26 yanvar 2017-ci il tarixində Cell jurnalında Yun Vu tərəfindən məqalə nəşr olundu. Bu məqalədəki iddialara əsaslanaraq National Geographic və Fox News kimi bir çox mətbuat-nəşriyyat orqanında “insan-donuz hibrid canlı yaradıldı” şəklində xəbərlər yer aldı. Bu kimi xəbərlərin məzmununa detallı baxmayan bəzi kəslərin ağlına ilk anda “laboratoriyada yeni canlı növü yaradılmış” bənzəri səhv fikir gəlmiş ola bilər. Məhz bu səbəblə edilən işlərin detallarını və bəhsi keçən xəbərlərdəki yanıldıcı nöqtələri ortaya qoymaq üzrə bu yazını hazırladıq.
İşin metodu və nəticəsi nə idi?
Bildiyimiz kimi hər canlı, ziqot deyilən tək hüceyrənin bölünməsiylə yaranan kök hüceyrə qrupundan meydana gəlir. Kök hüceyrələr, zaman içində bölünərək çoxalarkən, bir müddət sonra müxtəlif toxumaları meydana gətirmək üzrə fərqliləşməyə başlayarlar. Bəhsi keçən işdə, blastokist mərhələsindəki donuz embrionu içinə yenə eyni inkişaf mərhələsində olan insana aid kök hüceyrələr yerləşdirilmişdir. Daha sonra embrionlar donuz rəhminə yerləşdirildi və hamiləlik nəzarət edildi. 4-cü həftədə hamiləlik sonlandırılaraq embrionların hüceyrə quruluşu araşdırılmışdır.
Araşdırmalar nəticəsində üzərində işlənilən embrionların hər 100 min donuz mənşəli hüceyrəsinə qarşılıq 1 ədəd insan mənşəli hüceyrə təşkil etdiyi, ancaq insana aid hüceyrələrin, “bir orqanı toplu olaraq meydana gətirmədiyi, tam tərsinə bütün toxumalarda dağınıq olaraq yer aldığı” məlumatı da verilmişdir.
Əldə edilən bu nəticələrə bir çox mətbuat orqanında yer verildi. Ancaq nəticələr şərh olunarkən edilən bəzi səhvlər vardı. “Nəql üçün laboratoriyada insan-donuz mələzi yaradıldı!”, “Kimerizmin yüksəlişi: Elm adamları ilk dəfə müvəffəqiyyətli şəkildə insan-donuz mələzi yaratdı” kimi həqiqəti əks etdirməyən başlıqlar atıldı. İndi bu mövzudakı bəzi səhvləri tək-tək ortaya qoyub doğrularını açıqlayaq:
Hibrid çalışmasında əldə edilən əslində nədir?
Yazılan məqalə detallı şəkildə araşdırıldığında görüləcək ki, bu çalışmanın “yenilik” olaraq xarakterizə ediləcək tək nöqtəsi, donuz embrionunun insana aid kök hüceyrələrlə bir yerdə ikən hamiləliyin 4-cü həftəsinə qədər yaşamış olmasıdır. Hamiləliyin 4-cü həftəsində embrion, orqanların mikroskop altında belə seçilə bilmədiyi, yalnız bir neçə millimetr boya sahib toxuma parçası xüsusiyyətindədir. Yəni hələ inkişafın başı sayılan mərhələdədir. Yoxsa ortada mətbuatda əks etdirilən mənada hibrid yəni mələz canlı yoxdur.
Sağlam embrion inkişafı görülməmişdir
Çalışma nəticəsində ortaya çıxan ən əhəmiyyətli nöqtə, başlanğıcda embrionda yer alan insan-donuz kök hüceyrə nisbətinin yüksək dəyərlərdən, 100 mində 1 kimi çox aşağı nisbətlərə enmiş olmasıdır. Yəni insan kök hüceyrələri donuz kök hüceyrələrinə görə daha az bölünmə keçirmişdir. Bu səbəbdən bir müddət gözlənilsə, qeyri-sağlam işlədiyi açıqca görülən quruluşdakı bu nisbət daha da aşağı olacaq. Buradan da anlayırıq ki, insan kök hüceyrələrinin embrion inkişafına əlavə olunması, normalda sağlam davam edəcək donuz inkişaf müddətinin pozulmasına səbəb olur.
İnkişaf yavaşlayır
Bu çalışmadakı səhvlərdən biri də məqalədə açıqlanan məlumata görə, insan kök hüceyrəsi daşıyan donuz embrionlarının, normal donuz embrionuna görə inkişaflarının yavaşlamasıdır. Bu vəziyyət, başlanğıcda ortaya çıxmışdır və irəlidə inkişafı yavaşladaraq ölümə aparacaq müddətin də əlamətidir. Araya girən xarici hüceyrələr, sağlam inkişaf edə biləcək donuz hüceyrələrinin qarşılıqlı təsirinə maneə törətdiyinə görə inkişaf müddəti pozulmuşdur.
İki ayrı canlı növünə aid hüceyrələr arasında DNT paylaşması reallaşa bilməz
Bu çalışmada aparılan əməliyyatın, donuz embrionuna hələ başlanğıc mərhələsində ikən insan kök hüceyrələri yeritmək olduğunu ifadə etmişdik. Yəni bu əməliyyatda, öz DNT-sinə sahib və düzgün işləyən donuz hüceyrələri və yenə insana xas DNT-ə sahib insan kök hüceyrələri bir araya gətirilmişdir. Bu, başlanğıcda iştirak edən DNT məlumatında heç bir dəyişiklik olmaması deməkdir. Embrion bir müddət canlı qalmağa davam etsə də, hüceyrələr arası DNT məlumat transferi reallaşa bilmədiyindən əslində gen inteqrasiyasından, yəni gen inteqrasiya olunmasından da danışmaq mümkün deyil. Donuz hüceyrələri donuz, insan hüceyrələri insan hüceyrəsi olaraq qalmışlar.
İnsan-donuz hibrid çalışması təkamülə dəlil yaratmaz
Təkamülçülərin təməl iddiası, canlıların təsadüfə əsaslanan mutasiyalarla zaman içində yeni xüsusiyyətlər qazanaraq dəyişiklik göstərdiyi və fərqli növlərin bu şəkildə ortaya çıxdığıdır. Darvinistlər, bu iddianı dəstəkləyəcək qalıq ya da molekulyar dəlillərə sahib olmadıqları üçün, genetik və hücrəli sahədə edilən araşdırmaları özlərinə görə şərh edərək sanki təkamülə dəlilmiş kimi göstərməyə səy göstərirlər. Necə ki, bu çalışmada da görülən budur və yeni genetik məlumat əldə etmədiyi üçün, təkamülə sübut gətirə bilməz.
Çox hüceyrəli canlılarda hüceyrələr arası tam uyğunlaşma əsas şərtdir
Çox hüceyrəli canlıların vücudları, bir araya gəlmiş hüceyrə qruplarından daha çox təşkilatçılığı tələb edir. Bildiyimiz kimi çox hüceyrəli canlıların bir yerdə yapışmasını, orqanların bütün olaraq qalmasını təmin edən çox əhəmiyyətli strukturlar mövcuddur. Bunlardan bir qismi “desmozom, tight junction və gap junction” zülal kompleksləridir. Yan-yana olan iki hüceyrə bu strukturlardan ən az biri ilə bir-birinə bağlanar. Aşağıdakı şəkildə də görüldüyü kimi bu iki hüceyrənin zülalları bir-birinə tam olaraq uyğunlaşma təmin etmədiyində hüceyrələr bir-birinə bağlana bilməyəcək və orqanlar üçün lazım olan toxumaları meydana gətirə bilməyəcək. Donuz embrionundakı insan hüceyrələri də tam olaraq bu vəziyyətdə olacaq, heç bir şəkildə toxumalara tam qoşula bilməyəcək; toxumalar arasında sıxışan, hətta olduğu orqanın quruluşunu pozan xarici cisimlərdən ibarət olaraq qalacaqlar.
Canlının həyatını davam etdirə bilməsi üçün hüceyrələr arası təşkilatçılıqda yaxın ünsiyyət qədər uzaq ünsiyyət də çox əhəmiyyətlidir. Bu çalışmada olduğu kimi, fərqli növlərin hüceyrələrinin bir yerdə uyğunlaşma içində hərəkət etmələri mümkün deyil. Məsələn, beyindən ifraz olunan hormon siqnalının hədəf orqanda təsir edə bilməsinin tək yolu, o orqanın hüceyrələrində iştirak edən qəbul edici zülalların hormonla açar-kilid uyğunlaşmasını göstərməsidir. Bu zülalların məlumatı, DNT üzərində hər canlı üçün kodlaşdırılmış halda nəsildən-nəsilə ötürülər. Hüceyrələr fərqli növlərə aid olduğunda bu həyati uyğunlaşma da ortadan qalxacaq. Donuz hüceyrəsindən gələn hormon siqnalı ancaq hədəf orqandakı donuz hüceyrəsinə təsir edəcək, insana aid hüceyrə üçün isə bu siqnal bir məna ifadə etməyəcək. Bu səbəbdən donuza aid orqanda olan insan hüceyrəsi, o orqanın funksiyasına fayda deyil, zərər verəcək.
Məqsəd orqan nəqli üçün orqan çıxarmaqmı?
Laboratoriyada insan-donuz mələzi canlı yaratma çalışmasının təməl məqsədi, “orqan nəqli lazım olan xəstələrə ehtiyat orqan çıxarmaq” olaraq açıqlandı. Nə var ki, bu çox real yanaşma deyil. Xəstə ya da əskik orqanın dəyişdirilməsi üçün yenidən yaradılması əlbəttə ki, ideal müalicə olacaq; ancaq belə üsul indiki vaxtda hələ bacarılmamışdır. Kök hüceyrələr nəzarət edilərək bir orqana çevrilmələri təmin edilə bilsə, bunun üçün ən uyğun mühit yenə insanın öz orqanizmi olacaq və bu sayədə toxuma uyğunlaşması problemi olmadan orqan inkişaf edə biləcək. Məqsəd toxuma inkişaf etdirməkdirsə və kök hüceyrə bir gün idarə edilə bilsə, insanın öz orqanizmində bunu etmək, donuz embrionuyla edilən çalışmalardan daha tətbiq oluna bilər metoddur. Bu səbəbdən orqan əldə etmək məqsədi ilə donuza insan hüceyrəsi verilməsi, bir də inandırıcı və həqiqi çalışma deyil.
Mətbuatda yer alan bəzi başlıqlarda “Orqan nəqli üçün hibrid canlı yaradıldı” iddiası da başqa yanılmadır. Çünki əldə edilən embrionlarda insana aid hüceyrələr, toxumalar arasında dağınıq vəziyyətdədir, yəni donuz toxumasından ayrı olaraq, yalnız insan hüceyrələri təşkil edən orqan meydana gəlməmişdir. Bu səbəbdən orqan nəqli üçün istifadə edilə biləcək orqan da mövcud ola bilməyəcək.
Yarı donuz-yarı insan (Kimera) xəyalı
Bu işi görən elm adamlarının ola biləcək xəyali, nağıl qəhrəmanları kimi yarı insan-yarı balıq, yarı insan-yarı at bənzəri Kimera canlı əldə etmək ola bilər. Ancaq əldə edilən nəticə, bir müddət birlikdə yaşaması təmin edilən donuz embrionu içində dağılmış, nadir olaraq rast gəlinən insan hüceyrələrindən ibarətdir. Yuxarıda açıqladığımız kimi, toxumalar bir tərəfə, tək-tək hüceyrələrin başqa bir növ canlı içində varlığını davam etdirməsi zaman içində mümkün olmayacaq. Əksinə belə tətbiq orqanizmin hamısına zərər verəcək. Toxumaların, hətta orqanların meydana gələ bildiyini düşünsək belə, bu orqanlar nəql məqsədli istifadə edilə bilməyəcək. Çünki insandan çox donuza aid toxumalar ehtiva edəcək. Bu isə orqanın dəqiqələr içində rəddi mənasını verəcək.
Bu gün məlum olduğu kimi orqan nəqli, toxuma uyğunlaşması ən çox nisbətdə uyğunlaşan insanlardan və meyitlərdən edilə bilir. Ancaq çox kiçik fərqlər də olsa yüksək nisbətdə toxuma rəddi vəziyyətləriylə qarşılaşılar. Toxuma rəddi olmaması üçün də uzun müddət, immunitet sistemini zəiflədən kimyaterapiya dərmanları xəstələrə verilmək məcburiyyətində qalınır. Toxuma rəddinə maneə törətmənin tək yolu isə 100% uyğun orqan nəqli etməkdir. Bu da ancaq insanın öz DNT-sindən yaranan orqanın nəqli ilə mümkün olar. Bu istiqamətdəki bütün çalışmalara baxmayaraq, bu günə qədər bu yöndə də müvəffəqiyyət əldə edilməmişdir.
Allah hər canlını ən gözəl halıyla yaradır
Embrional inkişaf müddətində hüceyrələrin sayı və bir-birləri ilə olan qarşılıqlı təsirləri çox həssasdır. Hər hamiləlikdə möcüzəvi şəkildə işləyən bu müddətin necə irəlilədiyi isə hal-hazırda bilinmir. Bu bir möcüzədir; çünki yaşayan bütün insanlar və digər canlılar inkişaflarını (xəstə vəziyyətləri xaric) hər səfərində müvəffəqiyyətli şəkildə tamamlayırlar. Kök hüceyrələrin bir müddət sonra tam uyğunlaşma içində fərqliləşməyə başlayaraq müxtəlif orqanları meydana gətirməsi kimi möhtəşəm vəziyyətin şüursuz hüceyrələr tərəfindən təyin olunmadığı açıqdır.
Yuxarıda bəhs etdiyimiz çalışmadan da anladığımız kimi, hər canlı, Allahın yaratma sənətinin ən gözəl halıyla təcəlli edər. İnsan əli ilə canlıya verilən dəyişiklik onun yaradılışındakı həssas tarazlıqların pozulmasına səbəb olar. Tək başına insan da, donuz da qüsursuz xüsusiyyətləri ilə həyatına davam edərkən, bu möhtəşəm quruluşa kənardan edilən müdaxilələrlə bir araya gətirilən hüceyrələrdə tarazlıqlar alt-üst olur. Məhz bütün bu detallar canlıların yaradılışındakı mükəmməlliyin açıq isbatıdır. Allah üstün güc sahibi Yaradıcımızdır.
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? (Nəhl surəsi, 17)
Qaynaqlar
1.Jun Wu et al. Interspecies Chimerism with Mammalian Pluripotent Stem Cells. Cell. Vol. 168, Issue 3, p. 473-486; 26 january 2017.
2.http://news.nationalgeographic.com/2017/01/human-pig-hybrid-embriyo-chimera-organs-health-science/
3. http://www.foxnews.com/health/2017/01/27/medical-breakthrough-pig-embriyo-hosts-human-cells.html