Prezident-respublika sistemi dünyada da uğur qazana bilməyib
ucgen

Prezident-respublika sistemi dünyada da uğur qazana bilməyib

1670
İmperatorluq və monarxiyalar XIX və XX əsrlərdə dağılmağa başladıqdan sonra bir çox ölkələr demokratiya və azadlıq uğrunda yeni idarə sistemləri axtarmağa başladılar. Parlament sistemi, prezident sistemi və qarışıq idarə sistemi olaraq sinifləndirilən bu idarə formaları həmişə yüksək demokratiya ilə nəticələnmədi. Hal-hazırda da demokratik təşkilatların bərpa edilmədiyi bir çox ölkələr vardır ki, burada azadlıq və insan hüquqlarından bəhs etmək də mümkün deyil.
 
“Şimali Koreya Demokratik Xalq Respublikası”nın adına daxil olan demokratik ifadəsi yalnızca söz olaraq qalmışdır. Şimali Koreya dünyada demokratiya indeksində sonuncu yerdədir. Yenə bir çox ölkədə tez-tez baş verən hərbi və vətəndaş çevrilişləri nəticəsində demokratiya yox olmuş vəziyyətdədir. 
 
Prezidentli və qarışıq sistemlə idarə edilən ölkələrin əksəriyyətində də, əslində demokratiyanın, insan hüquqlarının, düşüncə və inanc, ibadət azadlıqlarının ön planda olmadığını görürük. Prezidentli sistem adı altında diktator rejiminə çevrilmiş bir çox üçüncü dünya ölkəsi inkişaf etmiş ölkələrin həyat səviyyəsindən çox aşağı bir vəziyyətdə varlığını davam etdirməyə çalışır.
 
Digər mühüm məsələ də prezidentli sistemə keçən ölkələrin bu rejimə müharibə və çevrilişlərdən sonra keçməsidir. Bu səbəbdən də seçilən ilk prezidentlər də ordunun gücünü əlində saxlayan əsgərlər olmuşdur. Amerikanın başına General Vaşinqton, Fransanın başına General De Qoll, Argentinanın başına Marşal Las Haras, Braziliyanın başına General Fonseka, İndoneziyanın başına əvvəl azadlıq müharibəsinin başçısı Sukarno, sonra isə General Suharto, Cənubi Koreyanın başına General Park Çunq-hee, Meksikanın başına da Marşal Aqustin ilk prezident olaraq keçmişdir. Cənubi Koreya da daxil olmaqla prezident olaraq başa keçən bütün hərbçilər ölkələrini diktatorluq qanunları ilə dərin dövlətləri arxalarına alaraq idarə etməyə başlamışdır.
 
PREZİDENTLI SİSTEM VƏ ORTAYA ÇIXAN QARANLIQ MƏNZƏRƏ
 
Prezidentli sistemin tətbiq edildiyi ölkələrə ümumi olaraq baxaq;
 
Prezident sisteminin ən demokratik şəkildə tətbiq edilməyə çalışıldığı Amerikada da çox böyük problemlər olur. ABŞ-da müxalifət güclü olanda, demək olar ki, dövlət idarə olunmaz vəziyyətə düşür. Prezident və Konqresin qollarının fərqli partiyalar arasında bölüşdürülməsi nəticəsində 1995-ci və 2013-cü ildə sistem kilidlənmiş, hökumətlər çətin vəziyyətə düşmüşdür. http://www.harunyahya.org/tr/Makaleler/196360/Baskanlik-sistemleri-tum-dunyada-tehlike-arz-ediyor Obama da hal-hazırda güclü zənn edilməsinə baxmayaraq, konqresin iki qolundakı Respublikaçı hakimiyyəti qarşısında heç bir siyasətini həyata keçirə bilmir.
 
Prezidentli sistemdə dövləti pərdə arxasından idarə etmək istəyən güclərin aktiv olmasına ən bariz nümunə Amerikadır. Əslində ABŞ-da dövləti idarə edən prezident deyil, kök salmış dərin dövlət quruluşudur. Bu güclü bünövrəni əldə etmək üçün də dərin dövlətin bir çox qanunsuz fəaliyyətlərə səbəb olduğunu da hər kəs çox yaxşı bilir. 
 
Çin demokratiyanın yaşanmadığı bir kommunist dövlətdir. Çində prezidenti xalq deyil, Milli Xalq Konqresi adı altında Çin Kommunist Partiyası seçir. Çində yalnızca sosial media saytlarında deyil, musiqi, filmlər, incəsənət, danışmaq, mətbuat, hər şeydə senzura vardır.
 
İran dünyanın ən qəddar ölkələrindəndir. İnsan hüquqları statistikası ən pis olan ölkələrdən biridir.
 
Tarixləri çevrilişlərlə dolu olan Latın Amerikası ölkələrindən Argentina, Boliviya, Peru, Venesuela, Braziliya, Dominikan Respublikası, Ekvador, El Salvador, Qvatemala, Haiti, Honduras, Kolumbiya, Kosta Rika, Meksika, Nikaraqua, Panama, Paraqvay, Çili və Uruqvay tamamilə prezidentli sistemin tətbiq edildiyi ölkələrdir. Argentina 1930-cu ildən sonra heç bir mülki təşkilat 6 ildən çox iktidarda qala bilməyib. 1819-cu ildən bu günə qədər 46 prezidentdən yalnızca ikisi hərbi çevriliş olmadan vəzifəsini təhvil verib. Boliviya, Peru və Venesuela dünyada ən çox çevrilişlərin baş verdiyi ölkələrdir. Braziliyada hərbi çevrilişlər bu günə qədər heç vaxt araşdırıla bilməyib. 1889-cu ildə yenə bir çevrilişlə başlayan Braziliyadakı prezident sistemi 1934-cü ildə müvəffəqiyyətsiz olan kommunist bir inqilabla tamamilə diktatorluğa çevrilmişdir. 
 
Venesuela timsalında olduğu kimi söz sahibi və yüksək vəzifəli məmurları birbaşa təyin etmək səlahiyyəti olan prezidentli sistemlərin də demokratiya ilə əlaqəsinin olmadığı aydındır. 
 
Tarixi çevrilişlərlə və qonşu ölkə müharibələri ilə zəngin olan Afrika ölkələri Nigeriya, Uqanda, Surinam, Sudan, Keniya, Tanzaniya, Liberiya, Syerra Leone və Zambiya da tamamilə prezidentli sistemlə idarə edilir. Afrikada demək olar ki, çevriliş olmayan il yoxdur. Qarışıq sistemlə idarə edilən Fransanın da təsiri altında olan qitədə 1960-cı ildən 2013-cü ilə qədər ümumilikdə 87 hərbi çevriliş və yüzlərlə uğursuz çevrilişlərə cəhd edilmişdir.
 
Asiya ölkələrindən İndoneziya, Filippin, Cənubi Koreya, Seyşel Adaları və Şri Lanka da üçüncü dünya ölkələrinə məxsus hərbi çevrilişlər, iqtisadi böhran və demokratiya hələ də bərqərar olmayan ölkələr olaraq qarşımıza çıxır. Cənubi Koreya hələ də kommunist blokla Amerika arasındakı soyuq müharibənin təsiri altındadır. Ölkəni və rejimi Amerika qurub və böyütmüşdür. Buna görə də ölkə prezidentləri tamamilə Amerikanın təsiri altındadır. Bu idarə sistemini Amerika istəyir.
 
Əfqanıstan həm demokratiyadan, həm də dövlət görünüşündən çox uzaqdır. Ölkə on illərdir ki, müharibə və işğal altındadır.
 
SSRİ-nin dağılması ilə müstəqilliyə qovuşan Belarusiya, Türkmənistan, Qazaxıstan və Ermənistan hələ də demokratiya mədəniyyətinə çata bilməyən ölkələrdir. Məsələn, Türkmənistan mərkəzi Paris olan Beynəlxalq Sərhəd Tanımayan Müxbirlər Təşkilatının (RSF) hazırladığı 2014 Dünya Mətbuat Azadlığı statistikasında 178-ci yerdədir. Prezidentli və qarışıq dövlət sistemi ilə idarə edilən digər ölkələrdə də vəziyyət eyni şəkildədir.
http://www.bugun.com.tr/gundem/biz-bunu-haketmedik-haberi/970790 
 
Qarışıq sistemin də tətbiq edildiyi ölkələrə baxsaq, yenə də fərqli bir şeylə qarşılaşmayacağıq. Suriya, Kuba, Rusiya, Namibiya, Çin, Burkina-Faso, Mavritaniya, Monqolustan, Nigeriya, Fələstin, Pakistan, Rumıniya, Seneqal, Ukrayna, Tayvan və Gürcüstan yenə də demokratiya mədəniyyətini mənimsəmək üçün hələ çox yollar qət etməsi lazım olan ölkələr kimi qarşımıza çıxır.
 
Freedom House-un 195 ölkə haqqında 2015-ci ilin yanvar ayında nəşr etdiyi Dünya Azadlıqlar Hesabatında Rusiya, İran, Qazaxıstan müstəqil olmayan, Çin və Şimali Koreya isə “ən bərbad” kateqoriyasında yer tutur. http://www.diken.com.tr/hep-geri-hep-geri-turkiye-demokrasi-endeksinden-sonra-ozgurluk-raporunda-da-geriledi/ 
 
PREZİDENTLİ SİSTEMDƏKİ FEDERASİYA TƏHLÜKƏSİ
 
Prezidentli və qarışıq sistemin əsas xüsusiyyəti odur ki, federasiya və muxtariyyət kimi strukturuna görə bir-birindən ayrılmış əyalətləri əhatə edir. Burada vacib olan məqam budur: “Prezidentlə idarə edilən ölkələr ayrı dövlət və federasiyaların bir yerə cəmlənməsi və bu fərqli quruluşları bir yerdə saxlamaq üçün seçilmiş idarə üsuludur. Tək dövlət olub, daha sonra federasiyalara və ya ayrı-ayrı strukturlara bölünərək prezidentli sistemə keçən heç bir ölkə yoxdur.”
 
Tarixə baxsaq görərik ki, yalnızca Cermen qəbilə dövlətləri birləşərək yaranan Almaniya 2100 ildir ki, federativ quruluşla bir yerə gəlmişdir. 1200 il əvvəl Kral Şarlman bu ayrı krallıqları birləşdirmişdir. 1871-ci ildən bəri də Almaniya Bismarck-ın kanslerliyi ilə başlayan federativ parlament sisteminə keçmişdir. Kansler bizdə olan baş nazirin eynisidir. Almaniyada prezidentlər rəmzi olaraq vəzifədədirlər. Eyni şəkildə İngiltərə də 1215-ci ildə kralın vəzifələrini məhdudlaşdıran Maqna Kartanın elanından sonra parlamentli monarxiya ilə idarə edilir. İtaliyada da Qaribaldi uzun müddətli mübarizələrdən sonra Venediklə razılaşaraq 1886-cı ildə İtalyan Milli Birliyini qurdu. Tarixdə böyük imperiyalara imza atan bu üç ölkə də heç vaxt prezidentli sistemləri seçməmişdir. 
 
Osmanlı İmperiyası isə federativ dövlət deyildir. 24 milyon m2-lik bir əraziyə hakim olan Osmanlıda ölkəyə qatılan yeni torpaqların hamısı da dövlət mərkəzinə tam bir itaətlə bağlı olmuşdur. Osmanlı “birləşmiş bəyliklər” və ya əlavə edilən yeni dövlətlərlə “birləşmiş dövlətlər” kimi yox, bəyliklərin, dövlətlərin bir dövlət olaraq birləşməsi ilə mütləq monarxiya olmuşdur. (Daha ətraflı məlumat üçün: http://www.harunyahya.org/tr/Makaleler/197430/%E2%80%9COsmanli-Yonetim-Sistemi%E2%80%9D-Baskanlik-sistemi-degildir--)
 
Prezidentli sistemin ilk nümunəsi olan Amerika da ayrı-ayrı dövlətlərin birləşməsi ilə yaranmışdır. Məsələn, G20 ölkələri arasında prezidentli sistemlə idarə olunan ölkələrə baxsaq, görərik ki, Argentina 23, Braziliya 26, Meksika 31, İndoneziya 33, Kanada 10, Avstraliya 6, ABŞ 50 əyalətdən ibarətdir. Rusiya Federasiyası 85 federativ struktura bölünmüşdür. İndoneziya coğrafi cəhətdən adalar ölkəsidir. Siyasi tarixi ərzində ölkədə, demək olar ki, bütün adalar bir-biri ilə ziddiyyətli olan ayrı-ayrı krallıqlardan ibarətdir. Cənubi Afrika Respublikası 3 ayrı dövlət və 3 ayrı paytaxtdan ibarətdir. Əyalətlər, müxtəlif dövlətlər hesabına qurulmş digər ölkələr də ayrı qanunlara, ayrı hüquq sistemlərinə və ayrı mədəniyyətlərə sahibdirlər. Buna görə də müxtəlif federativ idarə sistemindən gəldikləri üçün prezidentli sistemi seçməyə məcbur olmuşlar.
 
Qısaca olaraq, federasiyalar uyğunlaşa bilməmək, anlaşa bilməmək və sevgisizlik deməkdir. Halbuki ən doğru olan eyni dövlət daxilində hər kəsin bir-birinə bağlanması, sevgi ilə ünsiyyət qurması və tarixi-mədəni əlaqələrlə ortaq bir məqsəd ətrafında birləşməsidir. Lakin sevgisizlik, eqoistlik, sıxıcılıq, irqçilik və nifrət siyasətinin hakim olmasına görə cəmiyyətlərin ayrılması baş verir. Sevgisizlik hakim olan mühitdə güclü demokratiya və insaq hüquqları etibarlı olan ölkələrdə də separatçı tələblər rahatlıqla ortaya çıxa bilər. Kanada, İspaniya, İtaliya, Fransa, İngiltərə və Belçika kimi yüksək demokratiya tətbiq edilən ölkələrdəki separatçı hərəkatların təməlində də bu səbəblər vardır. 
 
Fransaya İngiltərədən gələn Briton cəmiyyəti, İspaniya sərhədindəki Basklar və ölkənin cənub-şərq istiqamətindəki Korsika adasında yaşayan korsikalılar Fransa dövlətinin separatçı hərəkatlarıdır. http://www.bilgesam.org/incele/812/-ab'de-ayrilikci-bolgeler-ve-topluluklar/#.VM2iLVWsXNV Fransada gündən-günə artan xarici millətlərə qarşı düşmənçilik, İslamofobiya və sağın hədsiz dərəcədə yüksəlməsi Fransadakı narahatlığı daha da artırır. 
 
33 milyon əhalisi olan Kanadanın 8 milyon əhalisi olan və fransızca danışan Quebec bölgəsi də ölkədən ayrılmaq istəyir. Kanada illərdir ki, bu problemlə mübarizə aparır. 
 
Latın Amerikası ölkələrinə baxsaq görərik ki, Braziliya əyalətləri arasında adam başına düşən gəlirin ən ədalətsiz şəkildə paylandığı ölkələrdən biridir. Meksikada hər bir əyalət bir narkotik qaçaqmalçıları tərəfindən əhatə olunmuşdur. Ölkədə yalnızca 2006-2012-ci illərdə narkotikin əleyhinə mübarizədə 60 min insan həyatını itirdi. İndoneziyada 60 illik prezident sistemi bir-birini çevrilişlə hakimiyyətdən salan və heç vaxt prezidentlikdən endirilə bilməyən iki prezident çıxartmışdır: Sukarno və Suharto.
 
Prezidentli sistemlə idarə edilən, lakin demokratiya olmayan G20 ölkələrindən Səudiyyə Ərəbistan Krallığı, Çin isə kommunist diktatorluqla idarə edilir. Bu ölkələr arasında illər ərzində müstəmləkə imperatorluqlarını quran Fransa və İngiltərə də vardır. Qısası, G20 ölkələrinin iqtisadi cəhətdən inkişaf etməsinin idarə sistemi ilə heç bir əlaqəsi yoxdur. 
 
Hətta ölkələrin GSYİH-a adam başına ardıcıllıq siyahısına baxsaq, bunun demək olar ki, son 300 ildir heç dəyişmədiyini görərik. Buna görə də ölkələr idarə sistemləri ilə deyil, yaşadıqları geostrateji və geosiyasi vəziyyətə görə zənginləşirlər. Bununla yanaşı, adam başına düşən milli gəlir nəzərə alındıqda ən varlı ilk 20 ölkə arasında yalnızca ABŞ və Cənubi Koreyada prezidentli sistem var. Ən kasıb 25 ölkənin isə 16-sında prezidentli sistem, 3-ündə isə çevriliş idarəsi var. Ən kasıb 25 ölkənin 11-də əyalət sistemi vardır.
 
Aİ və İƏİT ÖLKƏLƏRİNƏ PARLAMENTLİ SİSTEM HAKİMDİR
 
Bütün dünyada ən yüksək demokratiyaya sahib olduğu qəbul edilən Avropa İttifaqı ölkələrində də, yalnızca Cənubi Kipr Yunan bölgəsində prezidentli, Fransa və Ruminiyada isə qarışıq sistem tətbiq edilir. Digər 25 ölkədə, hansı ki, demokratiya səviyyəsinə görə ilk yerləri tutan Norveç, İslandiya, Danimarka və İsveç də daxildir, parlament sistemi həyata keçirilir. 
 
Yenə də eyni şəkildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İƏİT-nın 34 üzv ölkəsindən 4-də prezidentli (Çili, Cənubi Koreya, Meksika və ABŞ), Fransada da qarışıq sistem tətbiq edilir. Digər 29 üzvün hamısında parlament sistemi həyata keçirilir.
 
Burada Fransanı xüsusi olaraq araşdırmaq faydalı olardı.
 
The Economist jurnalının tədqiqat bölməsi Economist İntelligence Unit (EİU) tərəfindən aparılan “Dünya Demokratiya İndeksi” araşdırması da bu vəziyyəti işıqlandıran əhəmiyyətli məlumatlardandır. 2007-ci ildən bəri iki ildə bir dəfə yayımlanan bu hesabata görə ölkələr tam demokratiya, nöqsanlı demokratiya, qarışıq rejimlər və avtoritar rejimlər olaraq 4 yerə bölünürlər. Son indeksə görə yalnızca 24 ölkə “tam demokratik” olaraq dəyərləndirilərkən, 52 ölkənin də “avtoritar rejim”lə idarə edildiyi məlum oldu.
 
İndeksə əsasən tam demokratik hesab edilən 24 ölkə arasında yalnızca 3 ölkə prezidentli sistemlə idarə edilir. Yenə də EİU demokratiya indeksinə görə parlamentli rejimlə idarə edilən ölkələrdən heç biri avtoritar ölkələr sırasında deyil.
 
Bu sıralamalarda dövlətin seçki prosesi ilə plüralizmə, vətəndaş azadlığına, hökumətlərin funksilaylarına, siyasi iştirakına və siyasi mədəniyyətlərinə diqqət yetirilir. Qarışıq sistemlə idarə edilən Fransanın nöqsanlı demokratik ölkələr arasında yer tutması da bu hesabatın əhəmiyyətli bir məlumatıdır. http://haberler.rotahaber.com/Turkiye-demokrasisi-Nikaragua-ile-ayni-sirada_511640.html
 
Fransa məşhur Fransa inqilabından sonra demokratiyaya keçid dövrünə girmişdir. Bu tarixdən sonra bir çox hərbi çevrilişlər və ixtişaşlar ölkəni bürümüş, 1958-ci il çevrilişindən sonra isə ölkə 5-ci respublikaya və qarışıq sistemə keçmişdir. Fransada aydındır ki, qarışıq sistem dövlət başçısının üstünlüyünə əsaslanır. Bu da ölkədə böyük problemlərə səbəb olur. Məsələn, sosialist Mitterandın prezidentliyində mərkəzi sağcı Chirac-ın baş nazir olduğu dövr tərəflər arasında sanki bir boğuşma şəklində keçmişdir. Yenə eyni şəkildə prezident Chirac isə solçu Lionel Jospin hökuməti ilə də eyni boğuşmalar, siyasi yolları bağlayan həmlələr bir-biri ardınca davam etmişdir. http://arsiv.sabah.com.tr/2003/04/21/s0308.html Hətta Avropa Birliyi zirvələrinə də Mitterand-Chirac çəkişmələri damğasını vurmuşdur. http://arama.hurriyet.com.tr/arsivnews.aspx?id=7291247 Prezidentlər hakimiyyətə gəldikdə proqramlarını tətbiq etmək üçün məclisdə öz partiyasının çoxluğunu qazana bilmədiklərində sistem tez-tez kilidlənmişdir. Digər tərəfdən, prezidentlərin məclisi ləğv etmək səlahiyyəti Fransada tez-tez qarışıqlığın meydana gəlməsinə səbəb olmuşdur. Fransada qarşıdakı dövr üçün də ifrat dərəcədə sağçı olan Milli Cəbhənin prezidentliyi qazanmaq ehtimalının artması ölkə siyasətçilərini ciddi şəkildə narahat edir. http://www.mesutkarakoc.com/blog/demokratik-sistemler.html 
 
NƏTİCƏ
 
Amerikanın da başına bəla olan prezidentli sistemin riskləri və təhlükələri çox böyükdür. Prezidentli sistemdə bir insanın, yəni prezidentin səlahiyyətləri çox genişdir, demokratiya bərpa edilməyən ölkələrdə despotizm, tək insan rejimi inkişaf edər. Buna görə də sistemin tətbiq edildiyi hər ölkənin diktatorluğa çevrilməsi parlamentli sistemin tətbiqinin ən düzgün seçim olduğunu bizə göstərir. 
 
Prezidentli sistemin ən ciddi risklərindən biri demokratiya az inkişaf etmiş  ölkələrdə avtoritar rejimlərə imkan yaratmasıdır. Bu sistemdə prezident istisna hallardan başqa, vəzifə müddəti bitmədən mövqeyindən ayrıla bilməz. Bu vəziyyət xalqda ciddi inamsızlığa, narahatlığa və ictimai gərginliyə səbəb olur. Buna görə də sistem çevrilişləri asanlaşdırır. Necə ki, prezidentli sistemin tətbiq edildiyi Asiyadakı, Afrikadakı, Latın Amerikadakı və Yaxın Şərqdəki bütün ölkələr ya diktatorluğa çevrilərək öz xalqını məhv etmiş, ya da qanlı bir şəkildə yıxılmışdır.
 
Digər tərəfdən, quruluş etibarilə prezidentli sistem federativ idarəyə əsaslanır. Bu idarə formasında qubernatorlar xalq tərəfindən seçilir. Referendum keçirmək səlahiyyətinə sahib olan qubernatorlar federativ quruluş yarada bilərlər. Buna görə də separatçı hərəkatlar olan cəmiyyətlərdə federasiyalar da bölünmə riskini özü ilə gətirəcəkdir. 
 
Demokratiyanın inkişafı üçün prezidentli sistem vacib deyil. Demokratiyanı düşüncə dəyişikliyi gətirəcəkdir. Demokratiyanın və inkişafın əsas üsulu sənətə və elmə açıq olmaqdır. Bu olmadıqdan sonra tətbiq edilən sistemlər nə olursa olsun heç bir fayda verməyəcəkdir.
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr