Paleontologiya elmi, hər keçən gün torpağın altından yeni fosil çıxarır və kəşf edilən hər yeni tapıntı ilə birlikdə, təkamül nəzəriyyəsi yenidən çıxılmaz vəziyyətə düşür.
Keçmişdən günümüzə gələn heyvan qalıqları içərisində xüsusilə trilobitlər təkamülçülər üçün çox cansıxıcıdır. Təkamülçülərin tez-tez dilə gətirdiyi, “ilk başlarda həyat ibtidai idi, sonradan kompleks halını aldı” iddiasına, trilobitlər möhkəm zərbə vurur.
Bunun səbəbi, təkamülçülər tərəfindən həyatın “ibtidai” olması lazım olduğu iddia edilən dövrdə yaşamış və soyu tükənmiş bu canlının əslində son dərəcə kompleks olmasıdır.
Nyu Yorkda kəşf edilən 450 milyon illik qalıq da, bu səbəblə təkamülçülər tərəfindən səssiz şəkildə qarşılanmışdır. Qərbi İllinoys Universitetindən geoloq Doç. Dr. Tomas Heqnanın rəhbərlik etdiyi 3 nəfərlik qrup tərəfindən araşdırılan fosilə, təkamül təbliğatı edən bir çox nəşriyyat yer vermək istəməmişdir.
Bu günə qədər bir çox trilobit fosili tapılmışdır. Ancaq bu fosili xüsusi edən, bir daşın içərisində 3 ölçülü olaraq çox yaxşı şəkildə qorunmuş və yanında yumurtaları ilə birlikdə kəşf edilən ilk trilobit fosili olması və bənzərinin tapılmamasıdır.
450 MİLYON İLLİK TRİLOBİT QALIĞI
Trilobitlər, buğumayaqlılar içərisində kompleks bədən strukturları ilə elm adamlarını heyrətə salan canlılardır.
Trilobitin gözündəki qüsursuzluq
Darvinistlərə görə trilobitləri təhlükəli edən göz strukturlarıdır. Canlının gözlərindəki texnologiya, kor təsadüfləri təməl alan təkamülləşmə ilə açıqlana bilməyəcək qədər mükəmməldir.
Gözlər, cüt görünüş meydana gəlməsini maneə törətmək üçün, bir-birləriylə eyni xətdə optik oxu üzərində yerləşdirilmiş saf kalsium karbonatdan (kalsit) meydana gəlir. Bundan əlavə, qlobal sapmaların qarşısını almaq üçün bir-birinə əlavə olunmuş cüt linzalarla örtülmüşdür.
Argentina Milli Tucuman Universitetindən Quilermo Akenoloza və yoldaşları tərəfindən 2001-ci ildə icra edilən çalışmada, trilobitlərin görüş sahələrinin çox geniş olduğu və haradasa 360 dərəcəyə yaxın sahəni görə bildikləri ifadə edilmişdir. Başqa bir deyişlə, trilobitlər, önlərini, yanlarını, kürəklərini, başlarının aşağısını və arxalarını belə görə bilən görüş bucağına malikdir. Hətta bəzi trilobit növlərində, üst kalsit linzasının üzərində, tam ortada çıxıntı var. Bu çıxıntı, uzağı və yaxını görə bilmək üçün iki ayrı dərəcəni tək linzada təqdim edən cüt mərkəzli (bifokal) eynəklər kimi işləyir. Bu, son dərəcə əhatəli optik məlumatı tələb edir. Hər hansı canlının bu məlumata öz-özünə sahib olması da əlbəttə ki, mümkün deyil.
540 milyon illik, 520 milyon illik, 450 milyon illik trilobit qalıqlarında, qlobal şəkil səbəbiylə meydana gələn optik qüsuru, suyun sıxlığını hesaba qataraq düzəltməyə yarayan şüşə bənzəri linzalar olması və bu linzaların günümüz göz həkimləri tərəfindən resept edilən nömrəli eynəklərin xüsusiyyətlərinə sahib bifokal (cüt mərkəzli) funksiyalarının olması əlbəttə təsadüflərlə açıqlana bilməz. Trilobitlərin üzərindəki tək bir gözün belə təsadüfən meydana gələ bilməsi mümkün deyilkən; bəzi növlərində minlərlə göz olan bu canlıların zaman içərisində mutasiyalar nəticəsi təkamülləşdiklərinə qarşıya qoymaq son dərəcə gülünc olacaq.
Mutasiyalarla bu cür mükəmməl quruluşun milyonlarla illik müddətdə öz-özünə var ola biləcəyini iddia etmək; dəmir çəkici götürüb milyonlarla il boyunca bir kompüterə vurduğunuzda, öz-özünə əlinizdəkindən daha müasir model kompüterin meydana gələ biləcəyini iddia etmək kimidir. Ağlı başında olan heç bir insan, bu cür aciz izahlar etməz. Bu canlıların nə cür kompleks olduqları, ağıl və vicdan sahibi hər insan tərəfindən çox dəqiq şəkildə aydın olar.
Trilobitlər mövzusunda mütəxəssis, təkamülçü paleontoloq Levi Setti, 1993-cü ildə nəşr etdiyi kitabında “Trilobitlər çox ağıllı fizika problemini həll etmişlər və görünən o ki, Fermat qanununu, Abbe Sinus qanununu, Snellin cüt qırılmalı kristallar optikası və işığın qırılması qanunlarını bilirdilər.” sözləriylə tək trilobit gözündəki mükəmməl görüş üçün lazım olan optik qanunlarını detallı şəkildə siyahıya alınmışdır.
Lakin burada Settinin göz ardı etdiyi bir həqiqət vardır. Trilobitlərin bu qanunlardan xəbərdar olmasından söhbət gedə bilməz. Bu canlılar nə Fermatı, nə Abbeni, nə də Snelli tanıyırlar. Özlərindən milyonlarla il sonra yaşayacaq insanlar tərəfindən kəşf edilən qanunları əvvəldən bilib, işləyib, öyrənib bu qanunlara görə özlərinə göz yaratdıqları kimi bir ifadə, təkamülçülərin trilobitlərdəki kompleks sistemlər qarşısında nə cür çarəsiz olduğunu göstərir.
Chicago Universitetindən Paleontologiya Professoru David Raup, trilobitlərin bu cür kompleks gözləri, öz-özlərinə kor təsadüflərlə inkişaf etdirmələrinin mümkün olmadığını bu sözlərlə ifadə etmişdir:
“Trilobitlərin gözü, ancaq günümüzün yaxşı təhsil almış və son dərəcə qabiliyyətli optik mühəndisi tərəfindən inkişaf etdirilə biləcək dizayna sahib idi.”
Yaxşı, elə isə trilobitlərdəki bu kompleks göz sistemi necə meydana gəlmişdir? Trilobitlərin belə qabaqcıl optik biliyə malik olması mümkün olmadığı ortadaykən, bu optik məlumatı haradan gəlmişdir?
Bu problemin cavabını yalnız 3 hərf ilə açıqlayaq: DNT!
DNT, bir Yaradılış kodudur. Hər canlının üzərində canlının doğulduğu andan ölümünə qədər bədənində reallaşacaq bütün istehsal müddətlərinin məlumatı DNT deyilən nəhəng məlumat bankındadır. Trilobitlərin DNT-lərində də bütün bu kompleks göz mexanizmlərini inşa edəcək optik məlumatı gizlidir. Lakin, DNT tək başına məlumatın qaynağını açıqlamaz. DNT, yalnız trilobitlərdə yüklü proqramın bir parçasıdır. Məlumatın əsl qaynağı, DNT kodunun Yaradıcısı olan üstün elm sahibi Qüdrətli Rəbbimizdir. Çünki DNT, trilobitlərin gözlərini inşa edəcək olan hər bir hüceyrənin, inşaat müddətləri, istehsal mərhələləri və keyfiyyət idarə müddətləri haqqında məlumatları ehtiva edir. Ancaq gözləri inşa etmək üçün lazımlı arxitektura planı tətbiq edəcək ağıl DNT içində iştirak etməz. Hansı məlumatın nə vaxt və necə istifadə ediləcəyi müdhiş ağıl tələb edir; bu da Qüdrətli Allahın hər canlıda hər an təcəlli edən ağlıdır.
Bütün bu dəlillərin, bizə göstərdiyi tək həqiqət vardır. Mükəmməl pətək gözləriylə trilobitlər, təkamülün yaşanmadığının dəlilidir. Həyat, dünyada üstün elm və ağıl sahibi Rəbbimizin diləməsiylə bir anda başlamışdır. Allahın “Ol” deməsiylə, canlılar bugünkü kompleks hallarıyla tək bir anda yaradılmışlar, yəni təkamül keçirməmişlər. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, milyonlarla illik zaman dilimində bəzən xarab şəkil və surətlərdən keçərək bugünkü görünüşlərini almışlar. At həmişə atdır, meymun da meymun, sürünənlər, quşlar, böcəklər, ağaclar, çiçəklər, sincablar heç dəyişmədən günümüzə çatmışlar. Allah, bütün canlıları qüsursuz şəkildə yaratmışdır.
Bu həqiqət, Quranda Həşr surəsində bildirilmişdir:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
1 https://www.sciencedaily.com/releases/2017/01/170124124905.htm
2 Acenolaza, G., M. F. Tortello, and I. Rabano. 2001. The eyes of the early Tremadoc Olenid trilobite Jujuyaspis keideli Kobayashi 1936. Journal of Paleontology 75(2):346-350
3 Levi-Setti, R. 1993. Trilobites: A photographic atlas (second edition). The University of Chicago Press, Chicago.
4 David Raup, “Conflicts Between Darvin and Paleontology”, Bulletin, Field Museum of Natural History, cild 50, yanvar 1979, səh. 24