Bir ayə bir açıqlama: "Muminun surəsi", 54-56
ucgen

Bir ayə bir açıqlama: "Muminun surəsi", 54-56

1139
Sən onları bir müddət öz cəhaləti içində burax! Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar. (Muminun surəsi, 54-56)

Din əxlaqından uzaq yaşayan insanlar, dünya həyatını nemətlər içində keçirərlər. Bir insanın dünya həyatında istəyəcəyi hər şeyə; zənginliyə, gözəlliyə, şan, şöhrət, etibar və ağla gələ biləcək böyük-kiçik hər cür imkana sahib ola bilərlər. Ancaq Rəbbimizin Quranda bildirdiyi kimi, bunların heç biri onlara xeyir qazandırmaz, onlar üçün həqiqi mənada nemətə çevrilməz. Allah bütün bunları onların dünyada və axirətdə görəcəkləri əzabın şiddətinin daha da artması üçün verir. Allah onlar üçün ətrafda nemətlər yaradır, amma bunlardan zövq alacaq ruhu yaşamalarına icazə vermir. Bu səbəbdən, bu insanlar dünya həyatının bütün gözəlliklərini əldə etsələr də, bir mənada "nemət içində məhrumiyyət" vəziyyətində yaşayarlar. Bir insanın istədiyi hər şeyə sahib olması, ancaq bunlardan həqiqi mənada zövq ala bilməməsi isə böyük bir əzabdır. Halbuki, din əxlaqına sahib olsalar, bu nemətlərdən heç təxmin edə bilməyəcəkləri qədər dərin bir zövq alacaqlar.(Dinsizliyin kabusu)

Bu həqiqət, möminlərin həyatlarında çox diqqətə çarpan bir şəkildə görülər. Möminlər heç bir zaman bədbinliyə qapılmazlar. Əksinə, hər keçən gün, ruhlarında dərinliyin artmasıyla birlikdə, əllərindəki nemətlərin qiymətini daha da təfərrüatlı olaraq anlayarlar. Bunlardan hər keçən an daha çox zövq almağa, daha çox həyəcan duymağa başlayarlar. Bunların hər birini, Allahın özlərinə olan rəhmətinin, sevgisinin və lütfünün təcəlliləri olaraq görərlər.(Allah qorxusu)

PAYLAŞIN
logo
logo
logo
logo
logo