Keçdiyimiz günlərdə mətbuatda Avstraliyada qədim dövrlərə aid köpəkbalığı tutulduğuna dair xəbərlər yer aldı.
Viktoriyanın cənubunda Lakes girişində ovlanan balıqçılar 700 metr dərinlikdən balıq çıxardılar. Bu vərdiş etdikləri balığa bənzəmirdi. Xarici görünüşü ilan balığı bənzəyən, 25 sıralı 300-ə qədər çox iti dişlərə sahib idi. Araşdırmalar nəticəsində bu balığın Chlamydoselachus anguineus olaraq adlandırılan qırçınlı köpəkbalığı olduğu aydın oldu.
Bu köpəkbalığı, ilk olaraq 1879-ci ildə Yaponiyanı ziyarət edən Alman Ludviq Doderlein tərəfindən təyin edilmişdir. Dünyanın fərqli dənizlərində 1570 metr dərinliyə qədər yaşamaqda olan nadir dib balığıdır.
Paleontologiya isə bizə bu balıq haqqında başqa əhəmiyyətli məlumat verir. Bu balıq 80 milyon il ərzində heç bir dəyişikliyə uğramamışdır. Özünə xas, qırçınlı 6 cüt qəlsəmə yarığı və ülgüc kimi iti sıralı 300-ə qədər dişi ilə nə başqa növə çevrilmiş nə də xüsusiyyətlərində ən kiçik fərq olmuşdur. Buna görədir ki, fosil ədəbiyyatında qırçınlı balıq yaşayan fosil olaraq adlandırılır. Yaxşı bəs niyə yaşayan fosil? Çünki təkamül iddiasına görə bugünkü özəlliklərindən daha az xüsusiyyətlərə sahib olub milyonlarla il içində müxtəlif dəyişikliklərə uğraması, ya da ən azından soyunun tükənməsi lazım idi. Nə var ki, ilk günkü görünüşünü eynilə mühafizə etməkdə və fərqli coğrafiyalarda olmaqla hələ də yaşamaqdadır.
Bu vəziyyət Yaradılış Atlasında bir qismini nümunə verdiyimiz saysız canlı növü üçün də eynilə keçərlidir. Növlər yüz milyon illər keçsə də dəyişmir. Canlılıq tarixində təkamül deyə müddət yaşanmamışdır. 80 milyon ildir sabit qalan qırçınlı köpəkbalığı da bu həqiqətin digər elmi dəlilidir.
http://sozcu.com.tr/2015/dunya-bunu-konusuyor/kopekbaligi-fosili-bulundu-717703/