Kommunizm Avropanı heç tərk etmədi ki ...
ucgen

Kommunizm Avropanı heç tərk etmədi ki ...

1380

Çoxları dünyanın ən müasir və ən humanist cəmiyyəti olmasını ümid etdiyi Avropa İttifaqının bəzi ölkələrində getdikcə yayılan eqoist və mənfəətpərəst quruluşu anlamaqda çətinlik çəkir. İstər miqrantlar, istərsə də digər humanitar yardım kimi məsələlərdə baş verənləri heyrətlə izləyir. Əslində bu vəziyyətin çox dəqiq açıqlaması var.

 

Kommunizm çoxları üçün Sovet İttifaqı və Şərqi Avropa ölkələri ilə bütünləşmiş anlayışdır. Daha sonra Çin, Vyetnam, Kamboca kimi Asiya rejimləri yada düşür. Kuba başda olmaqla Venesuela, Boliviya kimi Latın Amerika ölkələri ilə bu eyniləşmə davam edir. Avropa qitəsi ilə kommunizm isə bir çox insanın təfəkküründə uyğunlaşmır. Halbuki kommunizm Qərbi Avropa, yəni Avropa əsaslı ideologiyadır.

 

Kommunizmin sosial-iqtisadi təməli olaraq qəbul edilən marksizm iki alman filosofunun cəmiyyətlərin tarixi və sosial dəyişikliklərini şərh etməsidir. Karl Marks və Fridrix Engels ilk dəfə 19-cu əsrin ikinci yarısında dünya tarixini sinfi mübarizələrlə açıqlamağa başladılar. Kommunist manifestinin hazırlandığı və nəşr olunduğu yer Böyük Britaniya idi. Hər iki filosof Fransa inqilabının radikal liderlərindən Maksimillian Robespyer, ingilis iqtisadçı David Rikardo, həmçinin alman filosofu Hegeldən çox təsirlənmişdilər.1 Lenin və Stalinin kəndli inqilabları, Maonun mədəni inqilabı, Pol Potun Kamboca inqilabı, Kuba partizan hərəkatlarının hamısı Avropa mərkəzli sinfi mübarizə nəzəriyyələri əsasında baş verib. Kommunizmin tətbiqləri dünyanın hər tərəfinə yayılsa da ideoloji əsası Avropada yaranıb inkişaf etdirildi və lazım olduqda zamana görə yenidən işləndi. Kütlələri arxasınca aparan manifestlərin hamısı Avropada yazıldı. Kommunizmin ilk davamçılarından olan Roza Luksemburq, Otto Bauer, Rudolf Hilferdinq, Karl Kautski də Avropa mənşəli ideoloqlar idi.

 

Avropa İttifaqının ilk toxumları da yenə sol mənşəli "Avropa Birləşmiş Ştatları" fikri ilə atıldı. Otto Bauer Avropa kapitalizminin labüd olaraq sosialist Avropa Birləşmiş Ştatları ilə nəticələnəcəyinə inanırdı. Kommunizmin qabaqcıllarından olan Leon Trotski də Avropa dövlətlərinin birləşməsinin kommunist Avropanın ilk mərhələsi olacağını bir çox yerdə ifadə etmişdi.2

 

1968-ci il Paris üsyanı da əslində Avropa qitəsindəki tam təşəkküllü kommunist inqilab sınağı idi. De Qoll Almaniyada fransız ordusu ilə razılıq əldə etməsəydi, bu gün böyük ehtimalla fransız kommunist dövləti ilə qarşı-qarşıya olardıq. Belə ki, bu üsyanın kommunist kadrları on illərlə Avropa siyasətini yönləndirdilər. Daniel Cohn-Bendit və ya Fransadakı Trotçkici hərəkatının lideri Alain Krivin kimi bu hərəkatın öndə gələn liderləri hələ də Avropa İttifaqının təsirli siyasi fiqurları olaraq siyasi fəaliyyətlərini davam edirlər.3

 

Avropa siyasəti marksist ideologiyanın təsiri altında qalan bir çox siyasətçi gördü. Məsələn, Avropa İttifaqını quran Maastrixt müqaviləsinin iki qurucusundan biri olan Fransua Mitteranla yanaşı, İtaliyada 10 il prezidentlik etmiş Giorgio Napolitanonun da marksist keçmişi var idi. Avropa İttifaqının təsisçiləri arasında qəbul edilən Sicco Mansholt, Pol-Henri Spaak və Altiero Spinelli marksist ideologiyanın davamçısı olan texnokratlar idi. Spinellinin Ernesto Rossi ilə həbsdə yazdığı "Ventotene Manifesti" Avropa İttifaqının quruluş sənədi olaraq qəbul edilir. Bu gün də Avropanın federalist quruluşunu qorumaq məqsədi güdən Spinelli Group hərəkəti Cohn-Bandit və Jaoschka Fişer kimi kommunistlər tərəfindən idarə edilir.

 

Məhz bunlar bir çox insan tərəfindən məlum olmayan həqiqətlərdir. Maraqlı olan isə bu gün bir çox dairədə Avropa İttifaqının siyasi quruluşunun və idarəetmə qaydalarının gün keçdikcə Sovet İttifaqına bənzədiyinin səsləndirilməsidir. Sovet İttifaqının əsir düşərgələri və dəlixanalarında 12 ildən artıq qalmış Vladimir Bukovskinin başçılıq etdiyi bir qrup Avropa İttifaqını kommunizmə yaxınlaşmaqda tənqid edir. Belə ki, Bukovski Avropa İttifaqı və Sovet İttifaqı arasındakı fərqin adlarında olduğunu iddia edir. Avropa İttifaqının eynilə SSRİ kimi sosialist hakimiyyətlər altında birləşmiş və bir qrup görkəmli bürokratik elita tərəfindən idarə edilən federal struktur olduğunu bildirir. 4

 

İngilis Müstəqillik Partiyası rəhbərlərindən Piter Riiv də İngiltərənin Avropa İttifaqından çıxmasını müdafiə edərkən, "nə qədər ki, çıxa bilirik çıxaq, çünki səmimi olaraq Avropa İttifaqının totalitar rejim halına gəldiyinə və marksist inqilabın baş verdiyinə inanıram" deyib. 5

 

Avropa İttifaqının Nazirlər Kabineti funksiyasını həyata keçirən Avropa Komissiyasının texnokrat quruluşu bu elit rəhbərlərə nümunə kimi göstərilir. Komissiya Avropa Parlamenti və Avropa Şurasının əksinə, seçilmiş deyil, təyin olunanlardan ibarət qurum kimi hərəkət edir. Komissiyada ən uzun dövr prezidentlik etmiş şəxs olan Joze Manuel Barrozu6 köhnə maoçu kommunistdir. Həmçinin keçmiş sədrlərdən Jak Delors7, Romano Prodi8, Manuel Marin9 sol meyilli siyasətçilərdir.

 

Açıq şəkildə göründüyü kimi, əslində marksizm Avropanı heç vaxt tərk etməmişdi. Sadəcə zaman keçdikcə dünyadakı tətbiqlərdən təsirlənərək ideoloqları tərəfindən yenilənmiş və formasını dəyişdirmişdir. Amma dünyanı mübarizə mühiti kimi görən və inkişaf üçün bu mübarizəyə bel bağlayan ideologiyalar Avropa cəmiyyətlərini hər dövrdə hakimiyyəti altına almışdır.

 

Vəziyyət elə bir hal alıb ki, bir çox avropalı belə öz ölkələrində fərqli mədəniyyətlərə düşmənçilik edilməsinə məna verə bilmir. Halbuki Qərbdə baş verənlər kommunizmin təməlindəki qarşıdurma mədəniyyətinin təbii nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, insanlar hər cür fikrə, inanca və ya inancsızlığa sahib ola bilərlər. Bu mövzuda hər kəs azaddır. Ancaq bu azadlıq heç kimə dünyanı sinfi mübarizələrlə idarə etməyə çalışma və bu səbəbdən müharibələrə, münaqişələrə səbəb olma haqqını vermir.

 

Küçə münaqişələri artıq sona çatmalı, inqilab xülyaları 20-ci əsrdə qalmalıdır. Dünya güclünün həyatda qaldığı deyil, güclü ilə zəifin birlikdə yaşadığı bir yer olmalıdır. Əks halda dünya müharibələrinin, Afrikada acların, dənizdə boğulan miqrantların sayı artmağa davam edəcək. Avropanın gələcəyini axtarmalı olduğu yer küçələr və ya qarşıdurma deyil. Marksist ideologiyalar qoca qitəyə kifayət qədər qarşıdurma gətirib. Avropa cəmiyyəti dünyaya nümunə olmalıdır. Onlara yaraşan kommunizmin qarşıdurma mədəniyyətindən uzaqlaşmaqdır. Dünya belə bir Avropanın həsrətini çəkir.

 

  1. https://en.wikipedia.org/wiki/History_of_communism

  2. http://en.marksist.net/elif_cagli/united_states_europe.htm

  3. https://en.wikipedia.org/wiki/May_1968_events_in_France

  4. http://www.brusselsjournal.com/node/865

  5. http://www.theblaze.com/stories/2012/11/26/i-genuinely-believe-this-is-a-marxist-revolution-british-lawmakers-revolt-against-e-u-and-how-it-relates-to-us/

  6. http://www.cafebabel.co.uk/politics/article/when-barroso-was-a-communist.html

  7. https://en.wikipedia.org/wiki/Jacques_Delors

  8. http://www.thenewamerican.com/world-news/europe/item/14641-italy-on-financial-brink-as-%E2%80%9Cformer%E2%80%9D-communist-tries-to-lead

  9. https://en.wikipedia.org/wiki/Manuel_Mar%C3%ADn

Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:

http://www.arabnews.com/node/954416/columns

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr