Təkamül nəzəriyyəsini müdafiə etmək üçün yazılan məqalələrdə, verilən xəbərlərdə ortaq bir cəhət nəzərə çarpır: Elmi bir əsası olmayan mənasız cümlələr...
American Scientist jurnalının noyabr-dekabr 2014 buraxılışında dərc olunan “Yaşayan fosillər haqqında təkamül həqiqəti” başlıqlı məqalədə bunun bir nümunəsini görmək mümkündür.
Bu məqalədə ən əsas “Yaradılış Atlasındakı fosillər ilə bu canlıların dövrümüzdəki vəziyyətini təsvir edən şəkillərin birlikdə istifadə olunmasının təkamülü alt-üst edəcək bir sübut olmadığı” fikri müşahidə olunur.
Məqalədəki iddialardan biri də “Yaşayan fosil ifadəsinin yanlış istifadə edildiyi, yaşayan fosillərin təkamül anlayışını alt-üst etmədiyi və təkamül əleyhinə bir sübut olmadığı”dır. Əlbəttə ki, bunlar elmi açıqlamadan çox uzaqdır.
İlk öncə qeyd etmək lazımdır ki, təkamül nəzəriyyəsini inkar və ya təsdiq etməyin yeganə yolu elmdir. Bunun üçün də paleontologiya,mikrobiologiya, genetika, zoologiya kimi elm sahələrindən istifadə edilir. Bu məqalədəki iddiaya da fosil elmindən, yəni paleontologiyadan faydalanaraq cavab vermək lazımdır.
Yaşayan fosil ifadəsini doğru istifadə etmək
Fosil elmi fosilləri dəlil kimi istifadə edərək dünyada canlı aləmin tarixini yazmaq məqsədi daşıyan elm sahəsidir. Milyonlarla il əvvəl ölmüş canlıların fosil adlandırılan daşlaşmış qalıqlarına və ya izlərinə əsaslanaraq tədqiqatlar aparılır.
Fosillər bizə keçmişdə yaşamış canlılarla hal-hazırki nümunələri arasında müqayisə etməyə imkan yaradır. Məsələn, 190 milyon il əvvəl yaşamış bir timsah fosili ilə hal-hazırki nümunəsi arasında fərqin olub olmadığını rahatlıqla görə bilərik. Əlimizdəki bütün fosillərdə olduğu kimi heç bir fərq yoxdursa, timsahların milyonlarla ildir ki, dəyişmədiyini anlayarıq. Buna görə də canlı fosillər üçün “yaşayan fosil” ifadəsini istifadə edirik.
Fosillər təkamül nəzəriyyəsinə ən böyük zərbəni vuran tapıntılardır
Eyni şəkildə fosil elmindən faydalanaraq bir canlıda təkamülçülərin fərziyyələrinin elmi əsasının da olub olmadığını anlaya bilərik. Təkamülçülər canlıların fasiləsiz olaraq kiçik dəyişikliklər keçirərək ibtidaidən aliyə doğru inkişaf etdiyini iddia edirlər. Bu iddia doğrudursa, fosil qalıqlarında bunun dəlillərini görməliyik.
Necə ki, fosil qalıqları bizə bütün canlıların yüz milyonlarla il ərzində kiçik bir dəyişiklik belə keçirmədiyini sübut edirsə, eyni şəkildə təkamülçülərin də iddialarının doğru olduğunu göstərməlidir.
Ancaq fosil qalıqlarında darvinistlərin “zaman ərzində dəyişiklik” iddialarının tək bir dəlili yoxdur. Canlıların bir-birlərindən törədiklərini və bunu sübut edən ara keçid formalarının olduğunu iddia edən darvinistlərin əksinə olaraq, 150 ildir ki, aparılan tədqiqatlar nəticəsində tək bir ara keçidə aid fosil tapılmayıb.
Bu vəziyyət fosillərin təkamülə dəstək yox, tamamilə əksinə, qarşı olduğunu bizə göstərir.
Sözü gedən məqalədə “Coelacanth” balığına aid fosil və hal-hazırki halının eyni olmadığı iddiası da irəli sürülmüşdür.
Bu iddianın doğru olub olmadığını da sübut etmək çox asandır. Çünki Coelacanth canlı olaraq tapılana qədər darvinistlərin illərlə ən əhəmiyyətli “ara keçid canlısı” kimi tanıdaraq üzərində çoxlu spekulyasiya apardıqları bir növ idi.
(Coelacanth haqqında ətraflı məlumat üçün baxın:
http://www.harunyahya.org/tr/Evrimcilerin-Sahtekarliklari/11383/coelacanth-iddiasi və
http://www.yasayanfosiller.com/3_1.php)
Ən qədim fosilləri 400 milyon il əvvələ aid olan Coelacanth balığı canlı olaraq tutulanda və dərinliklərdə yaşayan bir balıq olduğu, quru canlıları ilə heç bir əlaqəsinin olmadığı məlum olanda təkamülçülər böyük sarsıntı keçirdilər və Focus jurnalının aprel 2003 buraxılışında bu tapıntının yaratdığı çaşqınlıq bu sözlərlə ifadə edildi:
Əslində bir dinozavr tapılsaydı bu daha az təəccüb yaradardı. Çünki fosillər Coelacanth-ın dinozavrların ortaya çıxmasından 150-200 milyon il əvvəl yaşadıqlarını göstərir. Bir çox alimin quru onurğalılarının əcdadı olaraq təqdim etdiyi, ən azı 70 milyon il əvvəl yox olduğu zənn edilən balıq canlı tapılıb.
Coelacanth-ın bu günə qədər tapılan təxminən 200 canlı nümunəsi ilə milyonlarla il əvvəlki fosilləri müqayisə edilərkən, bu növün də təkamülün istədiyi inkişaf cədvəlini ortaya çıxartmadığı, əksinə heç dəyişməyən sabit vücuda malik olduğu görünür.
(Şəkillər üçün linkə daxil olun: http://tr.harunyahya.net/coelacanth-fosili-yasayan-fosiller-2/)
Burada nümunə olaraq verdiyimiz canlıları və fosillərini müşahidə edərək bu qərarı özünüz də verə bilərsiniz.
American Scientist jurnalında göstərilən iddialar darvinist medianın keçirdiyi çarəsizliyi ifadə etmək baxımından çox əhəmiyyətlidir. Ancaq darvinistlər fərziyyələrə ümid etməməli, elm ilə nəzəriyyələrini sübut etməlidirlər.
Darvinistlər çarəsiz çırpınmalara güvənməkdənsə, elmə müraciət etməlidirlər
American Scientist jurnalındakı məqalə ilə bağlı bir məqam da qeyd edilməlidir:
Fosillər araşdırılarkən tamamilə xarici görünüşünə görə o növə aid olan fiziki xüsusiyyətlər dəyərləndirilir və canlının hansı növə aid olduğu ayırd edilir. Buna görə də xəbərdə bildirilən “... bəlkə də hal-hazırki vəziyyəti ilə arasında fərq vardır, lakin biz bilmirik...” kimi ifadələr paleontologiya metodları ilə ziddiyət təşkil edir. Çünki canlı dəyişmədiyinə görə fosilin bu gün hansı canlıya aid olduğunu müəyyən etmək mümkün olur. Canlılar sabit olduqları üçün fosilləri ilə hal-hazırki vəziyyətləri ilə asanlıqla müqayisə edərək növünü tapmaq mümkün olur.
Jurnalda sözü gedən ifadə yalnız həqiqəti görmək istəməyən bir nəfər tərəfindən uşaqcasına bir etiraz düşüncəsi ilə yazılmış kimi görünür.
Qısası, dəyişiklik olsaydı, fosillərdə də bunu görməliydik, lakin belə bir dəyişiklik fosil qalıqlarında yoxdur. Tapılan 550 milyondan çox fosil bizə canlıların müəyyən dövrlərdə mükəmməl bir şəkildə və bir anda yarandıqlarını və təkamülçülərin iddia etdikləri kimi bir dəyişikliyin heç vaxt baş vermədiyini qəti bir şəkildə göstərir. Əlbəttə ki, məqalədə də adı çəkilən Yaradılış Atlasının bu həqiqətin ortaya çıxmasında rolu böyükdür.
Yaradılış Atlasının möhtəşəm təsiri davam edir
Bir çox insan fosilin nə olduğunu bilmədiyi halda, hətta əksəriyyəti fosillərə çox az rast gəlindiyini, yalnızca muzeylərdə görmək mümkün olduğunu düşünərkən, cənab Adnan Oktarın nəhəng əsəri olan Yaradılış Atlası ilə bu yalnış fikirlər tamamilə dəyişdi.
Demək olar ki, hər kəs fosilin nə olduğunu öyrəndi və ən əhəmiyyətlisi də milyonlarla il əvvəldən bu günə qədər gəlib çatan elmi dəlillərlə tanış oldu. Əsər bütün dünyada böyük bir təsir yaratdı.
Bir-birindən keyfiyyətli şəkillərin daxil olduğu bu nəhəng əsər görünüşündəki əzəmət və təsirediciliklə yanaşı, Allah’ın üstün yaratmasının dəlillərini təqdim edən və təkamül nəzəriyyəsinin əsassızlığını izah edən elmi məzmunu ilə də diqqət cəlb edirdi.
İnsanlar Yaradılış Atlasının hər bir səhifəsini diqqətlə müşahidə etdilər və hal-hazırda yaşayan canlı növlərinin milyonlarla il əvvəl də eyni formada olduqlarına özləri də əmin oldular.
Şübhəsiz ki, belə bir kitabı əlinə alan və canlıların dəyişmədiyini öz gözləri ilə görən bir insanın təkamülə inanmayacağı aydındır. Darvinist nəşrlərin keçirdiyi panikanın səbəbi də bu məğlubiyyətdir.
Yaradılış Atlası ilə bağlı dünya mediasında verilən xəbərlər də bu məğlubiyyəti izah etmək üçün çox əhəmiyyətlidir: