Tarix boyunca insanlar ədalət axtarışında olub. Bu ədalət axtarışı Habil və Qabil dövrünə qədər gedib çıxır. Dövrümüzdə isə inkişaf etmiş ədalət şüurunun və vicdanlara xitab edən hüquq anlayışının varlığı o cəmiyyətin inkişafı ilə düz mütanasib olduğu qəbul edilir. Öz ölkəsində ədaləti tapa bilmədiyini düşünənlər isə beynəlxalq məhkəmələrə müraciət edirlər.
Bəs bu qədər böyük ədalət axtarışı olduğu halda, hər kəs axtardığını tapa bilirmi? Bu sualın cavabı hələ ki, “xeyir”dir. Ancaq keçmişdə ədalətin lazımi şəkildə yaşandığı bir dövr var idi. Peyğəmbərimiz hz. Muhəmməd (səv) ədalətli lider idi və onun ədaləti dövrümüzü aydınlatmağa davam edir.
Müsəlman üçün qeyd-şərtsiz ədaləti təmin etmək fərz ibadətlərdən biridir. Çünki ədalətli olmaq Quranın əsas ibadətlərindən biridir. Bu hökmü ən gözəl şəkildə tətbiq edən də şübhəsiz ki, Peyğəmbərimiz (səv) olmuşdur.
Peyğəmbərimiz (səv) Mədinəyə gəldikdən sonra qardaşlığı və sevgini möhkəmləndirmişdir. Onun Mədinədə tətbiq etdikləri fərqli irqlərə, dinlərə və dillərə sahib insanların birlikdə əmin-amanlıq içində yaşaya biləcəyini sübut etmək baxımından çox önəmlidir.
Onun sülh və sevgiyə dəvət edən olduğunun ən böyük dəlillərindən biri özünün yazdırdığı ilk mətnin sülh müqaviləsi olmasıdır. Hz. Muhəmməd (səv) Məkkəni fəth etdikdən sonra daha öncə müsəlmanlara işgəncə edən müşrikləri belə azad etmiş, onlara böyük mərhəmət göstərmişdir. Bu üstün əxlaq daha öncə ərəb cəmiyyətində rast gəlinməmiş bir vəziyyət idi və insanlar tərəfindən təqdir edilirdi.
Peyğəmbərimiz (səv) fəth edilən ölkələrin yerli xalqlarına qarşı Quranda bildirilən ədaləti tətbiq etmiş, onlarla hər iki tərəfin də məmnun qalacağı və heç kimin zərər görməyəcəyi müqavilələr bağlamışdır. Ona görə hansı dinə və ya irqə aid olursa-olsun, fəth edilən ölkələrin xalqları İslamın gətirdiyi ədalətdən hər zaman məmnun qalmışdır. Peyğəmbərimiz hz. Muhəmməd (səv) və yanındakı əshabələr “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, ədalətlə hökm edirlər”(Əraf surəsi, 181) ayəsində bəhs edildiyi kimi, insanlar arasında ədaləti təmin edən ümmət olmuşdular.
Peyğəmbərimizin (səv) hazırlatdığı və İslam tarixindəki ilk konstitusiya olan Mədinə müqaviləsi tarixdəki demokratik və çox səsli konstitusiyanın ilk və ən mükəmməl nümunəsidir. Dövrümüzdə heç bir demokratik sistem Peyğəmbərimizin (səv) tətbiq etdiyi Mədinə konstitusiyası kimi bir nizam gətirə bilməmiş və heç biri bunu Peyğəmbərimizin (səv) tətbiq etdiyi kimi tətbiq edə bilməmişdir.
Yazılı olaraq Mədinə dövlətinin ilk konstitusiyasını təşkil edən bu müqavilə ilə Peyğəmbərimiz (səv) müxtəlif irq, din və qəbilədən ibarət şəhər əhalisinə Ərəbistan yarımadasında daha öncə heç görünməmiş demokratik və sülhsevər sistem gətirmişdir.
Həmin konstitusiyaya görə, Mədinədə olan bütün cəmiyyətlər sülh içində birlikdə yaşayacaq, həyatlarını öz din və inanclarına görə nizamlayacaq, həm öz qurumları və qanunları olacaq, həm də bunları tətbiq edəcək gücə sahib olacaqlar. Bunu edərkən Mədinədə olan bütün cəmiyyətlərlə sülh və birlik içində yaşayacaqlar.
Mədinə müqaviləsinə görə, hər kəs heç bir təzyiq olmadan istədiyi dini, inancı, siyası və ya fəlsəfi seçimi etməkdə azaddır. Öz fikirlərinə sahib insanlarla bir cəmiyyət qura bilər. Öz hüququnu tətbiq etməkdə müstəqildir. Ancaq cinayət törədən şəxs heç kim tərəfindən qorunmayacaq. Müqavilənin tərəfi olan qruplar bir-birilə yardımlaşacaq, bir-birinə dəstək olacaq və Peyğəmbərimiz hz. Muhəmmədin (səv) himayəsi, yəni qoruması altında olacaqlar. Tərəflər arasındakı anlaşmazlıqlar Allahın Rəsuluna bildiriləcək. Belə ki, müşriklər belə ən ədalətli insan olaraq hər zaman Peyğəmbərimizin (səv) hakimliyinə üstünlük vermişlər.
Peyğəmbərimizin (səv) hazırlatdığı bu müqavilə mərhələlərlə 622-ci ildən 632-ci ilə qədər tətbiq edilmişdir. Bu müqavilə ilə qan və qohumluq əlaqələrinə əsaslanan qəbilələr yerini coğrafi, mədəni və etnik quruluşu tamamilə bir-birindən fərqli insanlardan ibarət birliyə vermişdir.
Mədinə müqaviləsinin birlik və bərabərliyin, şəfqət və sevginin, dostluq və sülhün özəyini təşkil edən çox önəmli tarixi sənəd olaraq qəbul edildiyi reallıqdır. Müsəlmanların bütün qeyri-müsəlmanlarla necə dialoq qurmalarını göstərən nümunəvi davranışdır. Peyğəmbərimizin (səv) o dövrdəki sevgi və sülhsevər anlayışını yaşaya bilən müsəlman cəmiyyəti görmək hal-hazırda çətin olsa da, bu ədalətli liderin ədalət axtaran davamçılarının nələr etməli olduqları açıq-aşkardır.
Müsəlmanlar Peyğəmbərimizin (səv) gözəl əxlaqını özlərinə nümunə götürərək bütün insanlara qarşı eyni şəkildə ədalətli və mərhəmətli olmaqla məsuldurlar. Bu insan musəvi, xristian, buddist, bütpərəst və ya ateist ola bilər. Nəyə və kimə inanırsa-inansın, ya da heç bir inancı olmasa da Allahın əmr etdiyi bu ədalətli və səmimi münasibət hər kəsin üzərində çox müsbət təsir yaradacaq, qəlbinin İslama isinməsinə səbəb olacaq.
Adnan Oktarın «Indian Muslim Observer»da dərc edilən məqaləsi: