ADNAN OKTARIN KOCAELİ TV VƏ ABA TV-DƏKİ CANLI REPORTAJI (2 OKTYABR 2010)
ADNAN OKTAR: Nisa surəsi, 54. Şeytandan Allaha sığınıram. "Yoxsa onlar, Allahın Öz fəzlindən insanlara verdiklərini mi qısqanırlar?" Münafiqlər, möminlərə verilən nemətləri çox qısqanarlar. Peyğəmbərimiz (s.ə.v)-i də çox qısqanmışlardı, rahatlığını, hüzurunu, zənginliyini, Allahın ona çoxlu yoldaş nəsib etməsini, zəfərlərini, gözəlliyini, yaraşıqlılığını, qüdrətini, hamısını qısqanırdılar, maşaAllah. MaşaAllah, Peyğəmbərimiz (s.ə.v)-ə, maşaAllah. Onlara da Allah lənət etsin. Münafiqlər çox hiyləgərdir. Yəni çox diqqətli hiyləgərlikləri vardır. Məsələn, müsəlmanlara zərər vermək istədiklərində, bunu psixoloji yolla edərlər. Küfr aşkardır, açıq şəkildə hücum edər. Məsələn, müşriklər də aşkar hücum edirlər. Münafiqlərin hiyləgər döyüş üsulu vardır, məsələn münafiqlər həmişə gözlərindən istifadə edərlər, gözü ilə murdar baxar. Gözüylə narahat edər. Quranda; "gözləriylə az qala səni aşırdacaqlar" deyir. Peyğəmbərimiz (s.ə.v)-ə baxan insanın aşiq baxışı ilə baxması lazımdır, sevgi ilə baxması lazımdır. Elə baxmır. Belə qudurmuş heyvan kimi baxır. Allah; "gözlərin xain baxışlarını bilər," ayədə Allah deyir. Məsələn, bax, bu üsullardan biridir. Münafiqlər həm axmaqdır, amma açıq döyüşdən, açıq mübarizədən də qaçarlar. Peyğəmbərimiz (s.ə.v)-in yanından, söhbət anındaykən, bir adam qalxıb ayrılmaq istəyir, qalxır. Cübbəli və yaxud nəysə paltarı üzərində və yaxud uzun bir köynək də geymiş olur. Yəni onun paltarının genişliyi, bədəninin böyüklüyünə güvənərək; münafiq tam onun xəttinə gəlib tam onun paralelində onunla birlikdə gedir. Yəni çıxarkən beləcə, Peyğəmbərimiz (s.ə.v)-in görməməsini istəyir. Uzaqdan baxdığın zaman bir insan gedir görünür, amma əslində iki insan gedir. İndi münafiqin orada vermək istədiyi mesaj budur; burada bir neçə nöqtəyə diqqəti çəkir. Birincisi, gizlənmə metodundan istifadə edir, lakin Peyğəmbər (s.ə.v)-in bunu fərq edə bilməyəcəyi qənaətindədir (haşa), guya buradan bir mesaj verir. İkincisi, oradakılara bir münafiqanə mesaj verir. Yəni, bax Peyğəmbər (s.ə.v.) (haşa) məni fərq edə bilmir, görürsünüzmü? Yəni siz də belə etsəniz, sizi də fərq edə bilməz. Başqa sözlə, onun diqqəti ilə mənim hiyləgərliyimi müqayisə edin. Mən daha hiyləgər və ağıllıyam. Amma bax, Peyğəmbər (s.ə.v.) fərq edə bilmir (haşa), oyun oynayıram, deyir, aydın oldumu? Əgər müvəffəqiyyətli olar və çıxarsa, yəni fərq edilməzsə, oradakı münafiqləri də çox həyəcənlandırır. Yəni, amma tətbiq etdi, fövqəladə bir şeydir. O zaman mən daha fərqlisini edim. Daha münafiqanə, daha bəyəniləcək, münafiqlərə görə daha təqdir edilə biləcək bir hərəkət edim, deyir. Münafiqlərin belə; münafiqlərin bəyənməsi üçün bu tərz çox hərəkətlər edilər, sezdirmədən vurma münafiqin xüsusiyyətidir. Onların özünə xas halı da var. Məsələn, Allah deyir ayədə; "əgər istəsəm, sən onları simalarından tanıyarsan, bədbin danışıqlarından da anlayarsan" Simalarında da bədbinlik olur. Münafiqlərin pis elektrikləri və sevimsiz görünüşləri olur. Yəni üzündə bir nur, gözəllik olmaz. Müsəlmanları əsəbləşdirər, narahat edər, Allahın diləməsiylə. Allah diləsə, bunu hiss etdirir. Məsələn, münafiqlərin danışıqları da çox hiyləgər olar, yəni diqqət etmək lazımdır. Məsələn, söhbət arasında o, bəzi sözlərdə (haşa) Peyğəmbər (s.ə.v)-in əleyhinə danışır. Amma diqqət verilsə, fərq ediləcək kimi edir, yəni əslində fövqəladə bir zəka göstərir. Bədiüzzaman da deyir; "şeytan kimi ağıllı olarlar" Yəni fövqəladə bir zəkaya sahib olurlar. Elə bir cümlə qurur ki, ancaq münafiqin fərq edə biləcəyi kimi. Yəni onun, o mövzuda ustalaşmış münafiqlərin fərq edə biləcəyi kimi bir üslub. Çünki, müsəlman hüsnü zənn etdiyi üçün, xeyirə yozduğu üçün, onun qardaşı olaraq gözəl bir şey söylədiyini düşünür, yaxşı bir şey söylədiyini düşünür. Halbuki, o cümlənin içərisində bir çox gizli mesaj olmuş olur. Onu digər münafiq gördüyündə, münafiq şəhvəti duyur, münafiq həyəcanı duyur. Belə şeytani bir həyəcan hiss edir. Yəni o hərəkətdə onu müvəffəqiyyətli bildiyi üçün, heyranlıqla zövq alır, şeytani bir zövq alır. Necə ki, bir yarasa qan içməkdən zövq alar, peyinqurdu peyindən necə zövq alarsa; məsələn, adam psixdir, boyundan vurur, qan axır, amerikalı əsgər deyir. Xoşuna gəldiyini söyləyir. Şəhvət duyduğunu söyləyir, mənə sevişməkdən daha gözəl gəlir, deyir. Onun kimi, münafiq də bununla həyat tapar. Yəni bir yarasa kimi, onun qanı odur. Pislik etməkdən zövq alar. Hər pislik etdiyində, o, ona bir qida olar. Onunla həyat tapır. Mömin də, hər gözəllik etdiyində içi rahatlayır. Məsələn, cəhd edir, küfrə zərbə endirir. Elmi zərbə. Bir iman həqiqəti izah edir, xeyirli xidmət edir. Müsəlmanların olduğu yeri təmizləyir. Onlara bir yemək bişirir və yaxud içiləcək bir şey gətirir və yaxud onları maddi istiqamətdən dəstəkləyir. O, onunla xoşbəxt olur. Münafiq də, müsəlmanlara etdiyi pisliklərlə, alçaqlıqlarla xoşbəxt olar. Amma bunu açıq edə bilməyəcəyi üçün, münafiqin fövqəladə bir zəkaya, fövqəladə bir diqqətə, fövqəladə bir gizlənməyə ehtiyacı olur. Quran da buna çox işarə etmişdir. Məsələn, bax, Peyğəmbər (s.ə.v)-ə izdiham içərisində baxır, amma murdar baxır. Bir tək Peyğəmbər (s.ə.v)-in görə biləcəyi kimi olur. İndi Peyğəmbər (s.ə.v) desə ki; "niyə elə baxırsan?" Birdən baxışını düzəldə bilər və Peyğəmbər (s.ə.v)-ə də özünə görə (haşa) tələ qurmuş olur. Amma onsuz da Peyğəmbər (s.ə.v)-in sözünə oradakı möminlər inanarlar, iman edərlər. Yəni onun sözü şey olmaz. Yəni münafiq üçün Peyğəmbər (s.ə.v)-i (haşa) mat etmək, çox zəruridir. Onunla özünü ucaltdığını düşünər, yüksəltdiyini düşünər. Onun üçün, məsələn, Peyğəmbərimiz (s.ə.v) deyir ki; "döyüşə çıxacağıq, cihada çıxacağıq" deyir. İndi Peyğəmbər (s.ə.v)-i (haşa) xəcalətli edib, çıxılmaz yola salacağını düşünərək; hava çox istidir, Ya Rəsulullah, deyir. Axmaq, Peyğəmbər (s.ə.v) onu bilməzmi? Havanın istiliyini bilməzmi? Amma münafiq ağlına görə o, Peyğəmbər (s.ə.v)-in (haşa) diqqətinin bağlı olduğunu (haşa) və onun düşünə bilmədiyini zənn edər. Münafiq əslində heyrətləniləcək dərəcədə də axmaqdır. Həm çox şeytani zəkası vardır, amma ağıl cəhətdən çox şişirdilmiş axmaqdır. Yəni istiliyi kim bilməz? Hər kəs bilər, artıq bilinir. Peyğəmbər (s.ə.v)-in onu bilmədiyini və hesablaya bilmədiyini düşünür. Bu istidə çıxılmaz, deyir. O münafiqlərə də mesaj vermiş olur. Bax, Peyğəmbər (s.ə.v) (haşa) istini belə fərq edə bilmir, bu havada çıxılmayacağını, deyir. Və münafiq qoruyucu görünüşü ilə ortaya çıxar. Münafiq həmişə xilaskardır, həmişə qurtarar. Məsələn, müsəlmanları istidən qurtarmış olar, ailəni xilas etmiş olar. Ailəm açıqdadır, deyir. Həmişə xilaskardır. Məsələn, deyir ki; döyüşməyi bilsəydik gələrdik. Yəni döyüşməyi bilməyən insanı guya Peyğəmbər (s.ə.v) döyüşə aparmış olur, onun düşüncəsinə görə (haşa), aydın oldumu? Orada da Peyğəmbər (s.ə.v)-i (haşa) insanların gözündə yox etmə arzusu var. Yəni münafiq Peyğəmbər (s.ə.v)-ə olan hörməti və sevgini, etibarı yox etmək üçün çox məşğul olar. Və cüt məqsədli olmuş olur, iki ədəd. Həm özünü ucaltmaq, həm də Peyğəmbər (s.ə.v)-i insanların gözündə təsirsiz hala gətirmək, yəni əhəmiyyətini azaltmaq, haşa. Münafiqlər ona çox diqqət göstərər. Amma bunları çox şeytani edər. İlk baxışda; qəflət gözüylə baxana, haqlı gələcək kimi bir üslubla danışar. Onun üçün deyir ki, Allah; "söhbətlərini də dinləyərsən" "Söhbətlərini dinləyərsən," deyir. Bax, o çox mənalıdır, çünki çox ağıllı danışar. Yəni zahirinə baxılsa, yəni Quran gözüylə, ağıl gözüylə baxılmadığında haqlı kimi görünər. Amma Quran və ağıl gözüylə baxıldığında, arxasındakı şeytanlıq aydın olar. Yəni bir oyun olduğu aydın olar. Əksinə, Peyğəmbər (s.ə.v)-in sözünün doğru olduğu, onun səhv olduğu və yalan olduğu aydın olar. Münafiqin bu xüsusiyyətlərini Allah Quranda çox təfərrüatlı izah etmişdir. Yəni diqqətlə baxıldığında, bu açıq-aşkar görülər. Bax, deyir ki, Allah Tövbə surəsi, 74-də. "Halbuki and olsun, onlar inkar sözünü söyləmişlər və islamlıqlarından sonra inkar etmişlər və çata bilmədikləri bir şeyə cürət etmişlər" Yəni çox böyük iddiaları olur. Məsələn, ən böyük olmaq istəyərlər. Peyğəmbər (s.ə.v)-dən də üstün olmaq istəyər, Allahdan da üstün olmaq istəyər (haşa), elə bir şeyləri vardır. Bax; "Halbuki, Peyğəmbər (s.ə.v)-dən intiqam almağa çalışmalarının, özlərini Allahın və elçisinin bol lütfkarlığından zəngin etməsindən başqa (bir səbəbi) yox idi" deyir. Hüzur adamlara narahatlıq verir. Peyğəmbər (s.ə.v)-in verdiyi imkanlar, zənginlik, güc, etibar, hörmət, rahatlıq, sevinc, yaxşılıq mühiti, bərəkət mühiti bax; "Allahın və elçisinin bol lütfkarlığından," bol lütfkarlığından. Mehdilik xüsusiyyətləri olduğu üçün Peyğəmbərimiz (s.ə.v) həmişə paylayıcı olur. Ən böyük Mehdi olduğu üçün paylayıcıdır. Bax; "bol lütfkarlığıyla zəngin etməsindən başqa (bir səbəbi) yox idi" Rahatlıq və hüzur onlarda həsədlik duyğusunu meydan gətirir. Və qısqanclığı meydana gətirir və ona görə də qəzəbə və kinə çevrilir. Amma bir çətinlik içərisində olmuş olsa etməyəcək. Zənginlik və rahatlıq münafiqin qudurmasına səbəb olur. Yəni müsəlmanların o rahatlığını qısqanır. Bax, şeytandan Allaha sığınıram. "Öz başlarına qaldıqlarında isə, sizə olan kin və qəzəblərinə görə barmaq uclarını dişləyərlər. De ki: "Kin və qəzəbinizlə ölün." Allah Ali İmran surəsi, 119-da deyir. Yəni ağlasığmaz qəzəbə açıq olurlar. Nifrətə ağlasığmaz açıq olurlar. Yəni belə bir azğın kini vardır, azğın qəzəbi vardır, dəlicəsinə qəzəb. Onun üçün, qəzəbin şiddətindən cinayətə meyilli olur, o qədər yüksəkdir. Münafiqlərdə həmişə cinayətə meyil vardır, uyğundurlar. Peyğəmbərimiz (s.ə.v) zamanında da, sui-qəsd planladılar. Hz. Əli (r.ə) yatağına yatdı, heç bir şey edə bilmədilər, inşaAllah. Dəfələrlə sui-qəsdə cəhd etdilər. Çünki münafiqlərdə əcaib bir azğın narahatlıq vardır, yəni qəzəb. Müsəlmanlara qarşı şiddətli bir qəzəb vardır. Bax, Mumtəhinə surəsi, 2-də deyir ki; "sizə düşmən kəsilərlər, əllərini və dillərini pisliklə sizə uzadarlar" Normalda diliylə, amma əliylə də cinayət işləmək istəyir. Cinayət üçündür, əlini uzatmasının səbəbi cinayətdir. Və yaxud yandırıb yıxmaq, sökmək, atmaq, aydın oldumu? Müsəlmanlara. Amma dillərini də pisliklə sizə uzadarlar. Amma bunu edərkən Quran ilə və hədis ilə hərəkət edirlər. Münafiq elədir, onsuzda o zaman münafiq olmaz. Birbaşa küfr adına ortaya çıxsa, birbaşa kafirdir o. Münafiqin xüsusiyyəti, din və Allah adına ortaya çıxmasıdır. Münafiq daha təqvalı olma iddiası ilə ortaya çıxar. İslamı daha mükəmməl yaşama iddiası ilə ortaya çıxar, "dillərini pisliklə sizə uzadarlar"dakı məna budur. Yəni ayədə izah edilən odur. Quranı və hədisi istifadə edirlər. Amma şeytani bir məqsəddən istifadə edib; bir qismini təbii ki, maraqlarına uyğun gələn istiqamətlərini dəyişdirərək, dillərini əyib bükərək, müsəlmanların haqq olan rəftarlarını batilmiş kimi göstərməyə çalışırlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-ə etdikləri rəftarlardan bunu anlayırıq, etdiklərindən bunu anlayırıq.
Ali- İmran surəsi, 118. "Onlar sizə pislik və zərər verməyə çalışır, sizə çətinlik yaradacaq şeydən xoşlanarlar" Bax, "Onlar sizə pislik və zərər verməyə çalışır," Allah deyir. Yəni nə cür zərər verə bilər? Məsələn, gedib xəbər yayar, yalandan şahidlik edər, oyun oynayar, gedər müsəlmanların arasında fitnə salar. Müsəlmanlara ayrı-ayrı böhtan tərzində məlumatlar verər. Müsəlmanların müsəlmanlarla əlaqəsini kəsməyə çalışar, amma bu təbii ki, hər cür zərərdir. Yəni maddi, mənəvi hər cür zərəri verməyə çalışar. "Sizə çətinlik yaradacaq şeydən xoşlanarlar" Məsələn, müsəlmanların həbs olunması, həbsə atılması, cəfa görmələri, şəhid edilmələri, hamısı. "Buğz (və düşmənlikləri) ağızlarından xaricə vurmuşdur," deyir Allah. Yəni adam özünü tuta bilmir. "Xaricə vurmuşdur, sinələrinin gizli tutduqları isə, daha böyükdür" deyir Allah. Yəni içindəki vulkanlar kimi çox şiddətli bir kin. Amma çöldən təbii ki, nəzakətli bir üslubdan istifadə edir, münafiq buna çox diqqət yetirər. Çünki o cür tutular. Həm din üslubuyla, dinlə Qurana uyğun kimi görünən, hədisə uyğun kimi danışması lazımdır, həm də özünə görə qismən nəzakətli danışması lazımdır. Münafiq buna diqqət yetirər. Amma hərdən də azar, onun üçün bax, deyir ki; "sinələrinin gizli tutduqları isə, daha böyükdür." Amma "sizə çətinlik yaradacaq şeydən xoşlanarlar. Buğz (və düşmənlikləri) ağızlarından xaricə vurmuşdur," artıq daşır. Daşdığı üçün idarə edə bilmirlər, xaricə vurmuşdur. "Sinələrinin gizli tutduqları isə, daha böyükdür" Yəni Allah çox qüvvətli kin və nifrət içindədirlər deyir. "Sizə ayələrimizi açıqladıq; bəlkə düşünəsiniz" deyir Allah. Yəni Allah düşünün deyir. Ali İmran surəsi, 118.