1974-cü ildə Afrikada tapılan 3.2 milyon illik “Lüsi” fosili təxminən 43 ildir ki, təkamül təbliğatı aparmaq məqsədilə müəyyən fasilələrlə gündəmə gətirilir. Amma elmin və texnologiyanın inkişaf edən imkanları ilə yanaşı illərdir təkamül nəzəriyyəsi üçün “dəlil” kimi göstərilməyə çalışılan bu fosilin əslində təkamül nəzəriyyəsinə çox böyük zərbə endirdiyi məlum olub.
Lüsi fosili guya meymundan insana keçidi təmsil edən ara forma kimi göstərilməyə çalışılsa da, son illərdəki kəşflər bu iddianın tamamilə yanlış rəylərə əsaslanaraq ortaya atılmış ssenari olduğunu isbat edib.
Artıq dövrümüzdə akademik heyətdən ibarət beynəlxalq elm jurnallarının hamısı bir-bir Lüsi ilə vidalaşır. İndi bu vaxta kimi Lüsi haqqında jurnallarda yer alan bəzi etiraflara baxaq:
Təkamülçülərin 1999-cu ildəki etirafı: “ƏLVİDA LÜSİ”
1999-cu ilin may ayında məşhur “Science et Vie” jurnalının üz qapağında “Adieu Lucy” (Əlvida Lüsi) başlığı qoyulmuş və avstralopitek növü meymunların insanın nəsil ağacından çıxarılmalı olduğu yazılmışdır. St W573 kodlu yeni avstralopitek fosilinə əsaslanaraq yazılan məqalədə bu cümlələrə yer verilib:
Yeni bir nəzəriyyə avstralopitek cinsinin insan nəslinin mənşəyi olmadığını söyləyir... Avstralopitek və homo növləri (insanlar) eyni budaqda yerləşmirlər.
Ancaq bu vidalaşma yalnız bir jurnalla kifayətlənməyib. Sonradan da “Lüsi” fosilinə dair etiraflar gəlməyə davam edib.
Təkamülçülərin 2000-ci ildəki etirafı: “Lüsini artıq gündəmə gətirməyək”
2000-ci ildə “Nature” jurnalında dərc olunan bir məqalədə isə Lüsinin meymun növünə aid olduğu etiraf edilib. Eynilə şimpanzelərdəki kimi “nisbətən uzun və qıvrım barmaqlara, uzun qollara və qıfabənzər döş qəfəsinə” malik olduğu yazılmış və canlının əl sümükləri tədqiq edildikdə iddia edildiyi kimi 2 ayaq üzərində deyil, “indiki şimpanzelər və qorillalar kimi barmaq oynaqları üzərində yeridiyi” etiraf edilmişdir. 1
Lüsi fosilinin meymuna bənzəyən xüsusiyyətləri yürüşü və əl sümükləri ilə məhdud deyil. Çənəsi eynilə meymun növlərindəki kimi “U” şəklində, dişləri isə insana nisbətən çox böyükdür.
Tel-Əviv Universitetindən olan antropoloqlar Lüsinin alt çənə çıxıntısının (alt çənə sümüyü) meymun növü olan qorillalara çox bənzədiyini bildirmiş və bunun üzərinə də təkamül nəzəriyyəsini müdafiə edən tədqiqatçılar, “Lüsi fosilini gündəmə gətirməyin öz mənfəətlərinə uyğun olmayacağı” barədə həmfikir olmuşlar. 2
Təkamülçülərin 2016-cı ildəki etirafı: “Lüsi şimpanzedir”.
2016-cı ildə “PLOS One” jurnalının noyabr buraxılışında dərc olunan Lüsi ilə bağlı aparılan son araşdırmada da nəticə eyni olub. Cons Hopkins Universiteti və Texas Universitetindən Lüsinin skeletini tomoqrafiya cihazı ilə araşdıran tədqiqatçılar Lüsinin həyatının böyük hissəsini ağacların üzərində keçirdiyini və bu baxımdan insandan çox şimpanzeyə bənzədiyini etiraf etmişlər. 3
Ostin Texas Universitetinin antropologiya professoru Con Kappelman Lüsinin fosilini Efiopiyanın Əddis-Əbəbə Milli Muzeyində araşdırmış və bu şəkildə şərh etmişdir:
“Məncə müstəqil bir göstərici ilə Lüsinin ağaclarda kifayət qədər vaxt keçirdiyini və bunun dəlillərinin sümüklərində gizli olduğunu göstərmək Lüsinin ağacdan düşərək ölmüş ola biləcəyi fikrini dəstəkləyir. (Lüsi) Dırmaşma yönü ilə şimpanzelərlə bənzərlik təşkil edir”.4
Ancaq müasir texnologiyanın aşkara çıxardığı bu həqiqətlər əslində fosil kəşf edildiyi dövrdə də məlum idi. Doktor Cohanson 20 noyabr 1986-cı ildə Kanzas-Sitidəki Missuri Universitetində (UMKC) çıxışında bir diz sümüyü tapdıqlarını və Lüsinin insanın əcdadı olduğu iddiasını da bu sümüyə əsaslandırdıqlarını iddia etmişdi. Bu iddiadan sonra iştirakçılardan biri (Roy Holt) Cohansona “diz sümüyünü Lüsi skeletindən nə qədər uzaqda tapdıqlarını” soruşmuş və Cohanson da “60 metr aşağıda və iki üç-kilometr irəlidə” şəklində cavab vermişdi. Bu cavab üzərinə, “bu qədər uzaqda yerləşən diz sümüyünün Lüsiyə aid olduğunu haradan bilirsiniz” sualı verildikdə Cohanson “anatomik cəhətdən oxşardır” şəklində cavab vermiş, lakin bu cavab elmi cəhətdən təşkil etdiyi ziddiyyət səbəbilə olduqca gülünc qarşılanmışdı. Bunun səbəbi ayılar və itlər kimi bir-birindən tamamilə fərqli növlərə aid canlıların anatomik oxşarlıqlarının ola biləcəyi o zaman elm dünyasına artıq məlum olması idi. (http://www.proof-of-evolution.com/donald-johanson.html)
Göründüyü kimi, Lüsi kəllə sümüyü ilk tapıldığı andan etibarən meymun skeleti olduğu məlum olmasına baxmayaraq, xüsusi planlaşdırılmış təbliğatla 43 il boyunca insanlara “insanın əcdadı” kimi tanıdılmışdır. Bütün dünyaya insanla meymun arasındakı “itmiş halqa” kimi qəbul etdirilməyə çalışılmışdır. Ancaq elmi əsası olmayan və həqiqətə söykənməyən bu iddia elmin və texnologiyanın inkişaf edən imkanları istiqamətində hər dəfə tədqiq edildikdə əsassız olduğu dəfələrlə məlum olmuşdur.
Bu günə qədər təkamül nəzəriyyəsini ideoloji əsaslarla dəstəkləyən dairələr tərəfindən bir çox saxta və xəyali iddia ortaya atılmışdır. Ancaq bu iddiaların biri belə elmi cəhətdən sübut olunmadığı kimi, əsassız olduğu isbat edilmişdir.
21-ci əsr elminin göstərdiyi bir həqiqət var: canlılar təkamül keçirməmiş, zaman ərzində təsadüflər nəticəsində bir növdən başqa növə çevrilməmişlər.
Dövrümüzdə yaşayan canlılar bu gün necə görünürsə, milyonlarla il əvvəl də yenə eyni idilər. Aradan keçən milyonlarla illik müddətə baxmayaraq, heç bir dəyişikliyə məruz qalmayıblar. Mövcud olduqları ilk andan etibarən bugünkü xüsusiyyətlərə malikdirlər. Milyonlarla illik müddət ərzində dəyişikliyə məruz qalaraq deyil, sahib olduqları xüsusiyyətlərlə birlikdə bir anda ortaya çıxmış, yəni Allah tərəfindən yaradılmışlar.
Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına! (Sad surəsi, 27)
Mənbələr:
1. Mark Collard and Leslie C. Aiello, "From forelimbs to two legs," Nature (March 23, 2000), 404:339–340.
2. Siegel-Itzkovich, Judy, Israeli Researchers: ‘Lucy’ is not direct ancestor of humans, The Jerusalem Post, http://www.jpost.com/Health-and-Sci-Tech/Science-And-Environment/Israeli-researchers-Lucy-is-not-direct-ancestor-of-humans
3. Christopher B. Ruff , M. Loring Burgess, Richard A. Ketcham, John Kappelman. Limb Bone Structural Proportions and Locomotor Behavior in A.L. 288-1 ("Lucy"). PLOS ONE, 2016 DOI: 10.1371/journal.pone.0166095
4. http://blogs.discovermagazine.com/deadthings/2016/11/30/the-latest-on-lucy-early-hominin-spent-serious-time-in-trees/#.WHfotBuLSUk
5. http://spiritualcoretheory.com/lucy-fails-test-as-missing-link/
http://www.harunyahya.org/tr/Makaleler/241603/PLOS-One-Dergisi-de-sonunda-itiraf-etti-%E2%80%9CLucy-insanin-atasi-degildir-bir-maymundur%E2%80%9D