Destan TV, 08 mart 2009
Adnan Oktar: Baxın, deyilir ki, 2006-cı ildə 17 min 64 adam ailədaxili şiddətə məruz qalıb. Qardaşım, nə məcburiyyəti var? Niyə hər gün ağzına, burnuna vursunlar? Niyə özünü döydürsün? Yəni atan döyər, anan döyər. Heyvandır bu? Bu, insandır, elə bir şey olmaz. Elə isə gedər rəsmi müraciət edər, dövlətə sığınar. Gedər bir dostu, sevdiyi, güvəndiyi adam varsa, onun yanında can təhlükəsizliyini qorumaq üçün qalar. Ailədaxili şiddətə məruz qalanların 18%-i ailədaxili cinsi təcavüzdür. Baxın, cinsi təcavüzlərdir, 18% cinsi istismara aid münasibət var. Məsələn, atası zorlayır, yaxud böyük qardaşı, əmisi sataşır. Deyirlər ki, aman, o, sənin əmindir, çəkin ha, necə danışa bilərsən? Məsələn, atası sataşır, aman, necə danışa bilərsən? Uşaq çarəsiz qalır və bu, Türkiyədə böyük bəladır. Belə bir şey olanda dərhal ərizə verir, sübut etməsi də şərt deyil. Təbii ki, edə bilməz onsuz da, şahid-filan da tapa bilməz. Biz onun sözünə güvənərik, yəni o adamın sözünə güvənərik. Elə isə prokurorluğa ərizə verər və ayrılar.
Bu, dəyişməlidir. Belə vəziyyətdə olan bir uşaq, artıq bir fərddir yəni, xüsusilə, 18 yaşını keçmiş insanın ağlı başında deyilmi, artıq bu dövlət baxımından qanunla öz məsuliyyətini anlayan adamdır. Amma 18 yaşdan balaca insanlar da qorunmalıdır. Dövlətin təşkilatlarına sığınmaq lazımdır. Dövlətin bunun üçün xüsusi təşkilatları olmalıdır və uşağın ifadəsinə etibar edilməlidir. Yəni sübut məcburiyyəti olmamalıdır.
Məsələn, 2006-cı ildə aparılan araşdırmaya görə, Türkiyədə hər 26 dəqiqədən bir ailə daxili şiddət hadisəsinin yaşandığı deyilir. Rüsvayçılıqdır. Uşaq istismarı, qadın istismarı, zorlama, ailə daxili təcavüz kimi hadisələr qanuni orqanlara ən az daşınanlar arasındadır. Baxın, rüsvayçılığa baxın! Uşaq istismarı, qadın istismarı, zorlama, ailədə təcavüz kimi hadisələr, yəni atasının və ya qardaşının qıza əxlaqsız yanaşması. 2006-cı ilin yanvar-sentyabr ayları ərzində 12.784 ayrı adda hadisələr ailə amilinə pis rəftar olaraq qeyd olundu. Türkiyədə aparılan bir araşdırmaya görə, ailə daxilində fiziki şiddətin ölçüləri olduqca böyükdür. Araşdırmalara görə, Türkiyədə qadınların 57%-i fiziki, 47%-i cinsi şiddətə məruz qalır. 8%-i isə təcavüzə uğrayır ailə daxilində. Bu, tam rüsvayçılıqdır.
Əgər biz buna bir millət olaraq qərar versək, kökündən həll etmiş olarıq. Az yaşlı uşaqların dövlətə sığınması asanlaşdırılmalı və onlara çox yaxşı baxılmalıdır.Yaşca böyük olanların da ərizə ilə prokurorluğa müraciət edərək etibarlı, təmiz ailələrin yanına yerləşmələri, onların qorunmaları baxımından son dərəcə gözəl olar. Bunun xaricində bu vəhşi hadisə, bu zülm bizim millətimizin qəlbini qanatmağa davam edəcək kimi görünür. Lakin bunun həlli çox asandır. |