Rəvayətlərdə axırzamanda insanları Allahın yaratmadığına inanan, təsadüflərlə yarandıqlarını düşünən insanlar olacağına işarə edilir (Allahı tənzih edirik). Bu şəxslər həm özlərinin, həm də əsillərinin meymun olduqlarını iddia edəcəklər. “Təkammüllə yarandıqlarına” inanan, özlərinin meymun, yəni bir növ heyvan olduqlarını irəli sürən bu insanların simalarının da meymuna bənzəyəcəyi hədislərdə xəbər verilir. Onların insani gözəllikləri itəcək, nursuz, xoşagəlməz və patoloji bir görünüşləri olacaq.
Peyğəmbərimizin (s.ə.v.)n “meymun” kimi xarakterizə etdiyi, “meymunlar kimi olacaqlarını” bildirdiyi bu insanların özlərini meymun sayacaqları və meymun xarakterində olacaqları da hədislərdə xəbər verilir.
“ÜMMƏTİMDƏN BİR CAMAAT … SƏHƏR AYILDIQDA DONUZ VƏ MEYMUN SİMASINDA OYANACAQLAR.” (Hz. Ubade (r.a.)) (Kıyamet Alametleri, Râmûz el-Ehàdîs'ten Dersler, 459/2)
“Nəfsim yedi qüdrətində olana (nəfsimi əlində tutana) and içirəm ki, ÜMMƏTİMDƏN BİR QİSM İNSAN … MEYMUN VƏ HINZIR (DONUZ) HALINA DÜŞƏCƏK.” (Râmûzu'l-Ehadîs, Hadîs no: 5711)
(İbn Macə) Əbu Umamədən (r.a.): “ÜMMƏTİMDƏN BİR QÖVM yeyib (içib), əylənib yatacaqlar, səhər açılanda MEYMUN VƏ DONUZ KİMİ AYILACAQLAR.” (Taberâni) Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s. 111)
Əli b. Əbu Talib və Əbu Hüreyrədən (r.a.) rəvayət olunduğuna görə, peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur: “… SİMALARIN MEYMUN VƏ DONUZA DÖNMƏYİNİ, göydən daş və bənzərinin yağmağını GÖZLƏYİN!” (Tirmızi) (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s. 114)