Dünyada və Avropada soyqırım laqeydliyi: Sarayevo
ucgen

Dünyada və Avropada soyqırım laqeydliyi: Sarayevo

2009

İnkvizisiya cəzasına və II Dünya müharibəsində Hitler təcrübəsinə sahib olan Avropa niyə soyqırım və qətliamlar qarşısında səssiz qalır?

Bu gün Suriyada Əsəd, Misirdə Sisi, Nigeriyada Boko Haramın etdiklərinə əlavə olaraq, Myanma, Şərqi Türkistan, Şri-Lanka, Birma və digərləri…

Dünyada insanlar qətlə yetirilir, Avropa və BMT isə buna səssiz və laqeyd qalır.

Avropa, BMT, Rusiya və ABŞ keçmişdə olduğu kimi, bu gün də səssizdir.

Ən acınacaqlısı isə 1995-ci ildə təyyarə ilə Almaniyaya bir, Fransaya iki saat məsafədə yerləşən Sarayevodakı hadisələrə laqeyd qalmaları idi. Avropada müsəlmanların qalası olduğu üçün Serbiyanın mühasirəsində yaşadığı 3 qış boyunca dünya Bosniyaya biganə qaldı.

Bosniyadakı qətliamın iki tərəfi var idi. Boşnaqlar və serblər…

Fateh Sultan Məhməd dövründə Sarayevo Osmanlı İmperiyasının ərazisinə qatıldı. Buranın müsəlman xalqı isə boşnaq adlandırıldı. Bura müsəlmanların Avropadakı ən uzaq məntəqəsi, yəni qalası oldu. …

Bosniyada yaşanan qətliamlarda ikinci tərəf isə milliyyətçi serblərdir…

Serblərin bölgədə müsəlmanlara qarşı düşmənçiliyi 14-cü əsrə gedib çıxır. Serbiya Krallığı əvvəlcə 1389-cu ildə Kosovo döyüşündə böyük məğlubiyyətə uğradı, 1459-cu ildə isə Osmanlı İmperiyasının tərkibinə qatıldı. Serblər bu məğlubiyyəti unutmadılar və o zamandan sonra müsəlmanlara nifrət bəslədilər.

1702-ci ildə serblər müsəlmanlara qarşı qətliam törətdi. Buna Istraga Poturica (türkləşmiş olanları məhv etmək) adı verildi. Bu düşmənçilik 1992-1995-ci illər arasında müharibələr zamanı pik nöqtəsinə çatdı.

Bosniyada müharibə yox, zəncirvari qətliamlar yaşandı. Bir cəmiyyət, nəsil, soy və mədəniyyət yox edilməyə çalışıldı.

Rəqəmlər tükürpərdici idi.

312.000 ölü və evlərini tərk etmək məcburiyyətində qalan 2 milyon insan...

27.724 itkin düşmüş boşnaq...

500-dən çox kütləvi və 5000 fərdi məzar...

Ümumilikdə Bosniya və Herseqovinada 30 toplama düşərgəsi…

Təcavüzə uğrayan 30.000-dən çox qadın...

BMT-nin nəzarətində olan Bixaçda yaşanan aclıq, yoxsulluq, hətta ölülərin də küçələrdən toplana bilməməsi.

Qətliamlar…

1993-cü ildə futbol maçında 15 ölü, 80 yaralı…

1994-cü ildə Markale şəhərindəki bazar meydanına hücum: 68 ölü, 144 ağır yaralı…

1995-ci ildə Markale bazar meydanına ikinci hücum: 43 ölü, 75 yaralı…

1995-ci ildə Srebrenitsada 5 gündə 8.372 kişi öldürüldü…

Bu günə qədər tapılan 20.000 meyitdən yalnız 18.000-nin şəxsiyyəti müəyyən edilə bilib.

1995-ci ildə baş vermiş Srebrenitsa qətliamı II Dünya müharibəsindən bəri yaşanan ən böyük qətliamdır. Dünyanın gözü qarşısında Avropanın mərkəzində, BMT-nin nəzarəti və qoruması altında olan Srebrenitsa şəhərində 5 gündə 8.372 kişi öldürüldü, 30.000 qadın və uşaq sürgün edildi. On minlərlə qadına təcavüz edildi və öldürüldü.

BMT-nin qoruması altında və təhlükəsiz bölgə olduğu üçün Bosniyadakı boşnaqlar Srebrenitsaya toplanmışdılar. Şəhər əhalisinin sayı 2,5 dəfə artaraq 60.000-ə çatmışdı. Lakin gözlənilməz hadisə baş verdi. Şəhərdəki BMT qüvvələrini təmsil edən hollandiyalı əsgərlər şəhəri tərk etdilər, beləliklə də, şəhəri  serblərə təslim etdilər.

Avropanın mərkəzində, BMT və bütün dünyanın gözləri qarşısında serblər tərəfindən törədilən və günlərlə davam edən bu qətliamı heç kim dayandırmadı.

Boşnaqların məruz qaldığı bu dəhşətli hadisələrin nəticələri müharibədən sonra da davam etdi. Bu məzlum insanlar yandırılmış, dağıdılmış ev və kəndlərinə qayıda bilmədilər. Qayıda bilməmələrinin səbəbi isə daha da dəhşətlidir; müharibədə qohumlarını öldürən, qətlə yetirən, analarına, bacılarına təcavüz edən cinayətkarlar hələ də bu bölgədə yaşayır və onlar barəsində heç bir cinayət işi açılmır.

Bosniya Avropadan sadəcə bir nümunədir. Dünyanın hər yerində qətliamlar yaşanır. Məsuliyyət daşıyan şəxslərin bəzisi öldü, bəziləri mühakimə olunur, bəziləri isə hələ də sərbəst surətdə gəzir.

Günahsız, müdafiəsiz minlərlə insanın hansı ruh halı ilə qətlə yetirildiyi, bir insanın başqa insana necə qəsd edə bildiyi barədə düşünmək lazımdır.

Bosniyada və dünyanın bir çox yerlərində yaşananlara Avropa və BMT-nin səssiz qaldığını qeyd etmişdik. Lakin daha da acınacaqlısı yaşanan bu təcavüzlərə, qətliamlara müsəlman ölkələrərinin də səssiz və laqeyd qalması və hər şeyi Avropadan gözləməsidir.

Müsəlman ölkələri onlara ümid edən məzlumlara qarşı məsuliyyət daşıdığını unutmamalıdır. Öz aralarındakı daxili münaqişələri kənara qoyub, birləşərək zülmə məruz qalan müsəlmanlar üçün mübarizə aparmalıdır. Müsəlman ölkələri yaxşılıq, sevgi, sülh, ədalət, tolerantlıq üçün birlikdə hərəkət edərək birlik yaratmalıdır. Qətliamların, müharibələrin, qarşıdurmaların, Srebrenitsadakı kimi vəhşiliklərin qarşısını yalnız birlikdə hərəkət edərək almaq mümkündür.

Adnan Oktarın MBC Times'da yayınlaman məqaləsi:

http://www.mbctimes.com/english/genocide-in-europe-and-sarajevo

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr