İslam aləminə nəzər saldıqda görürük ki, hal-hazırda müsəlmanların əsas problemlərindən biri parçalanmış vəziyyətdə olmalarıdır. Avropanın təxminən bütün dövlətləri iqtisadi və siyası təşkilat olan Avropa Birliyi adı altında birləşərkən, müsəlmanlar ittifaq qura bilmirlər. Müsəlman ölkələri arasında həmrəylik olmadığı kimi, fərqli məzhəblər, təriqətlər və təşkilatlar arasında da əməkdaşlıq yoxdur.
Halbuki, Allah bütün müsəlmanların birlikdə hərəkət etmələrini və yaşamalarını əmr etmişdir:
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Saff surəsi, 4)
Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın!... (Ali İmran surəsi, 103)
Müsəlmanların birləşmədiyi təqdirdə güclərinin azalmasını isə belə xəbər vermişdir:
Allah’a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir. (Ənfal surəsi, 46)
Bu ayədə hal-hazırda müsəlmanların güclü olmamalarının səbəblərindən biri – birləşməmələri xəbər verilir. Əgər bütün müsəlmanlar birləşsələr, İslam ölkələrini inkişaf etdirə bilər, abadlıq və yenidənqurma işləri apara, zülmə məruz qalan insanlara kömək edə bilərlər. Həmçinin İslam əxlaqını bütün dünyaya ən gözəl şəkildə təbliğ edə, İslam adı altında ortaya çıxan terrorizm kimi batil inancların qarşısını ala bilərlər. O zaman Allah elmdə, mədəniyyətdə və incəsənətdə bir çox müvəffəqiyyəti nəsib edər.
Böyük İslam alimi Bədüüzzaman Səid Nursi İslam aləmi üçün əsas təhlükə “cəhalət, zərurət (yoxsulluq) və ixtilafdır” yazmışdır. Bunlardan “sənət, mərifət və ittifaq” vasitəsi ilə qurtulmaq lazımdır. (Divan-ı Harbi Örfi sf. 15) Bəlkə də bunların arasında ən əhəmiyyətlisi ittifaqdır. Yəni bütün bilik və bacarıqlarını birləşdirib İslama xidmət edə bilərlər.
İmanın əsaslarında birləşmək
Müsəlmanlar arasında birliyin yaranması üçün zehniyyətdə mövcud olan yanlışlıqları dəyişmək çox vacibdir.
Bu yanlış fikirlərdən ən əsası bir müsəlmanın digərinin ortaq yönlərini deyil, fərqli yönlərini görməsidir. Halbuki, İslam dininə görə fərqli xüsusiyyətlərinə baxmayaraq, müsəlmanlar bir-birilərinin vəliləridir. Məzhəbindən, irqindən, dilindən, vətənindən asılı olmayaraq bütün müsəlmanlar qardaşdırlar.
Dünyadakı müsəlmanların hamısı Allah’a iman gətirir, Qurana tabe olur və peyğəmbərimiz hz. Muhəmmədin yolu ilə gedir. Namaz qılarkən eyni qibləyə dönür və axirətdə eyni yüksək dərəcələri ümid edirlər. Bütün müsəlmanların Allah’ı, Peyğəmbəri, Kitabı və qibləsi eynidir.
Bədüzzaman Səid Nursinin sözləri ilə desək, bütün müsəlmanların “Xaliqi bir, Rəzzağı bir, Peyğəmbəri bir, dini bir, qibləsi bir, kitabı birdir” (Məktubat, səh. 243)
Bununla yanaşı, hər bir müsəlman cinayətkarlığa, oğurluğa, saxtakarlığa və zülmkarlığa qarşıdır.
Bəzi fərqliliklərə və ixtilaflara əhəmiyyət verməmək lazımdır. Müsəlmanların fərqli məzhəblərdən, fərqli millətlərdən və etnik mənşələrdən gəlmələri, siyasi-ictimai məsələrdə fərqli fikirlərə sahib olmaları və İslama xidmət üçün fərqli yollar mənimsəmələri birliyə qətiyyən mane olmamalıdır.
Buna görə də müsəlmanlar arasındakı fərqli cəhətləri qabartmaq əvəzinə, birliyə aparan imanın əsaslarının üstündə durmaq lazımdır. Müsəlmanlar söhbətlərində, yazışmalarında və düşüncələrində digər müsəlmanlarla olan mübahisələrini ön plana çıxarmaq əvəzinə, ortaq nöqtələrə - imanın əsaslarına əhəmiyyət verməlidirlər. Digər müsəlman qardaşına baxarkən ilk növbədə onun müsəlman olduğunu unutmamaq lazımdır.
Süleyman Hilmi Tunahanın bu barədə öyüd-nəsihəti hamımız üçün yol göstəricidir: Vəsiyyətim olsun. Ayrılığa düşməyin, millətpərəstlik etməyin və əhli-sünnədən başqa yanlış yollara getməyin.
Digər müsəlmanların fəaliyyətlərini qiymətləndirmək
Artıq bəşəriyyət düşdüyü bu vəziyyətdən xilas olmaq üçün çıxış yolu axtarır. Dünyaya sülh, əmin-amanlıq və ədalət gətirəcək bir rəhbər gözləyir. Bütün müsəlmanlar bu rəhbərə tabe olmaqla məsuldur və bu şüar altında hərəkət etməlidirlər. Gördüyümüz kimi, fərqli irqlərdən, dillərdən və məzhəblərdən olan müsəlmanların dünyanın hər tərəfində İslam dinini təbliğ etmək cəhdləri nəticəsində dünyada müsəlmanların sayı get-gedə artır. İnsanlar haqq yoluna yönəlməyə başlayıblar. Bu şəraitdə İslama xidmət fəaliyyəti edən hər müsəlman çox dəyərlidir. Bəzi nöqsanları və səhvləri ola bilər, bunlar zaman keçdikcə düzəldilə bilər. Quran əxlaqına və Peyğəmbərimizin sünnəsinə uyğun olaraq, hər müsəlmanın fəaliyyətini qiymətləndirmək və fəaliyyətlərinin artması üçün təşviq etmək lazımdır.
Buna görə də diqqət etmək lazımdır ki, müsəlmanlar İslama xidmət, İslamı yaymaq və İslama uyğun olmayan fəlsəfələrə qarşı fikri mübarizəni müxtəlif yollarla aparırlar. Hər müsəlman öz imkanları və təcrübələri nəticəsində müxtəlif üsullar və yollar mənimsəmiş ola bilər. Müsəlmanların bəziləri elm, təhsil, iqtisadiyyat və incəsənət sahələrində fəaliyyət göstərib mütəxəssisləşə və fərqli üsullar mənimsəmiş ola bilər. Bunun nəticəsində digər müsəlmanın etdiklərini bəyənməyib özünü öymək və onu tənqid etmək vicdanlı bir davranış deyil.
Böyük İslam alimi Bədüzzaman Səis Nursi bu həqiqəti belə ifadə etmişdir:
Allah’ın razılığına uyğun olan isə bir müsəlmanın digərinin fəaliyyətini tərifləməsidir. Bu zaman aradakı sevgi və qardaşlıq bağı güclənəcək və birlik üçün uyğun şərait yaranacaq.
Tənqidlərə müsbət yanaşmaq
Allah Quranda müsəlmanların səhvlərində bilə-bilə israr etmədiklərini bildirmiştir:
...O kəslər ki, bir pis iş gördükdə, ...bilə-bilə etdiklərinə görə israr etməzlər. (Al-i İmran surəsi, 135)
Müsəlman həyatı boyu bir sıra səhvlər edə bilər. Etdiyi səhv və göstərdiyi xətalı davranış bir müsəlman qardaşı tərəfindən ona xatırlandıqda, dərhal doğruya yönələ bilər. Səhvinə görə Allah’dan bağışlanma diləyər və Rəbbimizin onu əfv etməsini ümid edər. Buna görə də müsəlmanların bir-birilərinə öyüd-nəsihət verməsi və səhv hərəkət gördükdə bir-birilərini xəbərdar etmələri çox vacibdir. Bu, Allah’ın diləməsi ilə müsəlmanların doğru yola yönəlmələrinə vəsilə olar.
Özünə səhvi göstərildiyi halda qulaq ardına vurmaq, öyüd-nəsihət verildiyi halda qəbul etməmək kimi davranışlardan isə müsəlmanlar uzaq durmalıdırlar. Bir Quran ayəsində öyüd-nəsihətə qulaq asmayan insanların vəziyyəti belə xəbər verilir:
Xatırlatmanın fayda verdiyini görsən, (onlara) xatırlat! (Allah’dan) qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla surəsi, 9-11)
Ona görə də müsəlmanlar bir-birilərinə hər məsələdə öyüd-nəsihət verə, fəaliyyətlərində bəzi qüsur və nöqsanlar mövcuddursa da bunu bir-birilərinə rahatlıqla söyləyə bilməlidirlər. Öyüd-nəsihət alan müsəlman isə deyilənləri dərhal qəbul etməli, səmimiyyətlə düşünməli və bunu irəli getmək üçün bir vəsilə hesab etməlidir.
Bədüüzzaman Səid Nursi bu məsələyə də diqqət çəkmiş və tələbələrinə belə öyüd-nəsihət vermişdir:
Əlbəttə, digər qardaşını mühakimə edən müsəlman da mülayim üslubla və gözəl sözlə etməlidir. Unutmamaq lazımdır ki, əsl məqsəd Allah’ın diləməsi ilə İslama daha yaxşı xidmət etməkdir.
Məsləhət və danışıq qaydalarına riayət etmək
Müsəlmanların danışıq üslubları gözəl əxlaqlarını nümayiş etdirmələri üçün bir fürsətdir.
İnananlar söhbət və məsləhət üçün bir yerə toplaşdıqda mübahisəli məsələrdən uzaq durmalı, bunları xoş qarşılayaraq İslamın əsasını təşkil edən imani məsələrdən danışmalıdırlar. Quranı-Kərim və Peyğəmbərimizin (səv) hədislərini əsas götürərək, bir-birilərinə təvazökar və nəzakətli davranmalıdırlar. Qarşı tərəfə fikrini qəbul etdirmək əvəzinə, onun fikrini öyrənmək və faydalanmaq lazımdır. Yalnız özünü üstün tutmaq və tərifləmək müsəlmanlar arasındakı həmrəyliyə zərər verir. Bunun əvəzinə, Allah’ı və Peyğəmbərimizi (səv) tərifləyib, digər müsəlmanların gözəl xüsusiyyətlərindən bəhs etmək lazımdır. Unutmamaq lazımdır ki, İslamın əsas xüsusiyyətlərindən biri gözəl əxlaqdır. Kiməsə ağıl vermək əvəzinə, qarşı tərəfin ağlından faydalanmaq, qınamaq əvəzinə qarşındakının qınağına müsbət cavab vermək, hörmətdən salmaq əvəzinə tərifləmək və qüsurları görmək əvəzinə gözəllikləri görmək lazımdır.
Xüsusilə də, müsəlmanların bir-birilərinin fəaliyyətlərini təqdir etməsi və dəstəkləməsi çox vacibdir.
Məsələn, deyə bilərik ki:
Bədüzzaman Səid nursi İslama çoxlu xidmətlər etmişdir. Yazdığı risalələr dünyanın hər yerində milyonlarla insanın hidayətinə vəsilə olur. İnkara aparan fəlsəfələrin iç üzünü göstərmiş və bu yolda başına gələn bütün əziyyət və böhtanlara səbir etmişdir.
Əbdülhakim Ərvasi böyük elm mərkəzi qurmaqla müsəlmanlara xidmətlər etmiş və bir çox insanın doğru yola yönəlməsinə vəsilə olmuşdur.
Süleyman Hilmi Tunahan İslama xidmət etmiş və Quranı insanların qəlbinə yerləşdirmək üçün cəhd etmişdir. Bu yolla addımlayan müsəlmanlar eyni şövq və həyəcanla xidmətlərinə davam etmişlər.
Mehmet Zaid Kotku İslama xidmət etmişdir. Xeyli insan ondan dərs almış, iman və əxlaqda kamilləşmişlər.
Burda adını yazmadığımız bir çox İslam alimləri də İslama böyük xidmətlər etmişdir. Onların ardınca gedən bir çox müsəlman da şövq və həvəslə İslamı dünyaya hakim etmək üçün çalışmışdır.
Allah’ın diləməsi ilə İslam dünyasını parlaq bir gələcək gözləyir. Bu parlaq gələcəyin tez müddətdə təsis edilməsi üçün İslamın kökündə olan birlik və qardaşlıq əlaqələrinin gücləndirilməsi çox vacibdir. Peyğəmbərimiz (səv) “Sizə 2 əmanət buraxıram, onlardan möhkəm yapışdıqda əsla dəlalətə düşməz və azmazsınız: Quran və mənim sünnəm” sözləri ilə müsəlmanlara yol göstərmişdir. Bizlərə qalan isə bu yola tabe olmaq və Allah’ın bizə buyurduğu aşağıdakı əmrini heç vaxt unutmamaqdır.