Yeni tapılan fosil “Anxiornis huksli (Anchiornis huxleyi)”ni ara fosil zənn edən yazıq darvinistlər
ucgen

Yeni tapılan fosil “Anxiornis huksli (Anchiornis huxleyi)”ni ara fosil zənn edən yazıq darvinistlər

159

Keçdiyimiz günlərdə Çində tapılan bir fosil, “dörd qanadlı quş” olaraq darvinist mediada tələm-tələsik yayımlandı. Darvinistlər dərhal bu fosilin “quşların əcdadı” ola biləcəyini iddia etdilər. Həmişə etdikləri kimi bu canlıya dərhal bir də ad qoydular. Fosilə; ateist, təkamülçü və 32-ci dərəcədən mason olan Darvinin bulldoqu olaraq bilinən Tomas Huksleyin xatirəsinə Anchiornis huxleyi dedilər.

Fosil, qanadları olan eyni zamanda da arxa ayaqlarında da tüklər olan bir quş fosili idi. Darvinistlərin heç cür açıqlaya bilmədikləri bu fosil, əslində təkamül nəzəriyyəsinin öz iddiaları ilə də ziddiyyət təşkil edirdi. Bilindiyi kimi Arxeopteriks (Archaeopteryx) mükəmməl bir quş olmasına baxmayaraq, darvinistlər tərəfindən tamamilə uşaqca iddialarla ara fosil olaraq qəbul edilir. (Arxeopteriksin mükəmməl bir quş olduğuna dair elmi dəlilləri buradan və buradan oxuya bilərsiniz.) 

151-161 milyon il əvvələ aid layların arasında tapılan bu yeni qalıq isə, Arxeopteriksdən yaşlı idi. Lakin darvinistlər baxımından Arxeopteriksə doğru getməli olan xəyali aralıq-keçid xüsusiyyətlərini göstərmirdi. Canlı, darvinistlərin ifadəsi ilə desək sahib olduğu “dörd qanadı” ilə əslində darvinist nəzəriyyə baxımından böyük bir çıxılmaz vəziyyət təşkil edirdi. Darvinistlər, iki qanadın xəyali təkamülünü açıqlamaqla məşğul olarlarkən, indi nə dinozavrlarda, nə uçan sincablarda, nə də quşlarda görünməyən üçüncü və dördüncü qanadları açıqlamaq məcburiyyətində idilər. Bu vəziyyət, əlbəttə ki, darvinistlərin iki ayaqlı dinozavrlardan təkamülləşmə iddiasına dərin və böyük bir zərbə endirməkdə idi. Məhz bu səbəblə darvinistlər, “arxadakı qanadvari strukturları zamanla funksiyasını itirən” bir aralıq formadan bəhs etməyə başladılar. Hələ quşun iki qanadını açıqlaya bilməzkən, “bir şəkildə meydana gəlib sonra da nədənsə funksiyasını itirən iki cüt qanad” izahını müdafiə etdilər. Halbuki bu izah, bir çarəsizlik etirafından başqa bir şey deyildi.

 

Anchiornis Huxleyi ara fosil deyil, indiki vaxtda bənzərləri yaşayan bir quş növüdür 

Darvinistlərin bütün fərziyyələrinə baxmayaraq, Anchiornis Huxleyi fosili üzərində aparılan qısa bir araşdırma nəticəsində belə bu fosilin indiki vaxtda bənzərləri yaşayan bir quş növü olduğu dərhal aydın olacaq. Sözü gedən fosil, kəllə və ümumi bədən quruluşu baxımından tam olaraq quş xüsusiyyətləri göstərməkdədir. Sahib olduğu qanadlar və tüklər baxımından da canlının, indiki vaxtda yaşayan paçalı göyərçin növünə bənzədiyi aydın olmaqdadır. Bilindiyi kimi, sözü gedən canlılarda qanadlarla yanaşı, heyvanın ayaqlarında qanadları xatırladan tüklər var. Sözü gedən tüklər, birbaşa qanad funksiyası yerinə yetirməsə də canlının dəbdəbəli görünüşü üçün əhəmiyyətlidirlər.   

Təxminən 160 milyon illik bu canlı da, indiki vaxtda yaşayan paçalı quşlarla eyni xüsusiyyəti daşımaqdadır. Sözü gedən canlı bu fəsiləyə aid növlərin nəsli kəsilmiş nümayəndəsidir. Bu elə açıqdır ki, fosil şəkilini araşdıran hər elm adamı, bu açıq bənzərliyi asanlıqla görəcək.

Daha əvvəl ifadə etdiyimiz kimi, darvinistlər, özləri üçün çıxılmaz bir vəziyyət olan bu fosili bir ara fosil görünüşündə təqdim edə bilmək üçün, nəzəriyyələrinə olduqca çətinlik yaradan arxa tüklərin zamanla “rudiment orqana” çevirildiyini iddia edirlər. Bu, əslində təkamülə görə belə deməkdir: “Bir dinozavr zamanla uçmağa qərar verdi, ardından bunun üçün iki qanad inkişaf etdirdi, bir cüt daha qanadın yaxşı olacağını düşünərək onları da inkişaf etdirdi. Lakin son iki qanadı inkişaf etdirərkən birdən bunların gərəksiz olacağını düşündü. Sonra bu qanadların ortadan qalxması lazım olduğuna qərar verərək iki qanadla xəyali təkamül prosesinə davam etdi”. Darvinistlərin məhz dünyaca məşhur jurnallarda bəzəkli elmi sözlərlə izah etməyə çalışdıqları nağılın xülasəsi budur. Uşaqları belə artıq aldada bilməyəcək olan bu fövqəladə dərəcədə məntiqsiz ssenaridə, darvinistlərin çarəsiz qaldığı nöqtələr isə aşağıdakı kimidir: 

  • Dinozavrlardan quşlara keçiş deyə bir şey yoxdur. Belə bir keçiş fizioloji olaraq qeyri-mümkündür və əlbəttə bu qeyri-mümkün ssenarini təsdiqləyəcək BİRCƏ DƏNƏ BELƏ ARA FOSİL YOXDUR.
  • Quşlar havada süzülən bir başqa canlıdan da yaranmamışlar. Quşlar quş olaraq var olmuş, mükəmməl görünüşləri İlə birdən ortaya çıxmışlar. Heç bir canlıda olmadığı kimi quşun da təkamülləşdiyini göstərən BİRCƏ DƏNƏ BELƏ ARA FOSİL YOXDUR.
  • Quş tükləri və qanadları hazırda biologiyanın araşdırdığı ən kompleks strukturlar arasındadır. Şüursuz bir canlının bunları lazımlı görərək onları inkişaf etdirməsi və sonra onlardan imtina edib aradan qaldırması kimi bir iddia tam mənasıyla axmaqlıqdır. Darvinizm müdafiəçiləri, YALNIZ BİRCƏ DƏNƏ QUŞ TÜKÜ QARŞISINDA BELƏ ÇIXILMAZ VƏZİYYƏTDƏDİRLƏR.
  • Dörd qanad bir canlı üçün olduqca böyük bir üstünlükdür. Dörd qanadlı canlılar, iki qanadlı canlılara nəzərən çox daha iti bir manevr qabiliyyətinə sahibdirlər. Məsələn, iynəcələr və bal arıları sahib olduqları dörd qanad səbəbi ilə daha rahat manevr edə bilməkdədirlər. Bu səbəbdən dörd qanad bir canlı üçün üstünlük olmalıdır. Göründüyü kimi bu məntiqsiz iddia, təkamülün öz iddiaları ilə belə üst-üstə düşmür.
  • Canlı üzərində ara fosil olaraq göstərilə biləcək, SADƏDƏN MÜRƏKKƏBƏ DOĞRU HƏR HANSI BİR QURULUŞ YOXDUR. Canlının sahib olduğu strukturların hamısı, tam funksionaldır, üstün komplekslikdədir.
  • Darvinistlərin qurudan havaya keçiş ssenarilərini təsdiqləmək üçün ortaya atdıqları və hələ də sıxlıqla gündəmə gətirməyə çalışdıqları qalıqların hamısı, TAM və MÜKƏMMƏL CANLILARA AİDDİR. Archaeopteryx, yenə bir paçalı quş növü olan Microraptor Gui milyonlarla il əvvələ aid mükəmməl quş növləri olduqları üçün Darvinistləri ciddi şəkildə narahat edir. Darvinistlər isə bu mükəmməl Yaradılış dəlillərindən qaçışın yolunu, onları ara fosil kimi göstərməkdə tapmışlar. 

         

Tapılan yeni fosildə də darvinistlər tərəfindən eyni üsul istifadə edilir. 

Tapılan hər qalıq MÜKƏMMƏL CANLILARA AİD olduğu kimi Anchiornis Huxleyi də, indiki vaxtda yaşayan bəzəkli görünüşlü paçalı quşları təmsil edən nəsli kəsilmiş MÜKƏMMƏL BİR QUŞ NÖVÜDÜR. Və paçalı növlərin 160 milyon illik mükəmməl bir nümayəndəsi olaraq Yaradılışa əhəmiyyətli bir dəlildir. Burada əhəmiyyətli ikinci bir nöqtə isə, sözü gedən canlının heç bir üzvünün, üzərindəki heç bir quruluşun aralıq forma xüsusiyyəti göstərməməsidir. 

Darvinistlər, acizliklərini bir daha ortaya qoyan bu yeni fosildə də yenə eyni qarşı hücum üsullarından istifadə edirlər. Haqqında məqalələr çıxarıb, konfranslar verib, dünyanın ən məşhur Darvinist professorlarının dilindən, dünyanın ən tanınmış darvinist jurnallarında bu ara fosil yalanını nəşr edərək SAXTA ÜSULLARLA TƏRƏFDAR QAZANMAĞA ÇALIŞMAQDADIRLAR. 150 ildir edilən şey həmişə eynidir. Həmişə eyni çirkli təbliğat ilə insanları aldatmağa, həmişə eyni hiyləgər oyun ilə kütlələri əsrin ən böyük kütlə aldatmacasına sürüməyə çalışmaqdadırlar. Lakin artıq, meydan onlar üçün boş deyil. 

 

Darvinizm, YARADILIŞI İSBAT EDƏN 250 MİLYON FOSİLİN VARLIĞI İLƏ TAMAMİLƏ YOX OLUB GETMİŞDİR.

Darvinistlərin iddia etdikləri bir ovuc UYDURMA ARA FOSİLİN HAMISININ ETİBARSIZ OLDUĞU ELMİ OLARAQ İSBAT EDİLMİŞDİR.

Yaradılış Atlası, darvinistlərin 150 ildir gizlətməyə çalışdığı bir gerçəyi, TƏKAMÜL DEYƏ BİR ŞEY OLMADIĞI GERÇƏYİNİ BÜTÜN DÜNYAYA ELAN ETMİŞDİR.

Məhz buna görə, 150 ildir davam edən aldatma üsullarını artıq heç kim dinləmir, heç kim bunlara qulaq asmır.

Darvinistlər də vəziyyətin fərqindədirlər. Yaşadıqları acizlik, yazıqlıq, məğlubiyyət hissinin səbəbi də məhz budur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo