Asiya RFA radiosu, 14 iyun 2008
Aparıcı: Sizin Türk-İslam Birliyi dediyiniz zaman haraları əhatə edir?
Adnan Oktar: Adriatikdən Çinə qədər hər yer. Yəni Qafqaz bunun içinə daxildir, Türküstan belə buna daxildir. Şərqi Türküstan, Qazaxıstan, Azərbaycan, Cəzair, Fas, Tunis, Misir, Pakistan, İran hamısı içinə daxildir.
Aparıcı: Burada xristian və buddist türkləri hara yerləşdirirsiniz?
Adnan Oktar: Onlar o birlik içərisində son dərəcə rahatlayacaqlar. Yəni onların haqqı ən gözəl şəkildə müdafiə olunacaq. Yəni hətta ateist olanlara da lazım olan hörmət, əlaqə göstəriləcək.
Aparıcı: Bəli, Harun Bəy, indi təbii ki Şərqi Türküstanı bilirsiniz. Ənvər Paşa tacikistanda, Bu günki Türk-İslam coğrafiyası içində vəfat etmişdir. Amma Türkiyədə bir çox insan Ənvər Paşanı xəyalpərəst deyə adlandırırlar. Amma əgər Türküstan, Turan Birliyi o zaman reallaşmış olsaydı, bəlkə belə deməzdilər. Amma bu gün Nursultan Nazarbayevin ortaya atdığı təbii ki, keçmişdən bəri bu var. Türküstan Birliyi qurulması, belə bir ifadələr var. Buna siz necə baxırsınız?
Adnan Oktar: Bir dənə birlik vardır. Türk-İslam Birliyidir. Ən mükəmməl, ən möhtəşəm, ən güclü, ən inandırıcı, zəmini oturmuş. Hər kəsin qəbul edəcəyi və hər yeri, hamını əhatə edən, ədalətli olan birlik budur. Türk-İslam Birliyi içərisində erməniləri də müdafiə edəcək. İsrailli yəhudiləri də müdafiə edəcək. Buddistləri də müdafiə edəcək. Ateistləri də müdafiə edəcək. Hamısını qoruyacaq. Amma o tərz türklər, bu tərz türklər, bunlar fitnədir. Elə şey olmaz. Türkün növü olmaz. Türk türkdür. Dünyanın harasında olursa-olsun bunlar qardaşdır. Müsəlmanın da növü olmaz. İstər Azərbaycanda olduğu kimi şiələrdən meydana gəlsin, sünnilərdən meydana gəlsin. Vəhabi olsun, Şiə olsun. Hər nə olursa-olsun. Bunlar hamısı bizim qardaşımızdır. Bölücü izahların heç birini qəbul etməmək lazımdır. Hamısını birləşdirəcəyik, inşAllah. |