De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!”
(İsra surəsi, 81)
Son zamanlar təkamülçülər nəzəriyyələrinin çökməsinə görə açıqça çarəsiz davranışlar göstərirlər. “Yaradılış atlası”nın bütün dünyada meydana gətirdiyi şok təsirlə yanaşı, müxtəlif yerlərdə təşkil edilən fosil sərgilərinə göstərilən maraq darvinizmin güclü zərbə aldığını sübut edir. Tarixin ən böyük elmi saxtakarlığını dəstəkləyən təkamülçülər əvvəlcə səssizləşmiş, müdafiə güclərini, şövqlərini itirmişlər. Ancaq sonradan saxta nəzəriyyəyə ömürlərini həsr etmənin peşmançılığını keçirməyə başlamış və itirdikləri etibarı qurtarmaq üçün demokratiya, düşüncə və inanc azadlığına fikir vermədən təkamül nəzəriyyəsini çökdürən fosil sərgilərinin qadağan olunmasına cəhd etmişlər. Yaşadıqları panikanın təsirindən təkamül nəzəriyyəsini sorğulamağı, araşdırmağı, hətta bu nəzəriyyəyə şübhə ilə baxmağı belə qadağan etmişlər. İllərlə elmilik qılafına bürünən darvinistlər gerçək üzlərini göstərməyə başlamış və təkamül nəzəriyyəsinə kor-koranə bağlı olduqlarını bir daha sübut etmişlər.
Darvinizm insanların elmi mövzulardakı məlumat əskikliyindən istifadə edir və məlumatsız kütlələrə təsir etməyə çalışır. Bu məqsədlə, bol təkrarla kütlə hipnozundan və sehir təsirindən istifadə edilir.
Bu gün kütlə hipnozunun təsiri bütün dünyanı bürümüşdür. Belə ki, insanların əksəriyyəti, əslində, haqqında heç bir şey bilmədikləri təkamülün qızğın müdafiəçisinə çevriliblər. Əslində, onların bir çoxu nəyi müdafiə etdiyinin şüurunda belə deyil. Onlar yanlız qəzetlərdə gördükləri get-gedə dikələn xəyali meymun-insan şəkillərinin və ya “əcdadınız soxulcan imiş” kimi xəbərlərdən təsirlənirlər. Bu kimi təlqinlərlə kütlə hipnozu uğurlu olmuşdur. Bu saxta uğur səbəbindən heç kim “dəlil varmı?” deyə soruşmağı düşünməmişdir.
Ancaq tarixin ən böyük kütlə aldatmacası olan darvinizmin 150 illik uğuru son illərdə Adnan Oktar vasitəsilə sona çatmışdır. Adnan Oktarın çoxsaylı kitabları, dünyada zəlzələ təsiri yaradan “Yaradılış atlası”, təkamül saxtakarlığını ortaya qoyan fosil sərgiləri, dünya miqyasında aparılan konfranslar və yayımlanan sənədli filmlərlə darvinistlərin saxtakarlığı üzə çıxmış, darvinistlərin insanları necə aldatdıqları açıqca göstərilmişdir.
350 milyondan artıq fosilin təkamülü inkar etdiyinin dəlillərlə göstərilməsi, bir zülalın belə təsadüfən meydana gələ bilməyəcəyinin bütün dünyaya elan edilməsi bu günlərdə təkamülçülər üzərində böyük panika yaratmışdır. Bu panika təkamül nəzəriyyəsini inkar edənlərə qarşı illərdir aparılan zəiflətmə siyasətinin dərəcəsinin artması ilə ortaya çıxmışdır.
Təkamül nəzəriyyəsi zorbalıqla, təzyiq rejimi ilə, saxtakarlıqla yaşadılır. Təkamül nəzəriyyəsinin illərdir gündəmdə olmasının yeganə səbəbi bütün dünyaya hakim sistem olan Darvinist diktatorluqdur. Darvinist diktator rejimi nəticəsində təkamül insanlara zorla qəbul etdirilmişdir. Dravinist hipnoz insanların heç fərqinə varmadığı şəkillərdə yayılmış, böyük kütlə bu hipnozun təsiri altında qalmışdır. Bu kirli diktatorluğun hiyləgər üsulları nəticəsində təkamül nəzəriyyəsi dünya miqyasında sanki inkaredilməz mövqeyə gəlmişdir.
Təkamül nəzəriyyəsi inkarı rədd edir, çünki batil darvinizm dininin müdafiəçiləri əsası olmayan bu nəzəriyyəni yaşada bilməzlər. Bir yalan açıqca yüksək səslə söylənilir və bunun yalan olduğunu göstərmək isə cinayət sayılır. Elmilik iddiası ilə ortaya atılan nəzəriyyə elmdən tamamilə uzaq, rəsmi şəkildə inkar edilməsi qadağan edilən, batil və xürafat inanc sisteminə çevrilib. Maraqlı cəhət isə ondan ibarətdir ki, bu, göz görə-görə çəkinmədən edilir.
Təkamülçülərin yaradılış dəlillərini gördükləri zaman psixoloji sıxıntı və gərginlik keçirdikləri göstərdikləri reaksiyalardan və sıxıntılı hərəkətlərindən aydın olur. Darvinistlər adətən bu məğlubiyyəti və əzikliyi bilərək Yaradılışı müdəfiə edənlərin qarşısına çıxırlar. Öz ideologiyalarının tələbi olaraq, heç bir dəlili olmayan nəzəriyyəni həqiqət və elmi dəlilləri varmış kimi müdafiə etmək məcburiyyətindədirlər. Onlar təkamül nəzəriyyəsinin etibarsızlığına dair göstərilən elmi dəlillərə bir cavab verməlidirlər. Bir yalanı müdafiə etmək gerçəklərin fərqində olan bir insan üçün böyük sıxıntıdır. Bu səbəbdən, fosil sərgiləri, kitablar və qarşılıqlı mübahisə proqramları təkamülçülərin hirsləndiyi, sıxıldığı, qəribə əl-qol hərəkətləri ilə qarşı çıxmaq istədiyi, qəzəbdən gərildiyi, bezdirici davranışlar göstərdiyi yerlərdir.
Əllərinə keçən hər fürsətdə demokratiya, haqq, düşüncə azadlığı kimi anlayışların arxasına sığınan təkamülçülər iddialarının keçərsizliyi isbat ediləndə xürafatcıl və təcavüzkar olurlar. Daim arxasına sığındıqları düşüncə azadlığı, söz haqqı, demokratiya, fikir azadlığı kimi anlayışların üstündən bir anda xətt çəkirlər. Yaradılış gerçəyini isbat edən dəlillər ortaya qoyulduğu zaman dərhal dözümsüzləşir və hücuma keçirlər. Əslində, iddiaları mövzusunda sabit fikirli, fanatik, xürafat və sapqın olanlar məhz təkamülçülərdir. Çünki darvinizm elmin gətirdiyi bir nəticə deyil, əksinə elmin yalanladığı saxta və sapqın bir inancdır. Sadəcə ideologiya və batil inanc sisteminə əsaslandığı üçün ancaq xuliqan üsullarla yaşadılmağa çalışılır.
Bu gün Darvinizm dünya miqyasında dövlət qurumlarına hakimdirsə, bunun yeganə səbəbi zorba və təcavüzkar siyasətdir. Əgər davrinistlər:
Darvinist propaqandanın əsasında daim bir yalanın təkrar edilməsi durur. Yalan təkrar-təkrar deyildikcə, elm adamları, dünya miqasında tanınmış jurnallar və qəzetlər bu yalana ortaq çıxdıqca bəzi məlumatsız insanlar ona inanmağa başlayır. Darvinizmin geniş yayıldığı mühit məhz belə mühitdir.
Təkamülçülər ələ aldıqları bəzi media vasitələri ilə əvvəlcə təkamül fikrini dərindən və səssizcə yaymış və kütlə hipnozu meydana gətirmişlər.
Təkamülçülərin əlindəki jurnallar, qəzetlər, televizorlar və digər informasiya orqanları vasitəsilə təkamülün həqiqət olduğu təlqin edilmişdir. Bu təlqin hələ də davam edir.
İnsanlar üzərində sehir təsiri meydana gətirmək üçün saxta şəkillər, rekonstruksiyalar, saxta fosillər, saxta şərgilər yaradıb görüntülü təlqin metodları inkişaf etdirilir.
Tarixin ən böyük saxtakarlığı olmasına baxmayaraq, təkamül məktəb kitabxanalarına bir elm kimi daxil edilmişdir.
Darvinist diktatorluq bütün dünyada təkamülü qoruması altına almış, bəzi dövlət qurumları bu qoruyuculuğu şəxsən öz öhdələrinə götürmüşlər. Təkamülə qarşı çıxmaq cinayət hesab edilmiş, insanlar, məktəblər, idarələr bu səbəbdən məhkəməyə verilmişlər.
Elm təkamülü tamamilə inkar etməsinə baxmayaraq, darvinistlər təkamülə inananları elmi, inanmayanları elmdən uzaq elan etmişlər və bu təlqin nəticəsində təkamülü inkar edənlər cəmiyyətdən xaric edilmişlər.
Bir zülalın varlığı təkamülü süquta uğratmışdır. Darvinistlər istədikləri qədər içi formullarla dolu aldadıcı kitablar yazsalar da, istədikləri qədər saxta fosillər yaratsalar da, istədikləri qədər Yaradılışa aid elmi dəlillərə demaqoq hücumlar etsələr də, istədikləri qədər xəyali şəkillərlə dolu afişalar yapışdırıb bunu təkamül sərgisi kimi tanıtsalar da gülünc vəziyyətə düşməkdən qurtula bilmirlər. Çünki darvinistlər hələ BIR ZÜLALIN NECƏ MEYDANA GƏLDİYİNİ BELƏ AÇIQLAYA BİLMİRLƏR.
Canlıların əsasını təşkil edən zülalın tək başına ortaya çıxma ehtimalı yoxdur. Çünki bir zülalın meydana gəlməsi üçün 100-ə qədər ZÜLALIN o anda eyni yerdə hazır olması VACİBDİR. Bu fövqəladə komleks quruluşun möhtəşəm detallarına girməyə belə ehtiyac yoxdur. Başqa zülallar olmadan bir zülalın əmələ gələ bilməyəcəyi DARVİNİZMİ YERLƏ-YEKSAN EDİR. Təkamülçülərin bir zülal qarşısındakı rüsvayçılığı bununla bitmir.
Bundan başqa:
Qısası,
BİR ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN BÜTÜNLÜKLƏ VAR OLMASI ZƏRURİDİR. Hüceyrə bu gün araşdırdığımız və az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadıqca, BİR ZÜLAL BELƏ MEYDANA GƏLMƏZ.
Gördüyümüz kimi, təkamül nəzəriyyəsi hələ başlanğıc mərhələsində iflas etmişdir. Bir zülal qarşısında çarəsiz qalan darvinistlərin yer üzündəki canlı müxtəlifliyi mövzusunda insanları aldatmağa çalışmaları təkamül saxtakarlığının nə qədər ciddi problem olduğunun açıq göstəricisidir.
Təkamül nəzəriyyəsini yerlə-yeksan edən ikinci dəlil fosillərdir. Təkamülçülər fosillər mövzusunda da saxtakarlıq edirlər. Daim insanları özlərinin düzəltdikləri saxta ara-keçid fosilləri, uydurma şəkillər, saxta maketlər və rekonstruksiyalarla aldadırlar. Halbuki indiyə qədər bir təkamülçü bir fosili alıb “biz təkamülə sübut gətirdik” deməmişdir. Çünki bu, mümkün deyil. BİR DƏNƏ BELƏ ARA-KEÇİD FOSİLİ YOXDUR.
Bu, illərdir təkamülçülərin aldadıcı təlqininə məruz qalanlar üçün bir dəlildir. Çünki bütün darvinist yayımlarda təkamülü isbat edən ara fosillərdən bəhs edilir. Halbuki təkamülü isbat edən bir ara fosil belə tapılmayıb. Bu, darvinistlərin uydurduğu ən böyük yalanlardan biridir.
İndiyə qədər 350 milyondan çox fosil tapılmışdır. Bunlardan BİR DƏNƏSİ BELƏ ARA FOSİL DEYİL. Təkamülçülərin ara fosil deyərək qəzet və jurnalların sərlövhələrində yayımladıqları fosillərin də hər birinin saxtarkarlıq olduğu ortaya çıxmışdır. 350 milyondan çox fosilin əksəriyyəti hal-hazırda yaşayan canlıların milyonlarla il əvvəlki nümunələridir. Yəni bunlar yaşayan fosillərdir. Bu fosillər sübut edir ki, milyonlarla il boyu canlılar heç bir dəyişiklik keçirməyiblər. Tapılan fosillərin bir qismi keçmişdə yaşamış və nəsli tükənmiş canlılara aiddir. Fosillər bu canlıların yüz milyonlarla il əvvəl çox geniş və heyranedici kompleksliyə sahib olduğunu isbat etmişdir. Bu vəziyyət təkamülün elmi cəhətdən çökməsinə gətirib çıxarmışdır.
Fosillərin təkamülü inkar etməsi darvinizmə vurulan ikinci böyük zərbədir. Təkamülün çökməsini elmin hər sahəsi isbat edir. Hər bir elmi kəşf, hər dəfə yeni dəlillərlə təkamülü çürüdür. Lakin üzərində durduğumuz bu iki dəlil (təkamülün zülallar və fosillər qarşısında məğlubiyyəti) təkamülü yıxmağa kifayət etdiyi üçün təkamülü çürüdən digər detallara varmağa ehtiyac yoxdur. Bu böyük zərbə darvinistlərə bəs edir.
Darvinizmin elm ilə heç bir əlaqəsi yoxdur. Elm darvinizmin düşmənidir. Elm ateizmə qarşıdır. Elm anti-kommunistdir, anti-marksistdir. Elm marksist, ateist və darvinist düşüncəni darmadağın edən bir quruluşdur. Elmin hər sahəsi təkamülü inkar edir. Elm ilə darvinist aldatmaca çökmüşdür. Mikrobiologiya, genetika, molekulyar biologiya, zoologiya, paleontologiya, qısası, bütün elm sahələri təkamülün etibarsızlığını isbat edir. Darvinistlər elm qarşısında artıq məğlub olublar. Dolayısı ilə təkamülün elmi nəzəriyyə kimi oxudulması və təlqin edilməsi böyük aldatmacadır. Elm Allaha iman gətirənlər üçündür, səmimi dindarlara fayda gətirir.
Bu həqiqətlərə baxmayaraq, darvinistlərin ən böyük aldatma mövzusu elm olduğu üçün bu təlqini əllərindən buraxmaq istəmirlər. Bunun üçün darvinistlər elmi jurnallarında yayımladıqları aldadıcı xəbərlərə elmi termin və formul əlavə edərək oxucularda anlaşılmaz və qarışıq məlumat düşüncəsini yaratmağa çalışırlar.
Darvinizmin məhvə doğru istiqamətlənməsi, ancaq zor gücünə ayaqda tutulması darvinistlər arasında fövqəladə panikaya səbəb olmuşdur. Ancaq artıq heç bir hərəkat darvinistlərin saxta dinini ayaqda tuta bilməyəcəkdir. Bu Allahın adətullahıdır. Hər şeydən xəbərdar olan Rəbbimiz Allah bir ayəsində iman gətirənlərin hər zaman üstün gələcəyini belə bildirir:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi,18)
Adnan Oktarın bir zülalın belə təsadüfən meydana gələ bilməyəcəyi həqiqətini dünyaya yayması və “Yaradılış Atlası” adlı əsərilə milyonlarla canlının dəyişmədiyini isbat etməsi bu gün dünyada təkamülü bitirən ən təsirli vasitədir. Dünyada dindar müsəlmanlar da, dindar xristiyanlar da və dindar yəhudilər də bu üstün uğur nəticəsində rahat hərəkət edə bilirlər. Əvvəllər darvinistlərə qarşı olduqca zəif olan və hətta heç bir fəaliyyət göstərə bilməyən bəzi dindarlar bu əhəmiyyətli çalışmalardan sonra güclənməyə başladılar. Adnan Oktarın təkamülü yıxan dəyərli və əzmli çalışmalardan sonra AMERİKANIN HƏRBİ BAZALARINA TƏKAMÜL SAXTAKARLIĞINI İZAH EDƏN VƏ ALLAHIN BİRLİYİNƏ ÇAĞIRAN KONFRANSLAR VERİLMİŞ, LONDON AVTOBUSLARI ÜZƏRİNDƏ “ALLAH VAR” YAZISI YAZILMIŞDIR.
Bu əhəmiyyətli işlərdən sonra Kanadada, Amerikada, İsveçrədə, Belçikada, Almaniyada, Avstraliya, Yeni Zelandiyada, Fransada, Danimarka və İsveçdə, İndoneziya və Malaziyada, Sinqapur və Dubayda və bir çox ölkədə minlərlə insanın iştirak etdiyi YARADILIŞ KONFRANSLARI həyata keçirilmişdir, bütün dünyada televizor proqramları və yazılı media bu üstün çalışmalardan bəhs etmişdir.
Elmin çökdürdüyü darvinizm indi propaqanda üsullarının ifşa edilməsi ilə yeni bir çöküş yaşayır. XXI əsr darvinistlər əllərindəki bütün qaynaqlara, maddi dəstəyə, media və propaqanda üsullarına baxmayaraq, təkamülün dəhşətli şəkildə çökməyə məruz qaldığı və yerlə-yeksan olduğu bir əsr olacaq. Bu əsr, Allahın iznilə, bütün batil paqan dinlərin yox olduğu, Uca Rəbbimizin Hadi (Hidayət verən) isminin təcəlli etdiyi bir əsr kimi tarixə düşəcək. Uca Allah ayələrində bu həqiqəti belə bildirir: