28 avqustda dünya, vicdanları sızladan insanlıq faciəsi ilə qarşılaşdı. Bu tayı-bərabəri olmayan hadisə Avropanı bir müddətdir ki, məşğul edən miqrant böhranının demək olar ki, dönüş nöqtəsi idi. 59 kişi, 8 qadın və aralarında 1 yaşlı kiçik qız uşağının da olduğu 4 uşaq, cəmi 71 suriyalı miqrant Avstriya magistral yolu üzərində tərk edilmiş yük maşınının içində ölü tapıldı.
Evini, işini, qohumlarını, qonşularını, xəyallarını və ümidlərini geridə qoyub yola çıxan 71 nəfər... Bütün çəkdikləri əzab-əziyyət toyuq daşımaq üçün istifadə edilən kondisionerli yük maşınında can verməklə nəticələndi. Dünyadakı hər insan kimi təhlükəsiz şəraitdə və şərəfli yaşamağa layiq olan o anaları, babaları, daha yenicə yeriməyə başlayan uşaqları düşünmək insanın qəlbini sızladır. Təəssüf ki, Yaxın Şərqdə baş verən müharibələr nəticəsində ölkələrin darmadağın edilməsi bu çarəsiz insanlara bu cür təhlükəli səfərdən başqa bir seçim qoymayıb.
Bu dəhşətli hadisədən sonra avropalı liderlərin məsələyə diqqət yetirməsi ilə böhran yeni çıxmaza girdi. Vyana konfransında danışan Almanya kansleri Angela Merkel bu kədərli xəbərlə dərindən sarsıldığını bildirərək belə şərh verdi: “Bu hadisə Avropadakı miqrant probleminə həmrəylik ruhu içində bir an öncə həll yolu axtarmalı olduğumuzu xatırladır”.
Belə ki, indiyə qədər bəzi Avropa hökumətlərinin miqrant problemini ələ alma üsulu heç də gözəl olmayan mənzərə yaratdı. Bəzi hökumətlər ölkələrinə miqrant qəbul etməyi rədd edərkən, digərləri Avropa İttifaqının böhranı həll etmək üçün ortaya qoyduğu təklifləri əvvəldən qəbul etmədi.
Digər tərəfdən bəzi hökumətlərin etdikləri, sözün əsl mənasında insanlıqdan kənar idi. Macar polisi maneələri aşaraq Avropa İttifaqı ölkələrinə girməyə çalışan miqrantları göz yaşardıcı bombalarla nəzarət altına almağa çalışdı. Yunanıstanın Kos adasında polis miqrantlara yanğın söndürmə alətləri ilə hücum etdi. 2500-ə yaxın miqrant 24 saat boyunca yemək və su verilmədən – və ya çox az verilərək – bir stadionun içində bağlı saxlanıldı.
Çevik polis alayları stadionda miqrant sənədlərini almaq üçün gözləyən uşaqlı qadınlara və yaşlı insanlara qarşı səs bombasından istifadə etdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yunan hökumətinin miqrantlara qarşı davranışlarını “tamamilə utanc verici” olaraq qiymətləndirdi. Bundan başqa beynəlxalq humanitar yardım təşkilatı olan Sərhədsiz Həkimlər Təşkilatı [Médecins Sans Frontières] miqrantların böyük əksəriyyətinin əsas gigiyena ehtiyaclarının qarşılanmadığını və polis tərəfindən istismara məruz qaldıqlarını təsdiqlədi.
Hökumətlərin hərəkətlərini tənqid edənlər təkcə humanitar təşkilatlar olmadı. Fransa xarici işlər naziri Loran Fabius Şərqi Avropa dövlətlərinin siyasətinə qarşı səsini qaldırdı və xüsusilə Macarıstanı «skandal» sayıla biləcək miqrant siyasətinə görə ağır şəkildə tənqid etdi. Loren həmçinin Macarıstanın miqrantların pasportsuz Şengen zonasına girməsinin qarşısını almaq üçün Serbiya sərhəddinə dəmir məftil çəkməsi ilə Avropa İttifaqı dəyərlərinə zidd davrandığını dedi.
Müharibənin ağır zərbə vurduğu ölkələrindən qaçmaq məcburiyyətində qalan bu çarəsiz insanların gözlədikləri tək şey bu ölkələr tərəfindən yaxşı qarşlanmaq idi. Lakin həmin ölkələrin polis məmurları və sərhəd keşikçiləri tərəfindən istismar və pis rəftara məruz qaldılar.
Avropa ölkələri qaçqın böhranı məsələsində mühüm bir həqiqəti unutmamalıdırlar:
Bu dünya heç kim üçün etibarlı liman deyil. Kim olursa-olsun, ya da dünyanın harasında yaşayırsa-yaşasın, hər insan gözlənilməz bir anda çətin vəziyyətlə qarşı-qarşıya qala bilər. Hər hansı bir fəlakət və ya gözlənilməz bir qəza insan həyatını bir anda alt-üst edə bilər. Belə bir çətin vəziyyətlə qarşı-qarşıya qaldıqda yardım əli uzatması gözlənilən insan birdən-birə özü köməyə möhtac vəziyyətdə qala bilər. Bu səbəbdən bu gün Avropanın üzləşdiyi miqrant probleminin öhdəsindən gəlməsində kansler Merkelin bəhs etdiyi "həmrəylik ruhu" kilid dəyərlərdəndir.
Maddi gücdən çox insanları və millətləri kömək etməyə sövq edəcək güc sevgi, şəfqət və həmrəylikdir. Sevgi əngəl tanımır.
Dünyadakı digər insanlara qarşı bəslədiyimiz azacıq sevgi bütün böhranların üstəsindən gəlməyə kifayət edəcək.
Adnan Oktarın «Albanian Daily News»də dərc edilən məqaləsi:
http://albaniannews.com/index.php?idm=2701&mod=2