiyyətlər var olmalıdır. Tək bir doğumun reallaşması da özlüyündə möcüzə ikən, bu günə qədər milyardlarla möcüzə gözümüz önündə baş verir. Bəzi doğuşların ağır gerçəkləşməsi, bu möcüzəyə göz yumulmasına səbəb ola bilməz. Doğuşun mərhələlərinin detallarına hakim olduqca Allahın Yaratma sənəti çox daha yaxşı başa düşüləcəkdir. Uca Rəbbimiz bir ayəsində belə buyurmuşdur: “Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi – məlum bir vaxta kimi; Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!” (Mürsəlat surəsi, 20-23)
Nəticə olaraq; nə qeysəriyyə, nə də doğuş zamanı aparılan başqa cür bir müdaxilə gələcək nəsillərdə daha iri uşaqların yaranmasını təmin edəcək bir vəziyyət deyil. Necə ki, elm çağına çatdığımız dövrdə, bilik və bacarıq artımı, yeni nəslin IQ səviyyəsinin keçmiş nəsillərdən daha yüksək olmasına səbəb olmadığı kimi, qeysər də ana və uşağın fiziki quruluşunu dəyişdirə bilməz. Qeysəriyyə nisbətindəki artımın əsas səbəbi xarici amillər və sosial təsirlərdəki dəyişiklikdir. Xarici amillər də ancaq genetik quruluşumuzun icazə verdiyi meyarlara qədər təsir edə bilər.
Mənbələr