1. HƏQİQƏTİN SƏSİ
27 Mart 1909
Hz.Məhəmməd (s.ə.v)-in yolu, şübhə və hiylədən uzaq olduğundan, şübhə və hiyləyə ehyam edən gizləməkdən də müstağnidir. Həm də bu dərəcə böyük, geniş və hər şeyi əhatə edən bir həqiqət, xüsusilə bu zaman əhlinə qarşı heç bir səbəblə gizlədilə bilməz. DƏFƏLƏRLƏ SÖYLƏYİRƏM Kİ, İSLAM BİRLİYİ HƏQİQƏTİNDƏ OLAN İTTİHADI MƏHƏMMƏDİ (S.Ə.V)-İN BİRLİK İSTİQAMƏTİ ALLAHIN BİRLİYİNƏ İMAN VƏ ONDAN BAŞQA İLAH OLMADIĞINI TƏSDİQ ETMƏKDİR. ƏHD VƏ ANDI DA İMANDIR. DAXİL OLANLAR BÜTÜN MÖMİNLƏRDİR. BURDA ƏSAS OLAN, PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN SÜNNƏTİDİR. QANUNU, ƏMRLƏRİ, QAYDALARI VƏ ŞƏRİƏTİN QADAĞAN ETDİYİ ŞEYLƏRDİR. BU BİRLİK; ƏNƏNƏ, VƏRDİŞ DEYİL, İBADƏTDİR. GİZLƏNMƏK, QORXMAQ İKİÜZLÜLÜK ƏLAMƏTİDİR. FƏRZDƏ NÜMAYİŞ YOXDUR. BU ZAMANIN ƏN BÖYÜK FƏRZ VƏZİFƏSİ, İSLAM BİRLİYİDİR. BİRLİYİN HƏDƏF VƏ MƏQSƏDİ, O QƏDƏR UZUN, QOLLARA AYRILMIŞ, HƏR ŞEYİ ƏHATƏ EDƏN, QƏRAR YERLƏRİNİ VƏ İSLAMIN İBADƏT YERLƏRİNİ BİR-BİRİNƏ BAĞLAYAN NURANİ BİR SOYU HƏRƏKƏTƏ GƏTİRMƏKLƏ, ONUNLA BAĞLANMIŞ OLANLARI XƏBƏRDAR ETMƏ VƏ YÜKSƏLMƏ YOLUNA BİR İSTƏK VƏ VİCDANİ ƏMR İLƏ SÖVQ ETMƏKDİR. BU BİRLİYİN YOLU SÖHBƏTDİR. DÜŞMƏNLİYİMİZ İSƏ, CƏHALƏTƏ, İKİÜZLÜLÜYƏ VƏ MÜNAFİQLİYƏDİR. MÜSƏLMAN OLMAYANLAR ƏMİN OLSUNLAR Kİ, BU BİRLİYİMİZ, BU ÜÇ XÜSUSİYYƏTƏ QARŞI ÇIXMAQDIR. MÜSƏLMAN OLMAYANA QARŞI HƏRƏKƏTİMİZ RAZI SALMADIR. ÇÜNKİ ƏSAS MƏQSƏDİMİZ ONLARA İSLAMİYYƏTİ SEVİMLİ VƏ UCA GÖSTƏRMƏKDİR. Çünki ,onları insaflı zənn edirik. Diqqətsiz insanlar yaxşı bilsinlər ki, dinsizliklə özlərini heç bir xariciyə sevdirə bilməzlər. Çünki təcrübəsiz olduqlarını göstərmiş olarlar. Məsləksizlik, anarxiyalıq sevilməz və bu birliyə araşdıraraq daxil olanlar, onları (yəni diqqətsizləri) təqlid edib çıxmazlar. İttihadı Məhəmməd (s.ə.v) olan İslam Birliyinin fikirlərini, məslək və həqiqətini xalqın diqqətini çəkə bilərik. Kimin bir etirazı varsa etsin, cavaba hazırıq. Farsca ibarə: Dünyanın bütün aslanlarının bağlandığı bu zənciri hiyləgər bir tülkünün qoparmasına imkan vardırmı? (Hutbe-i Şamiye, Sâdâ-yı Hakikat, səh. 94)
2.
...O ŞƏXSİN ÜÇÜNCÜ VƏZİFƏSİ, İSLAM XƏLİFƏLİYİNİ İSLAM BİRLİYİNƏ BİNA EDƏRƏK, DİNDAR XRİSTİANLARLA İTTİFAQ EDİB İSLAM DİNİNƏ XİDMƏT ETMƏKDİR. BU VƏZİFƏ, ÇOX BÖYÜK BİR SƏLTƏNƏT , QÜVVƏ VƏ FƏDƏKARLIQ TƏLƏB EDƏN BİR İŞDİR. BİRİNCİ VƏZİFƏ, O İKİ VƏZİFƏDƏN ÜÇ-DÖRD DƏRƏCƏ DAHA ÇOX QİYMƏTLİDİR. LAKİN O İKİNCİ, ÜÇÜNCÜ VƏZİFƏLƏR ÇOX PARLAQ VƏ ÇOX GENİŞ BİR DAİRƏDƏ VƏ PARILTILI BİR TƏRZDƏ OLDUĞUNDAN, HƏR KƏSİN VƏ XALQIN GÖZÜNDƏ DAHA ƏHƏMİYYƏTLİ GÖRÜNƏR. Məhz o xas nurçular və bir hissəsi övliya olan o qardaşlarımızın açıqlamaya möhtac fikirlərini ortaya atmaq, əhli dünyanı və siyasətçiləri təlaşa verərək onların hücumlarına səbəb olur. Çünki, birinci vəzifənin həqiqətini və qiymətini görə bilmirlər; o biri istiqamətlərinə meyl edirlər. (Sikke-i Tasdik-i Gaybi, 9)
3.
Əziz, sadiq qardaşlarım,
Ruhu canımızla mübarək bayramınızı təbrik edirik. İNŞAALLAH, İSLAM ALƏMİNİN DƏ BÖYÜK BİR BAYRAMINA NAİL OLARSINIZ. BİRLƏŞMİŞ İSLAM RESPUBLİKALARININ MÜQƏDDƏS KONSTİTUSİYASININ QAYNAĞI OLAN QURANİ HAKİM, GƏLƏCƏYƏ TAM HAKİM OLUB İNSANLIĞA TAM BİR BAYRAMI GƏTİRƏCƏYİNƏ ÇOX DƏLİLLƏR VAR. ... (Emirdağ Lahikası, səh. 315)
4.
BEŞİNCİ OLARAQ: İNDİ BU ZAMANDA ƏN BÖYÜK TƏHLÜKƏ OLAN İNANCSIZLIQ, DİNSİZLİK , ANARXİYALIQ VƏ MATERİALİZMƏ QARŞI YALNIZ BİR ÇARƏ VAR. O DA QURANIN HƏQİQƏTLƏRİNƏ SARILMAQDIR. YOXSA BÖYÜK ÇİNİ AZ BİR ZAMANDA KOMMUNİSTLİYƏ ÇEVİRƏN BƏLA VƏ MÜSİBƏTLƏR, SİYASİ, MADDİ QÜVVƏLƏRLƏ SUSMAZ. ONU SUSDURAN YALNIZ QURAN HƏQİQƏTLƏRİDİR. Rəhbər Risaləsindəki Qədir gecəsi məsələsi, indi həm Amerika, həm də Avropada təsirləri görülür. Onun üçün, indiki bu hökumətimizin əsl qüvvəsi, Quranın həqiqətlərinə əsaslanmaq və xidmət etməkdir. Bununla, ehtiyat qüvvəsi olan üç yüz əlli milyon islam qardaşlığı ilə islam birliyi dairəsində qardaşları qazanar. ƏVVƏLLƏR XRİSTİAN DÖVLƏTLƏRİ BU İSLAM BİRLİYİNƏ TƏRƏFDAR DEYİLDİLƏR. LAKİN İNDİ KOMMUNİSTLİK VƏ ANARXİSTLİK ÇIXDIĞI ÜÇÜN, HƏM AMERİKA, HƏM AVROPA DÖVLƏTLƏRİ QURANA VƏ İSLAM BİRLİYİNƏ TƏRƏFDAR OLMAĞA MƏCBURDURLAR... Qardaşınız Səid Nursi (Emirdağ Lahikası, səh. 297)