Dəccal sistemi olan ateist masonluq səmimi Müsəlman, Xristian və Yəhudilərin qardaş olması, birlikdə hərəkət etməsi və birlikdə dinsizliyə, materializmə, Darvinizmə qarşı mübarizə etməsinə maneə törətmək üçün bir sistem hazırlayıblar. Müsəlmanları, Xristianları, Yəhudiləri bir-birlərinə dəccal kimi göstərərək onların birlikdə hərəkət etmələrinə qarşısını alıb, güclərini zəiflətməyə çalışırlar. Ateist masonluq indi bu sistemdən istifadə edərək bir qisim saf Müsəlman, Xristian və Yəhudiləri razı salaraq aldatmışdır. Ateist masonlar bu üsulla iman edənləri bir-birlərinə düşmən edib öz səltənətlərini davam etdirmək istəyirlər. Səmimi dindarları dəccal kimi göstərərək, özlərinə olan diqqəti dağıtmağa çalışır və bu yolla özlərini gizlədirlər. Bəzən də buna nail olurlar.

Dəccal bu hiyləgər üsulla Xristianları da bir-birinə düşmən etmiş, həmrəy olmalarına maneə olmağa çalışmışdır. Bir qisim Evanjeliklər Katolikləri də dəccal olaraq görməkdədirlər. İndi buna inanan çox sayda Evanjelik vardır. Hətta bəzi Evanjeliklər ateist masonların təlqinlərinin təsiri ilə papalığı dəccaliyyət olaraq görməkdədirlər. Ateist masonluq Allahdan qorxan dindar insanların arasını vuraraq, onları bir-birləri ilə mübarizəyə sürükləyib zaman qazanmağa çalışırlar.

Dəccalın ortaya atdığı gələcəkdə olacağı iddia edilən Armaqedon (Qiyamət) müharibəsi də şeytani şəkildə şərh olunur. Ateist masonlar tərəfindən müxtəlif üsullarla Orta Şərqdə həmişə qan tökülməsini, gərginliyin artmasını istəmiş və bunlardan hər zaman istifadə etmişdir. Bunun bir ibadət olduğu təbliğ edilməkdədir. Bu vəziyyət ateist masonluğun şeytandan aldığı ilhamla dəccaliyyətin çirkli, qanlı fəaliyyətlərindən biridir. Gələcəkdə yaşanacağı iddia edilən Armaqedon əslində həyata keçmişdir. İraq ölkəsi ABŞ, İngiltərə, Avstraliya, İspaniya, Danimarka və Polşadan gələn əsgərlərlə işğal edilmiş, İslam, Xristian və ya başqa dinlərə mənsub insanlardan da çox sayda insan və əsgər şəhid edilmiş və ya öldürülmüşdür. İraqın fərqli ölkələr tərəfindən işğal edilməsi İraqda yaşanan qırğın və bu Armaqedon savaşı hədislərdə ən incə təfsilatına qədər bildirilmişdir:

"Axır zamanda Bağdad alovlarla yox ediləcəkdir…" (Risalət-ül Huruc-ül Mehdi, Dəri 3, səh. 177)

İraqın işğalının başladığı gündən etibarən Bağdad çox kəskin şəkildə bomba yağdırılan şəhərlərdən biri olmuşdur. Ağır bombardman gecələrində Bağdadın hədisdə xəbər verildiyi kimi alov-alov yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərində göstərilən vəziyyəti yuxarıdakı hədisdə göstərildiyi kimi tam olaraq uyğun gəlir.

Rəsulullah (səv) belə buyurmuşdur: "…Elə bəla və müsibətlər olacaq ki, heç kimsə sığınacaq bir yer tapa bilməyəcəkdir. Bu bəlalar Şamın ətrafında olacaq, İraqın üzərinə çökəcəkdir. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaqdır…. Onlar bəlanı bir tərəfdə dəf etməyə çalışarkən digər tərəfdən o yenə ortaya çıxacaqdır." (Kenzul Ummal, Kitab-ul Qıyamə qısm-ul efal, c. 5, s. 38-39)

Hədisdə bildirilən "müsibətlərin Şamın ətrafında dolanıb, İraqın üzərinə çökəcək olması" son dövrdə yaşanan İraq işğalı zamanı yaşanmışdır.

 … İraqa hücum edilmədikcə qiyamət qopmaz və İraqdakı günahsız insanlar Şama doğru sığınma yerləri axtararlar. Şam yenidən qurular, İraq da." (Kenzul Ummal, Kitab-ul qiyame qism-ul efal, c. 5, s. 254)

Hədisdə İraqın yenidən qurulacağına diqqət çəkilməkdədir. İraqın işğalının ardınca İraqda bir çox şəhər yerlə yeksan olmuşdur. Bu savaşdan sonra yaşanan qəsb hadisələrinin təsiri ilə də böyük bir xarabaya çevrilən İraqın yenidən qurulması məcburi hala gəlmişdir. Bu vəziyyət qəzet xəbərlərində də geniş olaraq yer almışdır.

“İraq xalqı üç qrupa ayrılar. Bir qismi soyğunçulara qoşular. Bir qismi ailələrini geridə qoyub qaçarlar. Digər qismi də savaşar və öldürülərlər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlaşın." (Yusuf əl-Makdisi, Fera du Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)

Hədisdə xəbər verildiyinə görə İraq işğalından sonra xalqın bir qrupu "soyğunçulara" qoşulacaqdır. Həqiqətən də xalqın bir qismi işğaldan sonra oğurluq, qəsb, yağmalama kimi xarakterizə edilə biləcək fəaliyyətlər edən insanlara qoşulmuşlar. Hədisdə bir qisim xalqın isə, edilən zülmə görə evlərindən qaçmağa çalışacaqları, hətta geridə qoyduqları ailələrini də düşünə bilməyəcək vəziyyətdə olacaqları xəbər verilmişdir. Qəzetlərdə bu cür xəbərlər diqqət çəkir. Hədisdə xalqın digər bir qisminin isə savaşda iştirak edəcəyi və öldürüləcəyi bildirilməkdədir. İraq işğalı zamanı çoxlu döyüşlər olmuş və bir çox insan həyatını itirmişdir.

Günahsız və təmiz İraq xalqı Şama qaçar. (Risalət-ül Huruc-ül Mehdi, s. 210)

İraq işğalı başlamadan əvvəl və işğaldan sonra on minlərlə İraqlının Suriya başda olmaqla müxtəlif ölkələrə qaçmaları bu hədisdəki hadisə ilə böyük bir bənzərlik göstərməkdədir. Bu mövzu ilə əlaqədar da müxtəlif xəbər və şəkillərə mediada yer verilmişdir.

Əbu Nadrə (r.ə.) dedi ki; Cabirin (r.ə.) yanında idik. Belə dedi: "Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir pay, bir dirhəm (bir ağırlıq ölçüsüdür) belə verilməyəcək". Soruşduq ki: "Bu kimin ucbatından olacaq?" Dedi ki: "Əcəmlər (Ərəb olmayanlar) bunu məhrum edəcəklər". Sonra dedi: "Şam əhalisinə bir dinar, bir müdy (ölçü vahididir) belə verilməyəcək". "Bu kimin ucbatından olacaq" soruşduq. "Rumlara görə" dedi. (ət-Tac, Əli Nasif əl-Hüseyni)

İraq xarici dövlətlər tərəfindən işğal edilmiş və dərhal ardınca hədisdə bildirildiyi kimi xarici dövlətlər tərəfindən İraqa uzun müddət embarqo qoyulmuşdur.

"İraqa pay və dirhəmi verilməyəcək. Şama da pay və dinarı verilməyəcək. Misirə pay və dinarı verilməyəcək. Başladığınız yerə qayıdacaqsınız" buyurdu və üç dəfə təkrar etdi. Buna Əbu Hureyrənin əti və qanı şahid oldu." (Müslim, Fiten 33 (2896); Əbu Davud, Xərac 29 (3035))
"İraqlıların əlində ölçəcəkləri tərəzi və alış-veriş edə biləcəkləri pul da qalmayacaq." (Kenzul Ummal, Kitab-ul kıyame qism-ul efal, c. 5, s. 45)

Hədislərdə göstərildiyi kimi işğala görə böyük zərər görən İraq iqtisadiyyatı və xarici dövlətlər tərəfindən tətbiq olunan embarqolara görə xalqın alıcılıq qabiliyyəti aşağı düşmüş, yoxsulluq və kasıblıq ən vacib problemlərdən biri halına gəlmişdir. İraqın işğalından sonra İraq dinarının tədavüldən qaldırılması gündəmə gəlmişdir. Son savaşdan sonra İraq dinarının sürətlə dəyərini itirməsi və tədavüldən qalxması ehtimalı 2003-cü il tarixli qəzetlərdə geniş yer almışdır.

Dəccal sistemi olan ateist masonluq daimi qan tökülməsini istəməkdə, dindarların gücünü azaldaraq daha da güclənməyi və dünyada hakimiyyətini davam etdirməyi istəyir. Necə ki İraqdakı müharibədə şəhid edilən və ya ölən bir çox insandan fərqli olaraq xeyli insan da yaralanmış, şikəst qalmışdır. Evlər dağılmış insanlar səfil, pərişan olmuşdur. İraqda Səddamı iqtidara gətirən ateist masonluq orada yaşayan müsəlmanlara dəhşətli zülmlər etmişdir. Səddam da masondur, oranı işğal edənlər də ateist masonlardır, qan tökdürənlər də ateist masonlardır. Əzab çəkənlər isə İslam, Xristian və Yəhudi dininə mənsub olan bir-birini qardaş bilən insanlar və əsgərlərdir. Bu sadəcə məzlumları əzən, planlanmış ateist masonların bir oyunudur.

Ateist masonların bu oyunu yaxında pozulacaq. Müsəlmanlar da, Xristianlar da, Yəhudilər də tək Allaha iman edən, axirətə, mələklərə, cənnət və cəhənnəmə inanan səmimi dindarlardır. Allahın icazəsi ilə İslam, Xristian və Yəhudi dininə mənsub dindarlar dəccalın bu oyununu ittifaq edərək pozacaq, birlikdə dəccalın ən böyük silahı olan ateist masonluğu, Darvinizmi, materializmi, ateizmi, faşizmi, kommunizmi, ortadan qaldıracaqdır.