CNNTurk.com, 17 noyabr 2009-cu ildə Selekant (Coelacanth) kimi adlandırılan “Yaşayan fosil”, Yapon tədqiqadçıtları tərəfindən lentə alıdı. Tokiodakı “Iwaki” akvariumundan tədqiqatçılar, bala balığa İndoneziya sahillərində 6 oktyabrda dənizin 161 metr dərinliyində rast gəlindiyini bildirdi.
31,5 sm uzunluğunda, dəniz mavisi rəngindəki “Selekant (Coelacanth)” növünə aid olan balıq, qayalar arasında yavaşca üzərkən 20 dəqiqə ərzində görüntüləndi. Tədqiqatçılardan Masamitsu İvata: “Bildiyimiz qədəri ilə bu, gənc bir “Selekant (Coelacanth)”-ın ilk video görüntüsüdür. Beləliklə, bu balıqların yaşadığı bölgələri təyin etmək və necə nəsil verdiklərini aşkar etmək istəyirik” -dedi.
Tədqiqatçılar, yeni dünyaya gəldiyi guman edilən balığı göstərmək üçün dənizaltında, uzaqdan idarə olunan bir cihaz istifadə etdilər. 1938-ci ilə qədər bir çox təkamülçü zooloq bu canlının, gövdəsindəki iki cüt üzgəcləri istifadə edərək, dənizin dibində yeridiyini və həm dənizdə, həm də quruda yaşayan heyvanlar arasında ara keçid formas olduğunu fərz edirdi. Ancaq, 1938-ci ildə, Cənubi Afrika sahillərində diri “Selekant (Coelacanth)”-ın tutulması ilə bütün bu iddialar çürüdü. Ən az 70 milyon il əvvəl nəslinin kəsildiyi düşünülən bu canlı növünün üzərində aparılan tıdqiqatlar “Selekant (Coelacanth)”-ların 400 milyon ildir heç bir dəyişikliyə uğramadığını göstərir. Bu da, təkamülün heç vaxt yaşanmadığını, bütün canlıları Uca Allahın yaratdığını bir daha sübut edir.