II Dünya müharibəsindən bəri separatçı cərəyanlar Avropa qitəsində bu qədər təsirli olmamışdı. Köhnə Yuqoslaviyanın dağılması ile bu yaşlı qitədə Belçika, İspaniya və İtalyada bəhs edilən ayrılıq tələblərinin son halqası İngiltərə oldu.
Şotlandiyalıların təxminən 55 %-nin referendumda ayrılıq tələbini rədd etməsi ilə mövzu bir müddət bağlanmış kimi görünür. Lakin ayrılığı mənimsəyənlərə görə 45 % gözardı ediləcək bir nisbət deyil. Bu nisbət İngiltərəyə müsbət təsir etsə də, yaxın gələcəkdə ayrılıq tələbinin yenidən gündəmə gələ biləcəyinin bir göstəricisidir.
Ayrılıq tələbi daha çox iqtisadi səbəblərdən qaynaqlanır. Şotlandiyalıların bir qisminə görə İngiltərənin şimalda istehsal etdiyi neftdən ölkələri daha çox pay almalıdır. Həmçinin, Londonun Şotlandiyadan tələb etdiyi vergi miqdarı da yüksəkdir. Referenduma razı olanlara görə vergi miqdarı daha aşağı olmalı və Edinburqda müəyyən edilməlidir.
Ayrılıq tələbi iqtisadi səbəblərdən qaynaqlansa da, ayrılığın özü də yeni iqtisadi problemlərdən xəbər verə bilər. Məsələn, Şotlandiyanın milli borcdan pay əldə etməsi və ya yeni pul vahidinə keçməsi hal-hazırda mövcud olmayan bir çox iqtisadi problemlərə yol aça bilər.
Şotlandiyada fəaliyyət göstərən bir çox şirkətlər Londona qayıda bilər, bu da Şotlandiyadakı xeyli insanın işini itirməsi deməkdir.
İngiltərə və Şotlandiyanın iki ayrı dövlət olması kimi bir vəziyyətdə neft gəlirlərinin bölüşdürülməsi probleminin həlli çox vaxt apara bilər. Belə bir vəziyyətdə Şotlandiyanın gəlirlərini artırması bir yana, bir müddət əldə etdiyi neft gəlirlərindən məhrum olması da gözlənilir. Şotlandiyanın hansı pul vahidindən istifadə edəcəyi və ya ölkənin tanınma müddətinin necə olacağı da digər problemlər sırasındadır.
Buradan da göründüyü kimi, ayrılıq baş verərsə, Şotlandiya xeyli problemlə boğuşmaq məcburiyyətində qala bilər. Bu problemlərin yalnız Şotlandiyaya deyil, Londona da təsir edəcəyi və adada qeyri-sabitlik yaradacağı da açıqdır.
İngiltərə referendumun nəticəsinə etibar edərək tərəflər arasında heç bir problem olmamış kimi mövcud vəziyyəti davam etdirməməlidir. Şotlandiya və İngiltərə bir çıxış yolu taparaq aralarındakı bütün problemləri həll edə bilərlər. Əlbəttə, Şotlandiyanın referendumda İngiltərədən ayrılmamaq qərarı verməsi çox vacibdir. Amma İngiltərə Şotlandiyalılara daha çox qucaq açan, haqqlarını müdafiə edən tərzdə davranmalıdır.
Heç olmazsa, problemlərin həlli istiqamətində tərəflərin danışıqlar apara biləcəyi bir təmsil sistemi qurula bilər. Bunun sayəsində, London Şotlandiya üzərindəki ağır vergi yükünü azalda, neft gəlirlərindən daha çox pay verə bilər.
Bu problemlərin həll edilməməsi və ayrılığın baş verməsi bütün Avropada domino təsiri yaradaraq yeni ölkələrin və yeni ayrılıqların yaşanmasına yol aça bilər. Bu vəziyyət isə sabitliyi pozaraq Avropada yaşanan iqtisadi böhranın getdikcə yayılması mənasına gəlir.
Şotlandiyalılarla ingilislərin birlikdə yaşamaq üçün səbəbləri ayrılma səbəblərindən daha çoxdur. Üstəlik, bunlar sadəcə iqtisadi səbəblərlə birlikdə yaşamaqdan daha vacibdir. Tərəflərin aralarındakı problemləri aradan qaldırmalarının yolu sevgi, şəfqət, mərhəmət, qarşılıq gözləmədən xidmət etmək, həssas olmaq, fədakarlıq, dostluq, xoş münasibət, və sağlam düşüncədən keçir.
Cənab Adnan Oktarın MBC Times'da yayımlanan məqaləsi:
http://www.mbctimes.com/english/separatist-sentiments-in-scotland-and-the-stability-of-europe