Müsəlmanların birliyi üçün arakanlı qardaşlarımızın dua etmək vaxtı gəldi
ucgen

Müsəlmanların birliyi üçün arakanlı qardaşlarımızın dua etmək vaxtı gəldi

862

"Myanmanı bütün müsəlmanlardan təmizləmək istəyirlər".

"Rohincalı müsəlman qadınlar təcavüzə məruz qalır".

"Myanma sularında 727 miqrantı daşıyan qayıq tapıldı".

"Arakanlı müsəlmanlar qul kimi satılır".

İnsanlıq əleyhinə cinayət törədən ölkələr arasında olan Myanma ilə bağlı bu tip xəbərlərə uzun illərdir tez-tez rast gəlirik. Ölkədə yaşayan arakanlı müsəlmanlara qarşı törədilən cinayətlərin sayı xeyli çoxdur. Arakanlı müsəlmanlar vətəndaşlıq hüququ, təhsil hüququ, ailə qurmaq, uşaq sahibi olmaq, axşam saat doqquzdan sonra küçəyə çıxmaq, polisdən icazəsiz qohum və ya qonşularını ziyarət etmək kimi bir çox təbii hüquqdan belə məhrumdurlar. İnanclarına görə həbsxanalarda işgəncə görür, ölüm cəzasına məhkum edilir, ayrı-seçkilik və zorakılığa məruz qalırlar.

Arakanlı müsəlmanlara qarşı 1942, 1948, 1954, 1978 və 2012-ci illərdə həyata keçirilən böyük «etnik təmizliklərdə» yüzlərlə, minlərlə arakanlı qardaşımız həyatını itirdi. Dünya tarixinə qara səhifə olaraq keçən bu etnik ayrı-seçkilik və şiddət siyasəti təkcə bu tarixlərlə məhdud deyil. Şiddət Myanmanın sanki rəsmi dövlət siyasəti olaraq hər zaman tətbiq edilir. «Amnesty International» təşkilatı başda olmaqla bir çox insan hüquqları təşkilatı bu sahədə həyata keçirilən insanlıq əleyhinə cinayətlərlə bağlı ətraflı hesabatlar hazırlayırlar. Bu hesabatlar əziyyət görən, təcavüzə məruz qalan, dəyərsiz görülən, yurdlarında gördükləri əziyyətə görə iltica edən, lakin getdikləri ölkələrdə də sığıncaq bir qarış torpaq belə tapa bilməyən insanların ifadələri ilə doludur.

Əslində nə arakanlı müsəlmanlar, nə dünyanın başqa yerində əziyyət görən müsəlmanlar, nə də dini və etnik quruluşu nə olursa-olsun, heç kim bu cür yaşamamalıdır. Çünki şiddət və qətliamlar bu əsrin ruhu ilə heç uyğun gəlmir. Belə ki, bu əsr İslamın yüksəlişinin ən güclü olduğu dövr olacağı qeyri-adi bir əsrdir. Bu əsr müsəlmanlar arasında yardımlaşmanın, qardaşlıq və birlik kimi həyati əhəmiyyət kəsb edən dəyərlərin gücləndiyi əhəmiyyətli dövrdür. Bu cür vacib bir dövrlə müjdələnən müsəlmanların bu mübarək dövrə çatmaq üçün cəhd etməsi qaçınılmazdır.

İslam aləmindəki qarışıqlıq, münaqişə və parçalanmaya baxdıqda belə bir birlik yaratmağın imkansız olduğu düşünülə bilər. Halbuki dünya ölkələri necə ki, neft, hətta futbol üçün bir araya gələ bilirsə, müsəlmanlar da Allah əmr etdiyi üçün qardaş olduqlarını xatırlayıb birlik ola bilərlər. Dünyadakı müxtəlif nümunələrə baxsaq, iqtisadi əməkdaşlığa əsaslanan Avropa İttifaqını nümunə verə bilərik. Bu birlik iqtisadi həmrəylikdən əlavə siyasi, hərbi, mədəni və ictimai hər sahədə ortaq hərəkət etmə prinsipinə əsaslanır. İslam Birliyi də oxşar şəkildə dünya səviyyəsində qəbul edilmiş şərtlərdə bir araya gələ bilər. Üstəlik bu birlik Allahın əmrinə, qəlb birliyinə və din qardaşlığına əsaslandığı üçün Avropa İttifaqından daha da güclü olacaq.

Bu birliyin qurula bilməsi üçün birinci şərt İslam ölkələrinin güclü, sabit və qərarlı olmalarıdır. İslam ölkələri dünyaya hər sahədə istiqamət vermək və işıq tutmaq istəyirsə, bu birliyi bir an öncə qurmalıdırlar. Çünki birlik halında hərəkət etmələri Myanma kimi əziyyət görən müsəlmanların yaşadıqları ölkələrə yardım əlini uzatmalarına səbəb olacaq.

Belə bir birlik qurulmadığı üçün arakanlı qardaşlarımız kimi dünyanın hər yerindəki məzlum müsəlmanlar müdafiəsiz qalıb. Halbuki bu birlik əlbəttə ki, Myanmanın müstəqilliyinə, suverenliyinə təcavüz etmə və ya şiddət tətbiq etməsinə əsaslanmayacaq. Ancaq bu torpaqlarda xilas edilməyi gözləyən köməksiz qadınlar, uşaqlar, qocalar və ehtiyac içində olanları zülmdən xilas etmək üçün uzanan çəkindirici əl olacaq və bu insanların sahibsiz, kimsəsiz olmadıqlarını xatırladacaq.

Müsəlmanlar unutmamalıdırlar ki, birlik olmaq Allahın Quranda bildirdiyi əmrlərdən biridir. Uca Allah müsəlmanların birlik olmalı olduqlarını bir ayədə bu şəkildə bildirir:

Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər)”. (Ənfal surəsi, 73)

Bu ayənin tələbi olaraq başda arakanlı qardaşlarımız olmaqla bütün müsəlmanların birlik olmağı istəməsinin vaxtı çatdığını xatırladır və arakanlı qardaşlarımızı bu birliyin bir an öncə qurulması üçün dua etməyə dəvət edirik. 

Adnan Oktarın «Burma Times»da dərc edilən məqaləsi:

http://burmatimes.net/the-time-has-come-for-our-rakhine-brothers-to-pray-for-unity-among-muslims/

 

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr