Həcc surəsi; 1-4 (Qiyamət günü insanlar qorxunun şiddətindən sərxoş kimi olacaqlar)
ucgen

Həcc surəsi; 1-4 (Qiyamət günü insanlar qorxunun şiddətindən sərxoş kimi olacaqlar)

608

ADNAN OKTARIN QAZİANTEP OLAY TV-DƏKI CANLI REPORTAJI (21DEKABR 2010)

 

Həcc surəsi. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. "Ey insanlar, Rəbbinizdən qorxub çəkinin, çünki qiyamət saatının sarsıntısı böyük bir şeydir." Meydana gələcək zəlzələ və sarsıntı böyük bir şeydir, deyir. Alışdığınız zəlzələlərə bənzəməz, öyrəşdiyiniz sarsıntılara bənzəməz, çox şiddətli olacaq, Allah deyir. "Onu gördüyünüz gün, hər əmzikli qadın əmizdirdiyini unudub," əmizdirdiyi uşağını unudub "(özündən) gedəcək." Bax, özünü itirəcək, özündən gedəcək və uşağını unudacaq, şüuru bağlanacaq Allah deyir. "Və hər hamilə öz yükünü salacaq." Hadisənin şiddətindən, qorxunun və çaxnaşmanın şiddətindən insan olsun, heyvan olsun, hamilə olan hər varlıq mütləq yükünü salacaq. Həm də bu möcüzə olaraq olur, təbii ki, normal halda düşük olmaya bilər, amma hamısında, bütün hamilələrdə düşük olacaq, deyir. "Hər hamilə öz yükünü salacaq. İnsanları da sərxoş olmuş görərsən." Baxın, "İnsanları da sərxoş olmuş görərsən, halbuki onlar sərxoş deyildirlər." Hər hansı bir içki və ya narkotikdən qaynaqlanan bir sərxoşluq içində deyildirlər. Qorxudan, qorxunun şiddətindən sərxoş hala gəlmişlər, Allah deyir. "Ancaq Allahın əzabı çox şiddətlidir. İnsanlardan bəzisi, Allah haqqında məlumatı olmadan mübahisə edər." Doğu Ergil hoca kimi, ortaya çıxır danışır. "Və hər azğın şeytanın dalınca düşər." Harada anormal bir fikir varsa, harada anormal bir düşüncə varsa, gedər ona ilişər, Allah deyir. "Ona yazılmışdır: "Kim onu vəli etsə," şeytanı vəli etsə, "şübhəsiz, o (şeytan) onu azdırar" Mütləq insanı azdırar. Normal düşüncədən, normal mühakimədən yayındırar, anormal düşünməsinə səbəb olar. "Və onu dəli atəşin əzabına yönəldər." Onu cəhənnəmə doğru çəkməyə başlayar. Cəhənnəm atəşinə doğru çəkər, deyir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo